VAŞİNQTON KONFRANSI
ABŞ Avropa, Asiya və Afrikada heç bir üstünlüyə nail olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda çıxmağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox fəallıq göstərən ABŞ-ın dövlət katibi, yaxud xarici işlər naziri Yuz idi. ABŞ konfransı çağırmaq üçün böyük dövlətlərdən olan İngiltərə və Yaponiyanı razı salmağı birinci dərəcəli vəzifə hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ bildirdi ki, əks təqdirdə İngiltərənin ona borclu olduğu 850 milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl paritetinə uyğun olmalıdır. ABŞ həmçinin İngiltərəyə təzyiq göstərmək üçün o zaman İrlandiyadakı azadlıq uğrunda mübarizə məsələsini konqresə çıxartdı və göstərdi ki, bu məsələyə kon- qresin münasibəti İngiltərənin mövqeyindən asılı olacaqdır. İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir, Atlantik və Sakit okeanda İngiltərə və Yaponiyanın üstünlüyünü təmin edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv
edilməsini və İngiltərənin ABŞ-la yaxınlaşmasını tələb edirdilər. ABŞ istəyirdi ki, hələ 1899-cu ildə Cənub-Şərqi Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını həyata keçirsin və Yantszı çayı hövzəsində və Çinin cənubunda İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən hadisələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə məcbur etdiYaponiya artıq belə bir nəticəyə gəlmişdi ki, Çinlə əvvəlki qaydada rəftar etmək mümkün deyildir və bu ölkəni heç bir vaxt müstəmləkəyə çevirmək olmaz. Uzun danışıqlardan sonra 1921-ci ilin iyun ayının 10-da böyük dövlətlərə məktublar göndərildi. Avqust ayının 1-nə qədər onlardan razılıq alındı. Nəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14 dövlətin iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun iştirakçıları ABŞ, İngiltərə və onun 4 dominionu, həmçinin Hindistan, Fransa, Yaponiya, İtaliya, Portuqaliya, Belçika, Niderland və Çin idi. Konfransın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan biri dəniz silahlı qüvvələrini məhdudlaşdırmaq və müharibədə yeni silahlardan istifadə qaydası, digəri Sakit okean və Uzaq Şərq məsələsi idi. Konfransda Çin məsələsi ayrıca bir məsələ kimi gündəliyə salınmasa da, əslində ən başlıca məsələ idi. ABŞ Sakit okean məsələsini ona görə gündəliyə qoydu ki, 1920-ci ildə Panama kanalı işə düşmüşdü və ABŞ üçün Sakit Okeanın əhəmiyyəti daha da artmışdı. ABŞ-ın dövlət katibi Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə əsasən (ABŞ, İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv edildi ki, bu ABŞ diplomatiyasının uğuru idi. Həmçinin bu dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin arasında da saziş bağlandı. Bu sazişə əsasən Çinin xeyrinə olaraq Yaponiya Şandun əyalətindən imtina etdi. İngiltərə də icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qaytardı.
1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqavi- ləsi» bağlandı. Bu müqaviləyə əsasən onu imzalayan dövlətlər bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət edirlər. Çinin inkişaf etməsi və möhkəmlənməsi, hökumət təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər. Dövlətlər Çində xüsusi imtiyazlar əldə etməyə çalışmayıb, ticarət və sənaye fəaliyyəti sahəsində bağlanacaq bərabərhü- quqlu müqavilələrə riayət edəcəklər. Onlar Çinin daxili işlərinə qarışmayacaqlarına və Çinin nüfuz dairəsinə bölünməsinə im- kan verməyəcəklərini də vəd edirdilər. Əslində bu saziş ABŞ-ın
«açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponiyanın Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq qapılar" doktrinası onun suverenliyinə böyük zərbə idi. Çin böyük dövlətlərin sövdələşmə obyektinə çevrildi. Bu müqavilə Çində milli-azadlıq hərəkatını boğmaq üçün imperialistlərin birləşməsi, həmçinin onu yenə də yarımmüstəmləkə halında saxlamaq demək idi. Çində xaricilərin rabitə şöbələri və radiostansiyaları ləğv edilmədi. Çin kömrük məsələsində bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun ərazisindən çıxartmadılar. Mühüm strateji ərazilər yenə də böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya Lyaodun yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər.
Konfransda birinci məsələ çox böyük müzakirəyə səbəb oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sualtı qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ və İngiltərəyə əsasən götürülsün. Yaponiyaya isə az miqdarda donanma təklif edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün olduğu üçün onların məhdudlaşdırılmasına razı olmadı. Yaponiya da buna etiraz etdi. Bir sıra mübahisə və müzakirələrdən sonra heç bir qərar qəbul edilmədi. Donanma saxlamaq məsələsinə gəldikdə dövlətlər ancaq xətt gəmiləri üzrə ABŞ-a üstünlük verməyə razılaşdılar. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 –
Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5 dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir diplomatik uduş qazandı ki, Yaponiyanın əsas adalarından ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi bazalarını yarada bilərdi. Vaşinqton konfransı Sakit okeanda qüvvələrin yeni quruluşunu müəyyənləşdirdi. Konfransın qərarları 1919-1920-ci illərin Paris konfransının qərarlarını müəyyən dəyişikliklərlə tamamlamış oldu.
Birinci dünya müharibəsindən sonra beynəlxalq münasi- bətlərdə yeni sistem yaranmış oldu ki, bu da tarixə Versal- Vaşinqton sistemi kimi daxil oldu.
Versal-Vaşinqton sistemi Birinci və İkinci dünya mühari- bəsi arasındakı dövrdə beynəlxalq münasibətləri nizama salan bir sistem oldu. Bu sistem öz nəticələrinə görə ədalətsiz idi. Belə ki, bu sistemdə Almaniya, İtaliya və Yaponiyanın bir sıra alçaldıcı şərtləri qəbul etməsi gələcəkdə bu dövlətlərdə revanş hissinin artmasına, millətçiliyin güclənməsinə səbəb oldu. Tə- sadüfi deyildir ki, bu İtaliya və Almaniyada özünü faşizm formasında büruzə verdi. Bu sistem Sovet Rusiyasını kənarda qoymaqla özü ilə Sovet Rusiyası arasında ziddiyyətin kəskin- ləşməsinə səbəb oldu. Bu sistem bolşevizmi Avropaya bu- raxmamaq üçün Rusiya sərhəddində xırda dövlətlər yaratdı və
«sanitar kartonu» tətbiq etdi. Bu sistem qalib dövlətlərin özü arasında ziddiyyəti kəskinləşdirdi. ABŞ-la Avropa arasındakı ixtilafı da gücləndirdi. Bu sistem mandat üsulunu tətbiq et- məklə müstəmləkəçiliyin yeni formasını yaratdı. Müstəmləkə- lərlə metropoliyalar arasındakı ziddiyyətlər gücləndi. Nəhayət, bu sistem iqtisadi məsələlərdə, Almaniyadan təzminat alınması məsələsində obyektiv qərar çıxartmadığı üçün gələcəkdə çox ciddi problemlərlə üzləşdi. ABŞ-ın Versal müqavilələrinə bitərəf münasibəti, onun qərarlarını təsdiq etməməsi, Millətlər Cəmiyyətində iştirak etməkdən imtina etməsi bu sistemin köv- rək olduğunu göstərdi. Versal sisteminin yaradıcıları Avropada
milli münasibətləri mürəkkəbləşdirdilər. Bütün bunlara görə bu sistem bəzi dövlətlər tərəfindən pozuldu və nəhayət, ləğv edildi. Birinci dünya müharibəsi kapitalist ziddiyyətlərini bir müddət arxa plana çəkdi. Müəyyən müddət sakit inkişaf üçün şərait yaratdı ki, bu, isə yeni müharibəyə hazırlaşmaqdan başqa
bir şey deyildi.
Dostları ilə paylaş: |