Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


İkinci Dünya müharibəsi ərəfəsində xarici siyasət



Yüklə 0,59 Mb.
səhifə12/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   156
avropa amerka tarıxı

İkinci Dünya müharibəsi ərəfəsində xarici siyasət


Hökumət xarici siyasətdə ilk növbədə 1937-ci ildə İtaliya ilə saziş bağlayaraq onun Həbəşistandakı təcavüzünü bəyəndi. Tərəflər Aralıq dənizi rayonunda bir-birinin mənafelərinə hörmət edəcəklərini öhdələrinə götürdülər. Nevil Çemberlen hökumətinin faşizmin təhlükəsini lazımınca qiymət- ləndirməyərək, Almaniyanı «sakitləşdirmək» siyasəti yeritməsi

İngiltərənin tərəqqipərvər ictimaiyyətinin və U.Çörçill başda olmaqla mühafizəkarlar partiyasının bir sıra xadimlərinin etirazına səbəb oldu. Çemberlenin 1938-ci ilin sentyabrında Münhen sövdələşməsinə imza atması onları daha çox narazı salmışdı. Mühafizəkarlar partiyasının bu görkəmli xadimləri Çemberlenin siyasətinə qarşı müxalifət təşkil etdilər. Onlar Çemberlenin xarici siyasətinin antisovet istiqamətinə tərəfdar olsalar da, onun Hitler və Mussoliniyə etibar etməsini bəyənmir, təcavüzkarlarla sövdələşərkən ehtiyatlı olmağı məsləhət görürdülər. Onlar İngiltərənin hərbi mövqelərini möhkəmlətmək məqsədilə zəruri tədbirlər görülməsini lazım bilirdilər. Onların fikrincə, ancaq bu yolla təcavüzkar döv- lətlərlə İngiltərə üçün daha faydalı şəraitdə danışıqlar aparmaq mümkündür. Çemberleni «daxili kabinet» adlanan kabinetə daxil olan ifrat mürtəce siyasi xadimlər qrupu müdafiə edirdi.

«Daxili kabinet» ətrafında «Klayvden guruhu» (Bu qpupun üzvləri, iri ingilis kapitalisti Astorlar ailəsinə mənsub olan Klayvden malikanəsində tez-tez görüşdükləri üçün belə adlanırdı) adı ilə məşhur olan mürtəce siyasətçilər qrupu toplaşmışdı.

Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı işğal etdikdən sonra Çemberlen bildirdi ki, artıq İngiltərə dip- lomatiyası və siyasətinin yeni mərhələsi başlayır. İngiltərənin müdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görüldü. Lakin bu tədbirlər çox ehtiyatla görülürdü. 1939-cu ilin aprelində İngiltərənin silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı. 1939-cu il mayın 15-də icbari hərbi mükəlləfiyyət tətbiq edildi. Bir sıra ölkələrin təhlükəsizliyi üçün təminat verildi. Bununla əslində İngiltərə hökuməti təcavüzkar dövlətlərlə yeni da- nışıqlar aparmaq üçün daha əlverişli şərait yaratmaq məqsədini güdürdü.

XX əsrin 30-cu illərinin ikinci yarısında Böyük Brita- niyanın yeritdiyi xarici siyasət İkinci Dünya müharibəsinin

başlanmasına imkan yaradan amillərdən biri oldu. 1939-cu ilin sentyabrın 3-də Böyük Britaniya Almaniyaya müharibə elan etməklə İkinci Dünya müharibəsinə qoşulmuş oldu. İngiltərə ilə eyni vaxtda Yeni Zelandiya və Avstraliya, sentyabrın 5 və 8-də isə Kanada və Cənubi Afrika İttifaqı Almaniyaya müharibə elan etdilər. Hindistan da Almaniya ilə müharibə vəziyyətində olduğunu bildirdi. İngiltərə ilə Fransa 1940-cı ilin may ayınadək passiv müharibə aparırdılar. Danimarka və Norveç təslim olduqdan sonra N.Çemberlenin nüfuzu xeyli aşağı düşdü. Hökumətə 1940-cı il mayın 10-da nəinki liberallar və leyboristlər, hətta mühafizəkarların da əksəriyyəti etimad göstərmədiklərini bildirdikləri üçün o, istefa verməli oldu. U.Çörçillin başçılığı altında yeni hökumət yaradıldı. Parlament 1940-cı il mayın 22-də müharibənin aparılması üçün fövqaladə qanun qəbul etdi. Müharibə illərində İngiltərə silahlı qüvvələrinin sayı 4 mln 543 min nəfərə çatdı.Ölkədə 131 min təyyarə, 25 min tank, 300 min top islehsal edilirdi. İngiltərə müharibə illərində özünün ərzaq təlabatını əsasən ödəyirdi.



  1. Yüklə 0,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin