İtaliyada açıq faşist diktaturasının qurulması
1925-ci ilin yanvar ayının 3-də Mussolini rejimin təh- lükəsizliyini hiss edərək deputatlar palatasında böyük nitqlə çıxış etdi. O, nitqində "Bütün hakimiyyət faşistlərə!" şüarını irəli sürdü. Bu hadisədən sonra o, bir sıra qanunlar qəbul etdi ki, bununla da demokratik azadlıqlar və parlamentin səlahiyyəti məhdudlaşdırıldı. Bundan sonra hökumətin başçısını kral təyin edirdi və hökumət ancaq onun qarşısında məsuliyyət daşıyırdı.
Kralın isə rolu əslində simvolik xarakter daşıyırdı. Deməli, hökumət heç kimin qarşısında məsuliyyət daşımırdı. Hökumət dekretlər vermək hüququ əldə etdi ki, bu dekretlər qanun qüvvəsində idi. Yerli hakimiyyət orqanlarının funksiyası təyin edilmiş hökumət prefektlərinə verilirdi. Faşistlərinkindən başqa bütün həmkarlar ittifaqlarının hüquqları məhdudlaşdırıldı, tətillər qadağan edildi. 1926-cı ilin noyabrında "Fövqəladə faşist qanunları" nəşr edildi ki, bu əslində açıq terrorist diktaturaya keçid demək idi. Bütün müxalifət partiyaları bura- xıldılar, onların qəzetləri bağlandı. "Dövlətin təhlükəsizliyinin müdafiəsi" tribunalı təşkil edildi, ölüm cəzası tətbiq edilməyə başlandı, OVRA adlanan mühafizə dəstələri yaradıldı. Kütləvi həbslər başlandı. 1926-cı ilin noyabrında A.Oramşi, onun ardınca isə 12 min kommunist həbs edildi. Bütün müxalifət partiyaları öz fəaliyyətlərini xaricə keçirməyə məcbur oldular. 1927-ci ildə "Əmək xartiyası" adlı həmkarlar təşkilatı yaradıldı ki, bu da bütün fəhlə təşkilatları üzərində nəzarəti həyata keçir- məli idi. Bütün digər həmkarlar idtifaqlarının fəaliyyəti qada- ğan edildi. Ölkədə bütün hakimiyyət faşist partiyasının əlində cəmləşdi. Ali orqan «Böyük faşist şurası» oldu və qanunvericilik funksiyası aldı.
1929-cu ilin fevralında İtaliya dövləti ilə Roma papası arasında Lateran sazişi bağlandı. İtaliya Vatikanı müstəqil dövlət kimi tanıdı, katolizmi müdafiə edəcəyini vəd etdi, onun doktrinasının ali məktəblərdə tədrisinə icazə verdi, onun ənənələrini vətəndaş aktlarında yerinə yetirəcəyini öhdəsinə götürdü. Vatikan da öz növbəsində İtaliya dövlətini müdafiə edəcəyinə təminat verdi.
Lateran sazişi faşizmlə kilsə arasında ittifaqı rəsmiləşdir- di, bu isə demokratik qüvvələrə qarşı mübarizədə Mussolininin mövqeyini möhkəmləndirdi.
Dostları ilə paylaş: |