«Milli blok» hökuməti
1919-cu ilin noyabrında keçirilən seçkilərdə Aristid Brianın, Aleksandr Milyeranın, Raymond Puankarenin başçılığı altında 6 respublikaçı partiyanı birləşdirən və sağlardan ibarət
«Milli blok» 613 deputat yerindən 437-ni tutaraq qalıb gəldi. Bu seçkilərdə radikal-sosialistlər 88 yer, sosialistlər isə 68 yer aldılar. A.Milyeranın başçılığı altında «Milli blok» hökuməti təşkil edildi. «Milli blok»un liderləri daxili böhranı aradan qal- dırmağa çalışırdılar. Onlar meydana çıxan problemləri həll et- mək üçün ümidlərini Birinci Dünya müharibəsi dövründə və ondan əvvəl Rusiyaya verilmiş borclarını geri almağa və Almaniyanın ödəyəcəyi təzminata bağlayırdılar. Bu məqsədlə hökumət Genuya konfransında Sovet Rusiyasından borclarını geri qaytarmağı tələb etdi. Lakin bu tələb nəticəsiz qaldı.
Bu hökumətin başlıca vəzifələrindən biri də bolşevizmə qarşı mübarizə aparmaq və bu bəlanı Avropaya, xüsusilə Fransaya buraxmamaq idi.
Hökumətin antifəhlə siyasəti ölkədə fəhlə hərəkatının yenidən yüksəlməsinə və 1920-ci ilin dekabrında Lui Frossarın başçılıq etdiyi Fransa kommunist partiyasının yaranmasına səbəb oldu.
1920-ci ilin yanvarında Fransada prezident seçkiləri keçirildi. Öz qələbəsinə əmin olan Klemanso tezliklə yanıldığını başa düşdü. Belə ki, parlament Klemansonu prezident seçməkdən imtina etdi. Onu iki məsələdə ittiham etdilər. Bunlardan birincisi antisovet müdaxilənin iflası, ikincisi, Paris sülh konfransında Fransaya Avropada hegemonluq qazandırmaması idi. Parlament prezident vəzifəsi- nə De Şaneli seçdi. Lakin o tezliklə xəstəliyinə görə bu vəzi-
fədən istefa verməli oldu. Bu vəzifəyə Aleksandr Milyeran təyin olundu. A.Milyeran beynəlxalq opportunizmin Fransaya məxsus növünün başçısı olmuşdur və təsadüfi deyildir ki, Fransa opportunizmi tarixdə milyeramizm kimi tanınmışdır. Hələ 1899-cu ildə Paris kommunasının cəlladlarından biri olan general Qolifenin iştirak etdiyi hökumətdə sosialist nazir kimi Milyeran da fəaliyyət göstərmişdi. O, Eduard Bernşteynin söylədiyini işdə həyata keçirən ilk şəxs olmuşdur. Milyean həm də dünya tarxinə 1920-1921-ci illərdə yaranmış "Kiçik An- tanta" nın təşkilatçısı kimi daxil olmuşdur. O, Fransanın təsiri altında Sovet Rusiyasına qarşı "sanitar kartonu" təşkil etmək məqsədilə Yuqoslaviya, Çexoslovakiya və Rumıniyadan ibarət "Kiçik Antanta" təşkil etmiş və bu təşkilat 1938-ci ilə qədər fəaliyyət göstərmişdir.
Baş nazir Milyeran 1920-ci ilin sentyabrından ölkə prezidenti vəzifəsini tutdu. O, 1924-cü ilə qədər bu vəzifədə çalışdı. 1920-ci ilin sentyabrından 1921-ci ilin yanvarına qədər Fransa hökumətinə Leyq, 1921-ci ilin yanvarından 1921-ci ilin sonuna qədər A.Brian, 1920-ci ilin yanvarından 1924-cü ilin iyulun 1-dək əsasən dünya və Fransa tarixinə "müharibə simvolu" kimi daxil olmuş Raymond Puankare başçılıq etdi. Onu müəyyən vaxtlarda Aristid Brian da əvəz etdi. 1921-1922- ci illərdə Almaniyanın təzminatı 20 mlrd marka ödəməsi əvəzinə 3 mld marka ödəməsi Puankare hökumətinin Belçika ilə birlikdə 1923-cü ilin yanvarında Almaniyanın Rur kömür hövzəsinə təcavüz etməsinə gətirib çıxartdı. Əslində Puankarenin məqsədi Rur kömür hövzəsini Fransaya qatmaq və Fransanı böyük sənaye dövlətinə çevirmək idi. Lakin bu plan İngiltərə və ABŞ-ın diplomatik təzyiqi nəticəsində baş tutmadı. Fransa-Belçika qoşunları 1923-cü ilin payızında Rur kömür hövzəsindən çıxarıldı.
Dostları ilə paylaş: |