Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə6/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
avropa amerka tarıxı

GENUYA KONFRANSI

Birinci Dünya müharibəsindən sonra dağıdılmış Avropanı bərpa etmək üçün Antantanın Ali Şurası 1922-ci ilin yanvarında Fransanın Kanna şəhərində xüsusi müşavirə çağırdı. Həmin müşavirənin qarşısında yeni bir konfrans çağırmaq və dağıdılmış Avropanı Rusiyanın hesabına bərpa etmək məsələsi dururdu. Bu məqsədlə İtaliyanın Genuya şəhərində 1922-ci ilin aprelin 10-dan mayın 19-dək davam edən 34 dövlətin iştirakı ilə xüsusi maliyyə-iqtisadi konfrans çağırıldı. Həmin konfransa o zaman Sovet Rusiyasının Xarici İşlər naziri olan Çiçerinin başçılığı altında nümayəndə heyəti də dəvət edildi. Konfransda iqtisadi, siyasi, maliyyə, nəqliyyat məsələləri üzrə xüsusi komissiyalar yaradıldı. Konfransda qalib dövlətlər Rusiyadan tələb etdilər ki, xaricilərin Rusiyada milliləşdirilmiş müsəssi- sələri yenidən özlərinə qaytarılsın. Həmçinin Rusiyadan xarici borclarını qaytarmaq da tələb edildi. Bu isə təxminən 18 mil- yard rubla bərabər rəqəm idi. Buna cavab olaraq Rusiya nümayəndə heyəti bildirdi ki, bu məbləği Rusiya bir şərtlə ver- məyə razıdır ki, xarici dövlətlər vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə Rusiyaya dəymiş təxminən 39 milyard rubl dəyərindəki zərəri ödəsinlər. Bundan başqa, Ru- siyaya çoxlu kredit və borc versinlər. Borcların qaytarılması üçün isə 30 il müddət qoysunlar. Ona görə də Rusiya ilə digər dövlətlər arasında konfransda heç bir razılıq əldə edilə bilmədi. Antanta dövlətləri bununla razılaşmadılar. Konfransın gedişi zamanı Sovet nümayəndə heyəti Almaniya nümayəndə heyəti

ilə aprelin 16-da Rapolloda görüşdü və RSFSR və Almaniya arasında diplomatik və iqtisadi münasibətləri bərpa etmək, hərbi xərclərin ödənilməsindən qarşılıqlı surətdə əl çəkmək haqqında sovet-alman müqaviləsi imzalandı. Almaniya sovet hakimiyyəti tərəfindən alman vətəndaşlarının milliləşdirilmiş mülkiyyəti barədə iddialarından əl çəkdi. Bu müqavilə Sovet Rusiyası tərəfindən imperializm zəncirinin ilk dəfə yarılması demək idi. 1922-ci ilin iyunun 13-dən – iyulun 20-dək Genuya konfransının davamı kimi Haaqada konfrans çağırılsa da, onun da nəticəsi olmadı.

Ümumilikdə götürüldükdə, bütün bu illərdə beynəlxalq münasibətləri sahmana salmaq üçün keçirilən konfranslar möh- kəm sülhü təmin etməsə də, hər halda müəyyən dövr üçün xalqlara dinc tənəffüs verdi.



  1. Yüklə 0,59 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin