Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Böyük Britaniya kapitalizmin nisbi sabitləşməsçi dövründə



Yüklə 0,59 Mb.
səhifə9/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   156
avropa amerka tarıxı

Böyük Britaniya kapitalizmin nisbi sabitləşməsçi dövründə


1924-cü ilin oktyabrın 29-da keçirilən növbədənkənar parlament seçkilərində leyboristlər məğlub oldular. Parlamentdə yenidən yerlərin mütləq çoxluğunu alan mühafizə- karlar hökumət təşkil etdilər. Yenə də hökumətə Stenli Bolduin başçılıq etdi. Yeni hökumət elan etdiyi “Məqsədlər və prinsiplər” proqramını həyata keçirərək mühafizəkar islahatçılığa başladı. Xüsusi sahibkarlığın inkişafına diqqət verildi. Sənaye istehsalının sərbəstləşdirilməsi və ölkənin maliyyə sisteminin sağlamlaşdırılması xətti yeridildi. İnkişafın başlıca mənbəyi müstəmləkələrin təbii sərvəti hesab edilirdi. Gəlir vergisi azaldıldı. Proteksionist rüsumların yalnız müstəmləkələrlə əlaqədə saxlanılması İngiltərə inhisarlarına dünya bazarında sərbəst iştirak imkanı verdi. Bütün ixracın 1 ,

3

idxalın 1 -i imperiyanın öz ərazisində aparılırdı. İngiltərədə

2

iqtisadi inkişafın başlıca xüsusiyyətləri kapital ixracının



artması, beynəlxalq bank əməliyyatlarının səmərəli aparılması, əlverişli dəniz nəqliyyatı ilə bağlı idi. Sosial təminat haqqında qəbul edilən proqrama əsasən pensiya yaşı 65-ə endirildi, təqaüdlər artırıldı, imkansızlara yardım edildi, yerli özünü idarəetmə orqanlarının hüquqları genişləndirildi. Lakin hökumətin sərt büdcə siyasətinə keçməsi sosial ziddiytləri kəskinləşdirdi. Dərin böhran keçirən kömür sənayesində kəskin münaqişə yarandı. Şaxta sahibkarları kömürün yüksək maya dəyərinin aşağı salınmasında və xarici bazarda onun rəqabət qabiliyyətini yüksəltməkdə maraqlı idilər. Lakin buna onlar köhnəlmiş avadnlığı dəyişdirmək yolu ilə deyil, fəhlələrin əmək haqqını azaltmaq yolu ilə nail olmaq istəyirdilər. Hökumət 1925-ci ildə şaxta sahiblərinə 9 ay müddətinə mədən- çilərin əmək haqqının əvvəlki səviyyəsini təmin etmək üçün maliyyə yardımı göstərməyi öhdəsinə götürdü. Lakautu ləğv edən fəhlələrin qələbə günü, yəni iyulun 31-i Böyük Britaniya tarixinə "qırmızı cümə" günü kimi düşdü.

Doqquz aylıq müddət qurtaran kimi şaxta sahibləri lakaut elan etdilər, lakin mədənçilər yenidən onların şərtlərini rədd et- dilər. Hökumət ölkədə fövqəladə vəziyyət elan etdi. 1926-cı il mayın 4-də 18 milyon insanın iştirak etdiyi tətil başlandı. Yeddi aylıq tətildən sonra kömür sənayeçilərinin və hökumətin təzyiq- i, həmkarlar ittifaqı liderlərinin xəyanəti, həmçinin aclıq və ehtiyac şaxctaçıları geri çəkilməyə məcbur etdi. 1926-cı ilin dekabrında onlar işə qayıtdılar. Əmək haqqı aşağı salındı, iş günü uzadıldı. Parlament 1927-ci ildə "Həmkarlar ittifaqları və sənayedə münaqişələr haqqında" qanun qəbul etdi. Fəhlələrin "ştreykbrexerlər xartiyası" adlandırdığı bu qanun ümumi tətil və piketləri qadağan edirdi. Həmçinin qanunda göstərilirdi ki, dövlət qulluqçuları həmkarlar ittifaqlarında iştirak edə, tred-yu- nionlara və leyborist partiyasına daxil ola bilməzlər. Qanun həmçinin siyasi məqsədlər üçün həmkarlar ittifaqının fond təşkil etməsini məhdudlaşdırırdı.

Ölkədə əməklə kapital arasındakı ziddiyyətləri yumşalt- maq üçün 1928-ci ildə İmperiya kimya trestinin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Bu komissiyada həm sahibkarlar, həm də həmkarlar ittifaqlarının rəhbərləri təmsil edilmişdi. Komissiyanın tərtib etdiyi əmək və kapitalın barışdırılması, sosial ziddiyyətlərin aradan qaldırılması və tətillərin baş ver- məməsinə yönələn tədbirlər sistemini nəzərdə tutan sənəd hökumət tərəfindən qəbul edildi. Bu siyasət işçilərlə sahibkarlar arasında münasibətlərin nizama salınmasında mühüm rol oynadı və İmperiya kimya trestinin sədri Alfred Mondun adı ilə

«mondizm» adını aldı.

Böyük Britaniyanın iqtisadiyyatı 1922-1923-cü illərdə düşdüyü durğunluq vəziyyətindən çıxsa da, zəif inkişaf edirdi və yalnız 1929-cu ildə sənaye məhsulunun buraxılışı həcminə görə 1913-cü il göstəricilərinə çatdı. Əgər sənayenin yeni sahələri (maşınqayırma, kimya, avtomobil) intensiv inkişaf edirdisə, köhnə sahələrdə (kömürçıxarma, gəmiqayırma, toxuculuq və b. sahələr) texniki gerilik qalırdı. Ölkə dünya bazarında Almaniya, ABŞ və Yaponiya ilə rəqabət mübarizəsində böyük çətinliklərlə üzləşirdi. Böyük Britaniya sahibkarları öz mallarının rəqabət qabiliyyətini artırmaq üçün yeni inhisar birlikləri yaradırdılar. 1925-ci ilin aprelində hökumət funt-sterlinqin qızıl paritetini yenidən bərpa etdi. Funtun dəyəri 4.40 dollardan 4.86 dollara qədər artırdı. Sabitləşmə dövrünün sonuna yaxın xarici kapital qoyuluşunun müharibəyə qədərki səviyyəsi bərpa olundu. Böyük Britaniya başqa ölkələrə qoyduğu kapitalın ümumi məbləğinə və ondan aldığı gəlirə görə birinci yeri qoruyub saxlayırdı. Hakim siniflərin varlanmasının mühüm mənbələri müstəmləkələrin və asılı ölkələrin milli sərvətlərinin vəhşicəsinə qarət edilməsi və istehsalata elm və texnikanın nailiyyətlərini tətbiq etmək yolu ilə fəhlə sinfinin istismar dərəcəsinin gücləndirilməsi idi.

Kapitalizmin nisbi sabitləşməsi dövründə Böyük Brita- niya beynəlxalq aləmdə özünün siyasi və maliyyə mövqelərini qoruyub saxlamağa çalışırdı. O, «Daues planı»nın tərtibində iştirak etdi. Böyük Britaniya 1925-ci ilin oktyabrında Lokarno konfransında iştirak etdi və «Reyn təminat paktı»nı imzaladı. Stenli Bolduin hökuməti SSRİ-ni dempinq siyasəti yeritməkdə günahlandıraraq 1927-ci ildə onunla diplomatik münasibətləri kəsdi. Böyük Britaniya ABŞ-la xammal və satış bazarları uğrunda mübarizədə rəqib olsa da, Avropa və dünyaya müna- sibət məsələsində onunla əməkdaşlığa xüsusi diqqət yetirirdi. Böyük Britaniya da Çində 1925-1927-ci illərdəki milli-azadlıq hərəkatını yatırmaqda digər dövlətlərlə bərabər iştirak etdi. Bundan məqsəd Çində öz mövqelərini möhkəmləndirmək idi. 1926-cı ildə keçirilən İmperiya konfransında dominionlara daxili və xarici siyasətdə müstəqillik verildi və onlar Böyük Britaniya ilə bərabər hüquq qazandılar. Bununla belə, onlar yenə də Böyük Britaniya imperiyasının tərkibində qaldılar.

1928-ci ildə qəbul edilmiş yeni seçki qanununa əsasən qadınlarla kişilərin hüquqları bərabərləşdirilsə də, üç aylııq oturaq həyat tərzi, əmlak sahibi olmaq, universitet bitirmək senzi saxlanıldı.

Mühafizəkarlara qarşı narazılıq 1929-cu ilin mayın 30-da keçirilən parlament seçkilərində onların məğlubiyyəti ilə nəticələndi. 21 yaşına çatmış qadınlara seçki hüququ vermək haqqında qanun da onlara kömək etmədi. Leyboristlər 8 milyon 300 min səs alaraq Ramsey Makdonaldın başçılığı ilə hökumət təşkil etdilər. İcma palatasında da birinci dəfə onlar əksəriyyət səsə malik oldular.İkinci leyborist hökumətinin daxili siyasəti işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsinə, iş yerləri yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsinə, sosial sığorta sisteminin tətbiqinə yönəlmişdi. Hökumətin xarici siyasəti isə əsasən İngiltərənin beynəlxalq mövqeyini möhkəmləndirməyə yönəlmişdi. Müstəmləkələr və dominionlar

məsələsi xüsusi yer tuturdu. Avropa ölkələri ilə münasibətlərə də xüsusi diqqət verilirdi. 1930-cu ilin əvvəllərində Londonda keçirilən konfransda dəniz donanması sahəsində İnfiltərə, Fransa, ABŞ, İtaliya, Yaponiya arasında saziş imzalandı. Almaniyanın təzminat məsələsi ilə bağlı Huverin təklifi bəyənildi. 1929-cu ilin oktyabrın 3-də SSRİ ilə diplomatik mü- nasibətlər bərpa edildi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin