«Milli hökumətin» daxili və xarici siyasəti
1931-ci il avqustun 24-də Makdonaldın rəhbərliyi altında mühafizəkarlar, liberallar və leyboristlərin iştirakı ilə «Milli hökumət» təşkil edildi. 1931-ci ilin payızında keçirilən parlament seçkilərində milli koalisiya 497 yer aldı. Yenə də hökumətə Makdonald rəhbərlik etdi. Bu hökumət sosial xərcləri 10% ixtisar etdi.
Böyük Britaniya hökuməti iqtisadi böhrandan yaxa qurtarmaq üçün zəhmətkeşlərin yaşayış səviyyəsini aşağı sal- maqla yanaşı, başqa vasitələrdən də istifadə etdi. Bu vasi-
tələrdən biri 1931-ci il sentyabrın 21-də funt-sterlinqin qızıl standartının ləğv edilməsi idi. Bu tədbir dünya bazarında ingilis mallarının rəqabət qabiliyyətini yüksəltdi. İngiltərənin hakim dairələri həmçinin beynəlxalq miqyasda öz maliyyə möv- qelərini möhkəmlətmək üçün 1931-ci ildə Böyük Britaniyanın və bir sıra digər kapitalist ölkələrinin (Portuqaliya, Yunanıstan və s.) sterlinq ittifaqı adını almış valyuta qruplaşmasını yaratdılar. Sterlinq ittifaqına daxil olmuş ölkələr öz valyutalarının dəyərini ingilis funt-sterlinqinin dəyərinə uyğunlaşdırdılar, onlar arasında ticarətdə haqq-hesab vahidi funt-sterlinq oldu. İqtisadi böhranı aradan qaldırmaq üçün istifadə edilən digər vasitələrdən biri də proteksionizmin tətbiq edilməsi idi.
1931-ci ildə İngiltərə parlamenti dominionlara xarici və daxili siyasətdə suveren hüquq verən Vestminster statusu qəbul etdi . Bundan sonra Britaniya qanunları onlar üçün məcburi deyildi. Bu status Britaniya Millətlər Birliyinin hüquqi əsasını təşkil etdi.
1931-1932-ci illərdə İngiltərədə azad ticarətdən tamamilə əl çəkildi. İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının rəqabətindən qorundu. Bu siyasət 1932-ci ilin iyul-avqust aylarında Ottavada olmuş İmperiya konfransında qəbul edilən tarif sistemi ilə təkmilləşdirildi. Böyük Britaniya, dominionların keçmişdə kömrüksüz gətirilən mallarını yenə də gömrük rüsumu almadan öz bazarına buraxmağı öhdəsinə götürdü.
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri açıldı. 1931-ci ilin avqustunda işsizlərə yardım haqqında yeni qanun qəbul edildi. Qanuna görə mövsümü fəhlələr, ailəli qadınlar, fasiləsiz iş stajı olmayan şəxslər yardım almaqdan məhrum edildilər. 1932-ci ilin noyabrında qəbul edilən
«Ehtiyacların yoxlanması haqqında» qanuna əsasən yardımların ödənilməsi üzərinə ciddi nəzarət qoyuldu. 1932-ci ilin
ortalarından etibarən ingilis iqtisadiyyatı yavaş-yavaş böhran vəziyyətindən çıxmağa başladı. 1934-cü ildə sənaye məhsulunun həcmi 1929-cu il səviyyəsinə gəlib çatmışdı. İngiltərə sənayesində baş verən bu canlanmanın başlıca səbəblərindən biri hərbi sənaye sahələrinin sürətlə inkişaf etməsi idi. Ölkə iqtisadiyyatına kapital qoyuluşu artdı. Xarici ticarət inkişaf etdi. Lakin bu möhkəm deyildi. Kömür, gəmiqayırma və toxuculuq sənayesi 1937-ci ildə də 1929-cu il səviyyəsinə çata bilmədi. «İşsizlər və onların müavinatının yeni ixtisarı haqqında» 1934-1935-ci illərdə verilən qanunlar kütləvi etiraza səbəb oldu.
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə əlaqələri inkişaf etdirmək idi. 1932-ci ildə keçirilən Lozanna konfransında Böyük Britaniya Almaniyadan təzminat alınmasının dayandırılmasına tərəfdar oldu və elə həmin ildə Cenevrədə tərksilaha dair keçirilən konfransda iştirak etdi.
1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni iqtisadi böhran təzahürlərinin artmasını İkinci dünya müharibəsinin başlanması dayandırdı.
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Böyük Britaniyada da faşist təşkilatların canlanmasına səbəb oldu. Burjua-demokratik azadlıqlar məhdudlaşdırıldı. 1934-cü ildə müharibə əleyhinə təşviqata görə ağır cəza müəyyən edən "Qi- yama təhrik haqqında" qanun qəbul edildi. 30-cu illərin orta- larında iri burjuaziya və torpaq aristokratiyası tərəfindən müdafiə edilən Osvald Moslunun rəhbərliyi altında yaranan Britaniya faşist ittifaqı partiyası fəaliyyətini gücləndirdi. Bu partiya SSRİ-yə qarşı "xaç yürüşü" təşkil etmək çağırışı ilə çıxış etdi. Lakin faşistlər ölkədə kütləvi bazaya malik deyil- dirlər. Çünki inhisarçı burjuaziyanın əsas qruplaşmaları ölkənin idarə edilməsində ənənəvi parlament sistemindən imtina etməyi və faşistlərin köməyinə əl atmağı lazım bilmirdilər.
1935-ci ilin iyununda keçirilən seçkilərdən qabaq Makdonald istefaya getdi və mühafizəkarlar hökuməti təşkil olundu. Yeni hökumətə Bolduin başçılıq edirdi. 1935-ci ilin noyabr seçkilərində onlar kollektiv təhlükəsizlik şüarı ilə çıxış edərək qalib gəldilər.
S.Bolduin hökumətinin daxili siyasəti əsasən ölkə iqtisa- diyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin xa- rici siyasətində Avropa dövlətləri ilə münasibətlər mühüm yer tuturdu. Almaniya və İtaliyanı sakitləşdirmək, İspaniya işlərinə
«qarışmamaq» siyasəti yeridilirdi. 1935-ci ilin iyununda Alma- niya ilə bağlanan hərbi dəniz sazişinə görə Almaniya İngiltərə donanmasının 35%-i qədər donanma yaratmaq hüququ aldı. 1935-ci ilin iyulun 6-15-də Versal sülh müqavləsinə yenidən baxmağı nəzərdə tutan «Razılıq və əməkdaşlıq paktı»nı Al- maniya, İtaliya, Fransa ilə birlikdə İngiltərə də imzaladı. Hindistanda antingilis əhval-ruhiyyəni zəiflətmək üçün 1935-ci ildə Hindistanın yeni konstitusiyası qəbul edildi.
1937-ci ildə orta səviyyəli bir adam olan Nevill Çember- len kabinetin başçısı oldu. O bu vəzifəyə aristokrat mənşəyinə və ailə əlaqələrinə görə keçə bilmişdi. Mühafizəkarlar ölkə daxilində sağ qüvvələri şirnikləndirmək siyasəti yeridirdilər. Hökumət aqrar bölməni inkişaf etdirmək məqsədilə kənd təsərrüfatı mallarının təminatlı qiymətlə alınmasını təşkil etdi. Kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. 1937-ci ildə İrlandiya parlamentinin qəbul etdiyi konstitusiya bəyənildi.
Dostları ilə paylaş: |