Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Böyük Britaniya dünya iqtisadi böhranı dövründə



Yüklə 0,59 Mb.
səhifə10/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   156
avropa amerka tarıxı

Böyük Britaniya dünya iqtisadi böhranı dövründə


1929-cu ildə ABŞ-da başlanan dünya iqtisadi böhranı İngiltərəyə 1930-cu ilin birinci rübündə öz təsirini göstərdi. 1930-cu ilin əvvəllərində iqtisadi böhran Böyük Britaniyanı da bürüdü. Sabitləşmə illərində Britaniya iqtisadiyyatı "çiçəklənmə" mərhələsi keçirmədiyi üçün ABŞ, Almaniya və Fransa ilə müqayisədə ölkədə sənaye istehsalı cüzi azaldı. 1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3 %, 1932-ci ildə isə 82,5 % təşkil edirdi. 1929-cu illə müqayisədə 1933-cü ildə kömür çıxarılması 285 milyon tondan 25,8 milyon tona, çuqun əridilməsi isə 7,59 milyon tondan 3,57 milyon tona endi. Sənayenin ən çox ənənəvi sahələri zərər çəkdi. İxrac iki dəfə azaldı. Leyboristlər daxili siyasət sahəsində özlərinin bir sıra seçkiqabağı vədlərini yerinə yetirmədilər. Əksinə, onlar gəlirin aşağı düşməsini dayandırmaq üçün kapitalistlərə fəhlələrin əmək haqqını azaltmaqda kömək etdilər. Ölkədə hər dörd fəhlədən biri işsiz idi. Hökumət işsizlər üçün vəsaiti kəsdi, mədənlərdə 7 saatlıq iş günü bərpa edilmədi. Leyboristlər həmkarlar idtifaqı əleyhinə olan qanunu saxladılar. İri burjuaziya fəhlələrin həyat səviyyəsini yenidən aşağı salmaq yolu ilə böhrandan çıxmaq istəyirdi.

Maliyyə böhranı kəskinləşdi. London banklarından xarici ölkələrin əmanətləri götürülməyə başlandı. Kağız pullar çox buraxılmağa başladı. Ölkənin maliyyə vəziyyəti İngiltərənin hakim dairələrində dərin həyəcan doğurmuşdu. Maliyyə vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirlər

görməkdən ötrü 1931-ci ilin martında Makdonald hökuməti bankir Corc Mey başda olmaqla xüsusi bir komissiya yaratdı. Komissiya belə bir nəticəyə gəldi ki, əgər sərt iqtisadi siyasətə keçilməzsə, sosial xərclər ixtisar edilməsə, dövlət qulluqçu- larının əmək haqqları aşağı salınmasa, vergilər artırılmasa, icti- mai iş yerləri açılmasa, 1932/33-cü təsərrüfat ilində Böyük Britaniya büdcəsinin defisiti 120 milyon funt-sterlinqə çatacaq- dır. Hökumət Meyin təkliflərini qismən həyata keçirməyi qərara aldı. İngiltərənin hakim dairələri ABŞ və Fransadan borc almaq vasitəsi ilə vəziyyəti düzəltmək istədilər. 1931-ci il avqustun 1-də amerikan və fransız bankirləri İngiltərəyə 80 milyon funt-sterlinq borc verdilər. Yenidən 50 milyon funt- sterlinq borc istədikdə Amerika bankirləri bildirdilər ki, yalnız hökumət Mey komissiyasının təklif etdiyi məsləhətləri qəbul etdiyi təqdirdə yeni borc verilə bilər.

Leyboristlər hökuməti «əlavə qənaət haqqında» qərar qəbul etmək istədi, bu isə işsizlərə göstərilən maddi yardımın 10% azaldılması demək idi. Fəhlələrin hiddəti o qədər artdı ki, Makdonald hökumətinin, həmin qərarı bəyənmiş olan bəzi üzvləri tərəddüd etdilər. Avqustun 23-də kabinetin 10 üzvü bu təklifi müdafiə etməkdən boyun qaçırtdı. Hökumətdə təfriqə əmələ gəldi və Makdonaldın təklifi ilə hökumət istefa verdi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin