Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə15/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   156
avropa amerka tarıxı

«Sol blok» hökuməti


Rur əməliyyatının uğursuzluğu «milli blok» hökumətinin nüfuzunu sarsıtdı. Bu hadisədən sonra sol partiyaların fəliyyəti gücləndi. Radikal, radikal-sosialist və sosialist partiyası birləşib "solların kartelini" yaxud "sol blok" təşkil etdilər. Bu blok 1924-cü ilin aprelində keçirilən seçkilərdə 328 səs toplayaraq qalib gəldi. Nəticədə radikal-sosialist partiyasının liderlərindən olan Eduard Errionın başçılığı altında “Sol blok” hökuməti təşkil edildi. Lakin “Sol blok” hökumətinin ömrü cəmi 10 ay çəkdi. E.Errio hökuməti ilk növbədə Aleksandr Milyeranin prezident vəzifəsindən uzaqlaşdırılmasına və həmin vəzifəyə Dumerqin seçilməsinə nail oldu. Eduard Errio hökuməti təşkil edildikdə sosialistlər onun tərkibinə daxil olmadılar. Lakin onu parlamentdə müdafiə edəcəklərinə söz verdilər. Hökumət siyasi məhbuslara əfv verdi. 1920-ci ildə tətil etdiklərinə görə işdən azad olmuş dəmir yol işçiləri yenidən öz işlərinə bərpa olundular. Sahibkarlarla fəhlələr arasında müqavilə bağlandı, bir çox malların qiyməti aşağı salındı. Dövlət məmurlarına həmkarlar ittifaqları təşkil etmək hüququ verildi, qadınlar yerli idarələrə seçkilərdə iştirak etmək hüququ aldılar.

Fransa iqtisadiyyatını gerilikdən çıxarmaq üçün Ali

İqtisadi Şura və Ali Dəmiryol Şurası yaradıldı.

Milli kredit bankının yaradılması ölkənin iqitsadi inkişafında başlıca rol oynadı. Xarici siyasətdə bu hökumətin ilk addımı 1924-cü ilin oktyabrında SSRİ-ni de-yuro tanıması idi. Hökumətin xarici siyasətinin başlıca məqsədi Avropada hegemonluğa nail olmaq idi.



E.Errio hökumət mütərəqqi vergi tətbiq etməyi, kapital üzərinə nəzarət qoymağı bacarmadı. Bu məsələ parlamentin müzakirəsinə qaldırılan zaman senatda əksəriyyət təşkil edən sağlar Errio hökumətini müdafiə etmədilər. E.Errio 1925-ci ilin aprelində istefa verdi. 1925-ci ilin aprelindən noyabrına qədər hökumətə Penleven başçılıq etdi. Onun dövründə isə Mərakeş-

də aparılan müharibəyə Suriya ilə də müharibə əlavə olundu. 1925-ci ilin iyul ayında sosialistlər kütlələr arasında nüfuzdən düşəcəklərindən qorxaraq «sol blok»un tərkibindən çıxdılar. 1925-ci ilin noyabrında Aristid Brianın başçılığı altında hökumət təşkil edildi. O öz hökumətinin tərkibinə «sol blok»un üzvlərindən də daxil etdi. Bu hökumət cəmi 8 ay işləyə bildi. 1926-cı ilin iyulunda hökumət böhranı baş verdi. Brian kabineti dağıldı və Errionun yaratdığı yeni hökumət çox az davam gətirdi. Maliyyəçilərin təzyiqi ilə bir neçə gündən sonra o, istefaya getməyə məcbur oldu. Errio bu məsələ ilə əlaqədar yazırdi ki, faciəli dəqiqələrdə pul qüdrətinin respublika prinsipləri üzərində necə təntənə çaldığına o bir daha əmin oldu və gördü ki, borclu olan bir dövlətdə demokratik hökumət kölədir.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin