Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə7/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   156
avropa amerka tarıxı

BÖYÜK BRİTANİYA


Böyük Britaniya üçün Birinci Dünya müharibəsinin nəticələri

Birinci Dünya müharibəsinin əsas iştirakçılarından biri olan Böyük Britaniya bu savaşda ABŞ və Yaponiyadan sonra ən çox qazanan dövlət oldu. Bununla belə, Böyük Britaniya müharibə nəticəsində öz milli sərvətinin 1 hissəsini itirdi,

3

sənaye məhsulları istehsalı 20% aşağı düşdü. Müharibə dövründə hərbi işə tələbatla əlaqədar ölkədə bir sıra yeni sənaye sahələri – avtomobil, aviasiya, kimya sənayesi sürətlə inkişaf etsə də, ənənəvi sənaye sahələri olan gəmiçilik, toxuculuq və kömürçıxarma sənayesi ciddi durğunluq keçirdi. Bütövlükdə götürsək, müharibə illərində Böyük Britaniyada istehsal genişlənsə də, ingilis mallarının dünya bazarında rəqabət qabiliyyəti xeyli aşağı düşdü. Bu dövrdə ölkədə əkin sahələri 375 mln akra qədər artsa da, əvvəllər olduğu kimi, Böyük Britaniya yenə də ərzaq məhsullarına olan tələbatını xaricdən mal gətirilməsi hesabına ödəyirdi. Müharibə nəticəsində Böyük Britaniyada idxal iki dəfə artdı. Müharibəyə qədər o borc verən ölkə idisə, müharibədən sonra o, borclu ölkəyə çevrildi. Onun ABŞ-a borcu 850 mln funt-sterlinq, yəni 4 milyard dollara bərabər idi. Böyük Britaniya dünya maliyyə mərkəzi rolunu da itirdi. Belə ki, müharibədən sonra dünya maliyyə mərkəzi Londonun Siti bankından Nyu-Yorkun Uoll- Strit bankına keçdi. O, ABŞ-dan asılı vəziyyətə düşdü. Avropada Fransa ilə, Asiyada isə Yaponiya ilə rəqabətə onun malları davam gətirə bilmədi. Xaricə kapital qoyuluşu 25% ixtisar edildi. Ölkənin dövlət borcu 12 dəfə artaraq 650 mln funt-sterlinqdən 7 milyard 829 mln funt-sterlinqə çatdı.



Müstəmləkə imperiyası kimi tanınan Böyük Britaniyanın Birinci Dünya müharibəsidən sonra müstəmləkələr ilə mü- nasibətlərində də ciddi dəyişikliklər baş verdi. Böyük Britaniya

müstəmləkələrə münasibətində siyasi manevr etmək metodunu tutmağa məcbur oldu.

Birinci dünya müharibəsində Böyük Britaniya 744 min adam itirdi, 1 milyon 693 min adam isə yaralandı və şikəst oldu.

Müharibə fəhlə hərəkatına da təsir etdi. Tred-yunion təşkilatlarının üzvlərinin sayı 1,5 dəfə artdı.

Müharibənin ən mühüm nəticələrindən biri də istehsalın və kapitalın sürətlə təmərgüzləşməsi və mərkəzləşməsi idi. Müharibə dövründə bir sıra yeni inhisar bilikləri yarandı. Bunlardan ən məşhuru 1916-cı ildə yaradılmış Böyük Britaniya Sənaye Federasiyası idi. Müharibə Böyük Britaniya inhisar- çılarına çox böyük gəlir gətirdi.

Müharibənin Böyük Britaniya üçün uğurlu nəticələrindən biri də Almaniyanın müvəqqəti də olsa, ondan asılı vəziyyətə düşməsi, Almaniya donanmasının tamamilə məhv edilməsi idi.

Müharibə nəticəsində Böyük Britaniya Almaniya və Türkiyənin müstəmləkələri hesabına öz müstəmləkə ərazisini 2,6 mln.km2, əhalisini isə 9 mln nəfər artırdı. Ümumiyyətlə, Böyük Britaniya dünyada yeganə dövlət idi ki, öz ərazisindən 109 dəfə çox müstəmləkə ərazisinə sahib idi.

İngiltərə yenə də güclü donanmaya malik idi və dənizlər hökmdarı rolunu özündə saxlaya bildi. Böyük Britaniya Millətlər Cəmiyyətində hakim mövqe tutdu. Almaniyadan alınan təzminatın da 22%-i ona çatmalı idi.

Müharibənin son mərhələsində Rusiyada baş verən Fevral inqilabı və Oktyabr çevrilişi Böyük Britaniyada narahatlığa səbəb oldu. Böyük Britaniya digər iri kapitalist dövlətləri ilə birgə bolşevizmə qarşı «xaç yürüşü»nün təşkilində fəal iştirak etdi. Təsadüfi deyil ki, o zaman İngiltərənin hərbi naziri olan Uinston Çörçill demişdi ki, gələcəkdə bolşevizmin bəşəriyyət üçün fəlakətə çevrilməməsindən ötrü onun körpəsini

beşiyindəcə məhv etmək məqsədilə mən Sovet Rusiyasına 14 dövlətin yürüşünü təşkil etmişəm.

Müharibə qurtarandan sonra sənayeni hərbi xətdən dinc xəttə keçirmək mühüm vəzifələrdən biri oldu. Hökumət 1917-ci ildə qəbul etdiyi “İqtisadi və siyasi yenidənqurma” proqramına uyğun olaraq dağıdılmış təsərrüfatın bərpasına başladı. Müharibənin son illərində hökumətə liberallar partiyasının liderlərindən biri olan Lloyd Corc rəhbərlik edirdi. Onun təşkil etdiyi hökumətin tərkibində həm mühafizəkarlar, həm liberallar və həm də leyboristlərin nümayəndələri iştirak etdiyinə görə o, koalisiyalı hökumət adlanırdı. Müharibə qurtardıqdan dərhal sonra Lloyd Corc hökuməti yeni seçkilərdə uğur qazanmaq məqsədilə 1918-ci ilin noyabr ayında parlament islahatı keçirdi. Bu islahat nəticəsində seçicilərin sayı ölkə üzrə 8 mln-dan 21 mln nəfərə çatdırıldı. 30 yaşından yuxarı bütün qadınlara, 21 yaşından yuxarı bütün kişilərə seçki hüququ verildi. “Fişer İslahatı»” adlanan təhsil islahatı nəticəsində İngiltərədə 14 yaşına qədər bütün uşaqlar məcburi icbari təhsillə əhatə olundular. Müharibədə əlil olmuşlara, valideynlərini itirmiş uşaqlara, qocalara verilən pensiyalar və müavinətlər artırıldı. Hökumətin tərkibində olan leyboristlər partiyası seçkiqabağı koalisiyadan çıxdığını bildirdi və öz platforması ilə ilk dəfə çıxış etdi. leyboristlər göstərirdilər ki, onlar hakimiyyətə gəl- sələr, Sovet Rusiyasını tanıyacaqlar. Ən mühüm sənaye sa- hələrini, yəni elektrik stansiyalarını, kömür şaxtalarını, dəmir yollarını milliləşdirəcəklər. Həmçinin Hindistan və İrlandiyaya müstəqillik verəcəklər.

1918-ci ilin dekabrında hərbi vəziyyət şəraitində keçirilən “gümüsü” seçkilərdə parlamentdəki 707 deputatın 484 nəfərini liberallar və mühafizəkarlar təşkil etdilər. Mühafizəkarlar 348 mandat, liberallar isə 136 mandat aldılar. Bu seçkilərdə ilk dəfə olaraq, liberallar mühafizəkarlardan az yer aldılar. Halbuki İngiltərə tarixində son 100 il ərzində liberallar həmişə

parlamentdə çoxluq qazanmışdılar. Liberallar partiyası XVII əsrin sonunda sənaye və ticarət burjuaziyasının partiyası kimi meydana gəlmiş, XVIII- XIX əsrlərdə azad rəqabət hökm sürdüyünə görə İngiltərə parlamentində öz liderliyini saxlaya bilmişdir. Lakin XIX əsrin sonu-XX əsrin əvvəllərində kapitalizm öz yerini imperializmə verdi. Azad rəqabətin yerini inhisarlar tutdu. Ona görə də sənaye və ticarət burjuaziyasının partiyası olan liberallar partiyası maddi bazasını itirdiyindən siyasətdə də nüfuzdan düşdü. Onun yerini dövrə uyğunlaşmağı bacaran leyboristlər partiyası tutdu. 1918-ci ilin dekabrında leyboristlər partiyası öz nizamnaməsində belə bir dəyişiklik etdi ki, o, partiya üzvlüyünə kollektiv formadan başqa fərdi formada da üzv qəbul edə bilər. Bu imkan verdi ki, bu partiyada təkcə fəhlələr deyil, həm də xırda, orta və hətta iri burjuaziyanın nümayəndələri də təmsil edilsin.

Müharibə qurtardıqdan sonra bir sıra hərbi sənaye sahələrinin bağlanması fəhlə sinfinin vəziyyətini pisləşdirdi. 1919-cu ildə İngiltərədə 2.5 mln-a yaxın fəhlə tətil etdi. Bu hadisə hökuməti məcbur etdi ki, 6 mln-a qədər fəhlənin əmək haqqını 20% artırsın, 6.5 mln fəhlənin isə iş gününü 7 saata endirsin.

Rusiyada bolşeviklərin hakimiyətə gəlməsi 1919-cu ildə III İnternasionalın – Kommunist internasionalının yaranmasına gətirib çıxardı. Bu hadisədən sonra kapitalist ölkələrində kommunist partiyalarının təşkili gücləndi. Adətən, kommunist partiyası keçmiş sosialist partiyasının sol qanadından təşkil olunurdu. Bu dövrdə Böyük Britaniyada 4 sosialist təşkilatı var idi. Bunlar Böyük Britaniya sosialist partiyası, Böyük Britaniya sosialist fəhlə partiyası, Fəhlə sosialist federasiyası, Cənubi Uels sosialist cəmiyyətindən ibarət idi. Lakin bu təşkilatlarda belə bir səhv fikir var idi ki, köhnə metodların hamısından əl çəkmək lazımdır. Parlamentə seçilmək gərək deyil. Saziş bağlamaq olmaz. Əslində bütün bunlar onların kifayət qədər

təcrübəli olmamasından irəli gəlirdi. Halbuki hər hansı bir partiya xalqı öz tərəfinə çəkmək üçün kütləni öz ardınca aparmağı bacarmalıdır. Məhz İngiltərədəki sol partiyaların bu səhvləri İngiltərə kommunist partiyasının fəaliyyətində də özünü bütün dövrlərdə büruzə verdi. 1920-ci ilin iyulun 31-i ilə avqustun 1-i arasında Londonda keçirilən qurultayda Harri Pollitin başçılığı altında İngiltərə kommunist partiyasının yaradıldığı elan edildi. Lakin bu partiyanın üzvlərinin sayı 10 min nəfəri keçə bilmədi. Çünki İngiltərə fəhlə sinfi Tred- yunion təşkilatları və leyborist partiyasına daha çox inanırdı.

Bu dövrdə İngiltərənin qarşılaşdığı mühüm problem- lərdən biri müstəmləkələrə münasibət məsələsi idi. Hindistanda 1919-cu il islahatından sonra kütləvi nümayişlər başlandı. Onun ən faciəvi nəticələrindən biri 1919-cu ilin aprelində Amritsar qırğını oldu. 1919-1920-ci illərdə Mahatma Qandinin başçılığı altında vətəndaş itaətsizliyi kampaniyası davam etsə də, Qandinin ancaq dinc yolla mübarzəni davam etdirmək tərəfdarı olması onun nəticəsiz qurtarmasına səbəb oldu.

1919-1921-ci illərdə Misir xalqı da İngiltərəyə qarşı mübarizəyə qalxdı. Nəticədə 1922-ci ilin fevralın 28-də İngiltərə formal da olsa, Misiri müstəqil krallıq elan etdi. Ancaq o, Misirdə yenə də öz qoşunlarını saxlayır və onun xarici siyasətinə rəhbərlik edirdi.



Böyük Britaniya ən ciddi problemlə İrlandiyada qarşılaşdı. 1916-cı ildə irlandiyalılar üsyan etsələr də, azadlıq qazana bilmədilər. Bu hadisələrdən sonra, İrlandiyada Şinnfeyn (Biz özümüz) partiyası yaradıldı. 1918-ci ilin dekabrında keçirilən seçkilərdə bu partiya İrlandiyadan seçilən 103 deputatdan 3 -nə sahib oldu. Bu partiya bildirdi ki, o, Londona

4

parlamentə getməyəcək və 1919-cu ilin yanvarında İrlandiyanı



müstəqil respublika elan etdi. Bu hadisə İngiltərədə böyük

təşvişə səbəb oldu. Hökumət İrlandiyaya qoşun yeritdi. 1919-cu ilin yanvarından 1921-ci ilin dekabrına qədər İrlandiya öz azadlığı uğrunda mübarizə apardı. İngiltərə güzəştə getməyə məcbur oldu. Belə ki, dünya ictimaiyyəti, İngiltərə fəhlə sinfi, tred-yunion təşkilatları, həmçinin ABŞ və Fransa İrlandiyanı müdafiə elədilər. 1921-ci il dekabrın 6-da bağlanmış sazişə əsasən cənubdakı 26 qraflığa «Azad İrlandiya dövləti» adı ilə muxtariyyət verildi. Şimaldakı sənaye cəhətdən inkişaf etmiş və ingilislərin çoxluq təşkil etdiyi 6 qraflıq isə İngiltərənin tərkibində qaldı. De Valera başda olmaqla İrlandiya xalqı 1923- cü ilin yazına qədər mübarizəni davam etdirsə də, bu nəticəsiz qaldı.

Hələ 1917-ci ildə İngiltərə öz dominionları olan Kanada, Avstraliya və Cənubi Afrika İttifaqına muxtar respublika hü- ququ vermişdi. 1923-cü ildə isə bu dominionlara icazə verildi ki, xarici dövlətlərlə müstəqil müqavilələr bağlasınlar.

1919-cu ildə funt-sterlinqin qızıla olan paritetinin ləğv edilməsini sənaye istehsalının artımına müsbət təsir etdi.

1920-ci ilin ortalarında İngiltərədə yeni iqtisadi böhran başlandı və bu böhran fəhlə sinfinin vəziyyətinə də təsir etdi. Ona görə də ölkəni yenidən fəhlə tətilləri bürüdü. Hökumət polisin hər hansı bir nümayişi dağıtması haqqında qanun qəbul etməyə məcbur oldu . 1921-ci ildə müharibə dövründə tətbiq edilmiş kömür şaxtaları sahibkarları üzərində hökumətin nəzarəti qaydası ləğv edildi. Bundan istifadə edən sahibkarlar lakaut elan edərək fəhlələrin əmək haqlarının aşağı salınmasına və iş gününün uzadılmasına nail ola bildilər.

1922-ci ilə qədər İngiltərə hökumətinə Lloyd Corc baş- çılıq etdi. Yeni hökumətin başlıca şüarı “İngilotərəni oyadın” oldu. Istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Dövlətin sosial funksiyaları artırıldı. Bu dövrdə İngiltərənin həm beynəlxalq, həm də daxili vəziyyəti xoşagələn deyildi. L.Corc hökumətinin xarici siyasəti liberallizmə əsaslanırdı ki, bu da



zor tətbiq etməyin əleyhinə olsa da, imperiya siyasətindən imtina etmək deyildi. L.Corc hökumətinin xarici siyasətinin əsas istiqamətləri Paris sülh konfransında iştirak, Azərbaycana, müstəmləkələrə münasibət, İran və Əfqanıstana, Rusiyaya, Vaşinqton konfransına, Genuya konfransına, Türkiyəyə münasibət məsələsi idi. Avropa ölkələri və ABŞ-a münasibətdə ingilis diplomatiyası tarazlaşdırılmış xətt yeridirdi. Çörçill başda olmaqla bir qrup nazirlər belə hesab edirdilər ki, Sovet Rusiyası ilə heç bir danışığa girmək olmaz, ancaq hərbi müdaxilə lazımdır. Lloyd Corc başda olmaqla bir qrup nazir isə belə hesab edirdi ki, iqtisadi yolla da Rusiyanı məhv etmək olar. Liberallarla mühafizəkarların koalisiyası məsələsində də mühafizəkarlar arasında fikir ayrılığı mövcud idi. Mühafizəkar- lardan Çemberlen, Balfur liberallarla koalisiyanı saxlamaq tərəfdarı idilər, Stenli Bolduin, Bonar-lou isə liberallarla koa- lisiyanın əleyhinə çıxırdılar. Bu ixtilafların nəticəsi olaraq, Lloyd Corc 1922-ci ilin oktyabrında baş nazir vəzifəsindən istefa verdi və yeni seçkilər təyin edildi. Keçirilən seçkilərdə mühafizəkarlar qələbə çaldılar. 1922-ci ilin dekabrından 1923- cü ilin mayına qədər Bonar-Lounun, 1923-cü ilin may ayından dekabr ayına qədər isə Stenili Bolduinin başçılığı altında mü- hafizəkarlar hökuməti hakimiyyətdə oldu. Mühafizəkarlar hökuməti daxili siyasətində inhisarların mənafeyini müdafiə et- məklə fəhlə hərəkatına qarşı ciddi mübarizə apardı. Xarici siyasətində isə ilk növbədə Sovet Rusiyasına qarşı düşmənçilik mühüm yer tuturdu. Bu özünü 1923-cü il mayın 8-də xarici işlər naziri Lord Kerzonun sovet hökumətinə göndərdiyi notada bir daha göstərdi. Həmin notada İngiltərə hökuməti tələb edirdi ki, Əfqanıstan və İranda Sovet Rusiyası antiingilis təbliğatına son qoysun və sovet nümayəndə heyətini bu ölkələrdən geri çağırsın. Sovet Rusiyası İngiltərənin tələblərini yerinə yetirməli oldu.

1923-cü ilin fevral ayında Bolduin Vaşinqtonda İngiltərə ABŞ-la Böyük Britaniyanın borclarını 30% azaldan, qalan borclarının isə 62 il müddətində ödəməsini tələb edən sazişi imzalamalı oldu.

Mühafizəkarlar hökumətinin proteksionizm, yəni xarici malların İngiltərəyə axınının qarşısını almaq üçün çox yüksək kömrük haqqı qoymaq siyasəti yeritmək istəmələri mühafizəkarlar içərisində fikir ayrılıqlarına gətirib çıxartdı. 1923-cü ilin dekabrın 6-da keçirilən parlament seçkilərində mühafizəkarlar uğur qazana bilmədilər.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin