İtaliyada faşizmin hakimiyyət başına gəlməsi.
1919-20-ci illərdə fəhlə hərəkatının yüksəlişi, həmçinin 1920-1921-ci illərdəki iqtisadi böhran burjuaziyanı bu vəziyyətdən çıxmaq yolu üzərində düşünməyə vadar etdi. Belə bir yolu onlara faşistlər göstərdilər. Faşistlər hələ 1919-cu ildə özlərinin mübarizə ittifaqlarını yaratdılar. Onların ilk toplantısı 1919-cu ilin martında Milanda oldu. Faşistlər əvvəllər ən çox öz sıralarına müharibənin nəticələrindən incik olan gəncləri toplayırdılar. Belə gənclərdən biri faşist şair Qabriel Arnnuntsio idi. Onun başçılığı altında bir legion təşkil edildi. Bu legion 1919-cu ilin sentyabrında Fium limanını işğal etdi. Lakin tezliklə onlar Fiumu tərk etməli oldular. Çünki bu hadisə iki dövlət arasında narazılığa səbəb oldu. 1920-ci ilin noyabrında
İtaliya ilə Serb-Xorvat-Sloven krallığı arasında Rapolloda müqavilə bağlandı.
Hələ 1919-cu ildə faşistlərin kifayət qədər mövqeyi yox idi. Parlament seçkilərində faşistlər heç bir səs ala bilməmiş- dilər. Faşist təşkilatlarının nüfuzu 1920-ci ilin payızında inqilabi hərəkatın sönməsi dövründə artmağa başladı. 1921-ci ilin mayındakı parlament seçkilərində faşistlər ilk dəfə par- lamentə 35 deputat keçirə bildilər. Onların şüarı aşağıdakı 3 maddədən ibarət idi. Əməkdaşlıq, bu əməkdaşlığı təmin edən güclü dövlət, millətlər ittifaqı. Onlar belə hesab edirdilər ki, millətin mənafeyi hər şeydən üstündür. Faşistlərin terrorçuluq fəaliyyəti genişlənmişdi. 1920-ci ilin sonu, 1921-ci ilin əvvəllərində zəhmətkeşlərin 726 təşkilatı faşistlərin terroruna məruz qalmışdı. 1921-ci ilin yayında faşistlərə qarşı müqavimət gücləndi, müharibə iştirakçılarından zəhmətkeşləri faşist terrorundan qorumaq üçün «xalq cəsurları» təşkilatı yaradıldı. Təşkilatın başında leytenant Arqo Sekondari dururdu.
Tezliklə faşistləri iri inhisarçılar və maliyyə maqnatları maddi cəhətdən təmin etməyə başladılar. 1921-ci ilin noyabrın- da Milanda keçirilən qurultayda faşist partiyası yaradıldı. Onun rəhbəri isə əvvəllər sosialist partiyasının üzvü və onun orqanı
«Avantı» qəzetinin redaktoru olmuş, dəmirçi ailəsində doğulmuş, italyan dili müəllimi Benito Mussoliini oldu. Onu "duce", yəni rəhbər adlandırmağa başladılar.
Faşistlər xalq kütlələrini öz tərəfinə çəkmək üçün proq- ramlarında xeyli dəyişikliklər etdilər. Onlar kapital üzərinə vergi qoymaq, respublika qurmaq, ümumi seçki hüququ, bir sı- ra sənaye müəssisələrini milliləşdirmək, kəndlilərə torpaq ver- mək, kilsə mülkiyyətini müsadirə etmək, müəssisələr üzərində fəhlə nəzarəti qoymaq məsələsini irəli sürdülər. 1921-1922-ci illərdə faşistlərlə xalq kütlələri arasında ciddi döyüşlər oldu. Faşizm sosial qruplar arasında mübarizə prinsipini inkar edən, sosial qrupları əməkdaşlığa çağıran, irqçiliyi təbliğ edən,
parlamentli quruluşun əleyhinə olan, güclü rəhbərin olması şərtilə «sosial qruplar fövqündə» totalitar dövlət yaratmaq uğrunda mübarizə aparan siyasi hərəkat idi.
1921-ci ilin avqustun 31-də faşist partiyası və İtaliya so- sialist partiyasının rəhbərləri arasında "sakitləşdirmə paktı" bağlandı. Hər iki tərəf bir-birinə münasibətdə düşmənçilik hərə- kətlərindən çəkinmək öhdəliyini götürdü. Bu səbəbdən İta- liyada antifaşist birliyinin yarardılması ideyası baş tutmadı.
Artıq 1922-ci ilin oktyabrın ortalarında faşistlər dövlət çevrilişi etməyə hazırlaşırdılar. Oktyabrın 16-da dövlət çevrili- şinə rəhbərlik etmək üçün "kvadrumviri" – dördlük yaradıldı. Onun tərkibinə Balbo, Byanka, De Boko və De Vekin daxil oldular.
1922-ci il oktyabrın 24-də "Romaya yürüş" şüarı altında faşistlərin Neapolda 40 minlik toplanışı keçirildi. Kral III Vik- tor Emmaniel oktyabrın 28-də Salandreyə faşistlərin iştirakı ilə yeni kabinet təşkil etməyi tapşırdı. Lakin Mussolini bu təklifi rədd edərək hökumətin tamamilə ona verilməsini tələb etdi. Həmçinin İtaliyanın nüfuzlu inhisarçı təşkilatı olan Sənayeçi- lərin Baş Konfederasiyası krala teleqram göndərərək hakimiy- yətin Mussoliniyə verilməsini tələb etdi. Bir gün sonra Musso- lini hökumətə başçılıq etmək üçün Romaya dəvət olundu. Oktyabrın 29-da onun Romaya gəlişi ilə "faşist inqilabı" sona yetmiş oldu. Xalq arasında onu istehza ilə "yataq vaqonnuda inqilab" adlandırırdılar. Oktyabrın 31-də Mussolini kral III Viktor Emmanuil ilə birlikdə faşist dəstələrinin rəsmi keçidinə baxdılar. Beləliklə, iri kapitalın müdafiəsi, Vatikanın "neytral" mövqedə durması, kral ailəsi və bir çox görkəmli siyasətçilərin faşistləri dəstəkləməsi, xırda burjuaziyanın, gənclərin və varlı kəndlilərin faşistlərin tərəifnə cəlb edilməsi nəticəsində İtaliyada faşistlər hakimiyyətə gəldilər.
İtaliyada faşistlərin hakimiyyətə gəlməsi adi hökumət dəyişikliyi deyildi. Bu iri burjuaziya, mülkədarlar və katolik
kilsəsi tərəfindən hazırlanmış dövlət çevrilişi idi. Onların haki- miyyətə gəlməsi ilə burjua-demokratik quruluşun ləğvi prosesi başlandı və onu maliyyə kapitalının və iri mülkədarların dikta- turası-totalitar faşist rejimi əvəz etdi. İtaliya faşizmin təsdiqini tapan ilk ölkə oldu ki, bu da təsadüfi deyildir. Kəskin qarşudur- malar, hakim dairələrdə hökm sürən çaşqınlıqlar, liberal-burjua dövlət quruluşundakı böhran İtaliyada faşizmin çiçəklənməsinə şərait yaratdı. Faşistlərin hakimiyyətdə olduğu dövr tarixə "qara iyirmillik" kimi daxil oldu.
Mussolini dərhal qeyri-məhdud diktatura yaratmağa tələsmədi. O, zəhmətkeşlərin inqilabi mübarizəsinin yenidən başlanmasından ehtiyat edirdi. "Duçe" monarxiya ilə hesablaşmasa da, onu saxladı. Diktaturaya keçid tədricən həyata keçirilməyə başladı. Faşistlərin emblemi dövlət gerbi elan edildi. Mussolini özünün birinci kabinetinə liberal və katoliklərdən bir sıra görkəmli siiyasi xadimləri daxil etdi. 1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla "Böyük faşist şurası" yaradıldı. Bu şura həm qanunvericilik, həm də icraedicilik funksiyasını öz üzərinə götürmüşdü.
Rəsmən qadağan edilməsə də birinci zərbə kommunistlə- rə vurulmağa başladı. Dövlətin inhisarların gəliri üzərində nə- zarəti məsələsi təxirə salındı, çünki Mussolini bilirdi ki, onların köməyi ilə o qələbə çalmışdır. Mussolini gəncləri faşist partiyası ətrafında toplamaq məqsədilə bütün gənclər və uşaq təşkilatlarını yarımhərbi gənclər təşkilatında – İtaliya fəxri keşikçi təşkilatında birləşdirdi. Təşkilatın başlıca şüarı: "inan- maq, tabe olmaq, döyüşmək" idi.
1924-cü ilin parlament seçkilərində faşistlər saxtakarlıq edərək əksəriyyətə nail oldular. Rəsmi məlumatlara görə faşistlər 4,5 milyon səs, digər partiyalar isə 3,5 milyon səs aldılar. Lakin faşistlər parlamentdə 374, Xalq, Sosialist və Kommunist partiyası isə cəmi 104 deputat yeri tutdular. İtaliya Unitar sosialist partiyasından parlamentə deputat seçilmiş
Cakomo Matteotti özünün cəsarətli çıxışında bu saxtakarlığı ifşa etdi və o tələb etdi ki, seçkilərin nəticəsi ləğv olunsun və faşistlər deputat mandatından məhrum edilsin. Bu çıxışdan 10 gün sonra, 1924-cü ilin iyun ayının 10-da o oğurlandı və yoxa çıxdı. Bu hadisədən təsirlənən müxalifətdən olan deputatlar parlamentin işində iştirak etməkdən imtina etdilər. Kəskin siyasi böhran yaranmış oldu. Tezliklə məlum oldu ki, Matteotti faşistlər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Romadan bir qədər uzaqda onun meyidi tapıldı. Bu hadisədən sonra hətta faşist partiyası üzvlərinin bir çoxu da onun tərkibindən çıxdılar. Mussolini Matteottini öldürən Duminini həbs etdirdi. O, terrorçu təşkilatın rəhbəri Maripellinin tapşırığı ilə bu qəsdi həyata keçirdiyini bildirdi. Parlamentdən getmiş deputatlar "Müxalifət partiyalarının komitəsi"ni təşkil etdilər ki, bu komitə qədim Romada plebeylərin yığıncaq keçirdikləri təpənin adı ilə "Aventin bloku" adını aldı. Lakin tezliklə kommunistlər- dən fərqli olaraq digər partiyalardan olan deputatlar zəiflik və qətiyyətsizlik göstərdilər. Xalq Matteottinin xatirəsini əziz tutaraq etiraz mitinqləri və nümayişlər təşkil etdilər, lakin
«Aventin bloku» bundan istifadə edərək xalqı faşizmlə mübarizəyə qaldırmadı. Kommunistlər Aventin blokunun tərkibindən çıxdılar. «Duçe» Aventin blokunun fəaliyyətini qadağan etdi və kütləvi surətdə həbslər keçirməyə başladı.
Dostları ilə paylaş: |