İspaniyada inqilabın üçüncü mərhələsi.
Vətəndaş müharibəsi
İspaniyadakı 1934-cü il oktyabr hadisələri göstərdi ki, bir tərəfdən faşistpərəst qüvvələr hələ açıq diktaturaya keçə bil- məzlər, digər tərəfdən isə faşizmə qarşı bütün xalqın birləşməsi, xalq cəbhəsi təşkil etməsi zəruridir.
1934-cü ilin oktaybrın 1-dən 1935-ci ilin sentyabrın 25- dək hökumətə A.Merrus, 1935-ci ilin sentyabrın 25-dən dekabrın 10-dək Çaparieta, 1935-ci ilin dekabrın 10-dan isə respublikaçıların nümayəndəsi Portel Valyadares başçılıq tdilər. Valyadares hökuməti Korteslərin vaxtından qabaq buraxılması və 1936-cı ilin fevralın 16-da yeni parlament seçkiləri keçirilməsi barədə sərəncam verdi.
1935-ci il mayın 14-də general F.Franko İspaniya silahlı qüvvələrinin baş qərargah rəisi təyin edildi.
1936-cı ilin yanvarın 15-də kommunistlər və sol sosialistlər Xalq cəbhəsi təşkil etdilər. Onun tərkibinə əsas respublika partiyaları daxil oldular.
Xalq cəbhəsinin proqramı siyası məhbuslar üçün am- nistiya verilməsini, fəhlələrə qarşı cəza tədbirləri tətbiq edən günahkarların cəzalandırılmasını, demokratik azadlıqların bər- pa edilməsini, zəhmətkeşlərin əmək haqqının artırılmasını, kəndlilərə və muzdurlara torpaq payı verilməsini, vergilərin və icarə haqqının azaldılmasını və s.özündə əks etdirirdi.
1936-cı il fevralın 16-da Xalq cəbhəsi kortesə seçkilərdə qələbə qazandı, 474 yerdən 269-nu tutdu. Hökumətə sol res- publikaçılar gəldilər. Ona yenidən Manuel Asanya rəhbərlik edirdi. May ayında o, prezident seçildi. Baş nazir isə həmin partiyadan Kasares Kiroqo oldu. Bu qələbə ilə burjua- demokratik inqilabının ikinci mərhələsinə yekun vuruldu və üçüncü mərhələsinin başlanğıcı qoyuldu.
Xalq cəbhəsi hökuməti «qara ikiilliyin» dekretlərini ləğv etdi, siyasi məhbuslara amnistiya verdi və fəhlələrin əmək
haqqını artırdı. Torpağın kəndlilərə verilməsi işi də bərpa olundu. Xalq cəbhəsinin qələbəsi və fəaliyyəti sağların açıq parlament yolu ilə hakimiyyətə gəlmək ümüdlərini puç etdi. Lakin hökumət ordunu yenidən təşkil etmək üçün tədbirlər görmədi. Məsul hərbi vəzifələrdə mürtəce generallar qalırdılar, bunlar maliyyə maqnatlarının, torpaq aristokratiyasının və ali rütbəli ruhanilərin geniş yardımından faydalanırdılar. Daxili irtica respublikaya qarşı qəsd hazırladı. O, Hitler Almaniyasının və faşist İtaliyasının köməyi ilə Xalq cəbhəsinin nailiyyətlərini ləğv etmək və ölkədə faşist diktaturası qurmaq istəyirdi.
İspaniya respublikasının düşmənləri belə qərara gəldilər ki, respublikanı ancaq vətəndaş müharibəsi yolu ilə yıxmaq olar.
Mussolini və və Hitlerdən kömək alan İspaniya faşistləri sürətlə qiyama hazırlaşmağa başladılar. İspaniyada demokratik quruluşun möhkəmlənməsindən qorxan İngiltərə və Fransa da bu məsələyə göz yumurdu. Qiyam İspaniya Mərakeşində iyulun 17-də başlandı, sonrakı gün bütün ölkəyə yayıldı. 32 ay ərzində İspaniya faşizm və dünya kommunizm qüvvələri arasında qanlı döyüş meydanına çevrildi. Millətçilərə (qiyamçılara) Almaniya və İtaliya, respublikaçılara isə SSRİ və dünya kommunist hərəkatının qüvvələri yardım edirdilər. Qiyamın rəhbərləri ildırım sürətli qələbəyə əmin idilər. Özünü itirmiş hökumət hətta təslim olmağa hazır idi. Lakin xalq ümumi inqilabi tətil elan etdi. Hökumət istefa verdi, yeni kabinetə sol respublikaçı Xose Xiral başçılıq etdi. Xalq müharibəsi başlandı. Tezliklə müharibənin mərkəzi Madrid oldu. Faşistlər ancaq ölkənin şimalında və cənub sərhədlərində möhkəmlənə bildilər. Onlar məğlubiyyətə düçar olduqları anda İtaliya və Almaniya köməyə gəldi. Qüvvələr nisbəti qiyamçıların xeyrinə dəyişdi. Şimaldan və cənubdan onlar Madridə hücum etdilər. Respublikanın başı üstünü təhlükə aldı. Faşistlərin tutduğu zonada 1936-cı ilin
oktyabrın 1-də Frankonun diktaturası quruldu. O, özünü generalisimus elan etdi. franko «Biz xalqa məxsus olmaq üçün gəlmişik!» şüarını irəli sürdü. Almaniya, İtaliya və Vatikan İspaniya respublikası ilə diplomatik münasibətləri kəsərək Franko hökumətini tanıdılar. Faşistlər belə bir şüar irəli sürdülər: «Vahid ölkə, vahid dövlət, vahid rəhbər!» Franko
«kaudilyo» adlandırıldı. Bu almanca «fürer», italyanca «duçe» adına uyğun gəlirdi.
Böyük Britaniya və Fransa İspaniya hadisələrinə «qarış- mamaq» deyilən siyasət yeridirdilər. Böyük Britaniyadakı Balduin hökumətinin təzyiqi ilə Fransadakı Leon Blüm höku- məti Avropa dövlətlərinə məsləhət gördü ki, İspaniyanın işinə qarışmamaq və hər iki tərəfə silah göndərməmək haqqında saziş bağlasınlar. Sovet hökuməti bu təklifə o şərtlə razı oldu ki, faşist Almaniyası, İtaliya və Portuqaliya da bu sazişi imzalasın. 1936-cı ilin avqustun 23-də 27 dövlət onu imza- layandan sonra saziş qüvvəyə mindi. Ona nəzarət üçün təşkil edilən Komitə Londonda yerləşirdi. Lakin tezliklə aydın oldu ki, faşist dövlətləri Frankoya kömək edirlər. Onda SSRİ də elan etdi ki, o da İspaniya respublikasına kömək edəcəkdir.
Müharibənin birinci mərhələsində respublikaçıların əsas səyləri döyüş qabiliyyətli xalq ordusunun yaradılmasına və Madridin müdafiəsinin təşkil edilməsinə yönəldilmişdi.
Vətəndaş müharibəsi Xalq cəbhəsi üçün Milli-inqilabi, frankoçular üçün mühafizəkar – bərpa xarakteri daşıyırdı.
İspaniyada respublika quruluşunu müdafiə etmək məq- sədi ilə Parisdə beynəlxalq həmrəylik komitəsi yaradıldı. Dün- yanın 54 ölkəsindən olan könüllülər 7 beynəlmiləl briqada yaratdılar.
1936-cı ilin sentyabrında İspaniya respublikasında yeni hökumət yarandı, onun da başında İSFP-nın lideri Larqo Ka- balyero dururdu. Onun tərkibinə sosialistlər, burjua respublika- çıları, kommunistlər, bir qədər sonra isə anarxo-sindikalistlər
daxil oldular. İlk dəfə kommunistlər də bu hökumətdə iştirak edirdilər. 1936-cı ilin oktyabrında SSRİ onlara kömək göstərdi. Oktyabrda faşistlər Madridə yaxınlaşıb, onu bütünlüklə mühasirəyə aldılar. Faşist generalı Mola açıq elan etdi ki, paytaxta qarşı 4 cəbhədən və şəhərin özündən (yəni 5 yerdən) hücuma keçmişlər. Lakin bütün bunlara baxmayaraq, onlar Madridi ala bilmədilər. Bunun əsas səbəbi İspaniya əsgərlərinin və əhalisinin şəhəri qəhrəmancasına müdafiə etməsi idi. Bu dövrdə hökumət bir sıra sosial dəyişikliklər həyata keçirdi. Mülkədar torpaqlarının xeyli hissəsi kəndlilərə verildi. Basklar muxtariyyət aldı. Xalq millisi nizami orduya çevrildi. Orduda siyasi komissarlar sistemi yaradıldı və onlar ordu içərisində iş aparırdılar. Madrid uğrunda döyüş respublikanın möhkəmlən-
məsində mühüm rol oynadı.
Xose Antonio Primo de Rivera 1936-cı ilin noyabr ayında respublikaçılar tərəfindən edam edildikdən sonra Franko par- tiyanın başçısı və ispan faşizminin rəhbəri elan olundu. Yeni falanqa "frankoçu", ideologiya isə "frankizm" adlanırdı.
Madrid döyüşündən sonra Almaniya və İtaliya açıq mü- daxiləyə keçdilər. 1937-1939-cu illər frankoçular üçün dönüş dövrü oldu. Respublikanın daxiil vəziyyəti çətinləşdi. Barselona qiyamından (3-9 may 1937-ci il) sonra Larqo Kabolyero istefa verdi. Yeni hökumətə Xuan Neqrin başçılıq etməyə başladı. İspaniya xalqının müharibəsi ikinci mərhələyə daxil oldu. Ordunun möhkəmləndirilməsi üçün tədbirlər görüldü və bir sıra hücum əməliyyatları keçirildi. Xuan Neq- rinin gördüyü bir sıra tədbirlər daxili vəziyyəti xeyli yaxşılaşdırdı. Lakin İtaliya və Almaniya hesabına Franko sü- rətlə silahlanırdı. Nəticədə bir sıra qələbələrə (1937-ci ilin martında Qvadalaxarada, 1938-ci ilin iyulundə Ebro çayı yanın- dakı əməliyyat) baxmayaraq respublikanın vəziyyəti yenə də ağır idi. Şimalda da vəziyyət mürəkkəbləşdi, burada faşistlər Basklar ölkəsini, sonra isə Asturiyanı tutmağa müvəffəq
oldular. 1938-ci ilin aprelində müdaxiləçilər və qiyamçılar respublikanın ərazisini iki hissəyə ayırdılar. İspaniyada müharibənin tamamlayıcı mərhələsi başlandı.
1939-cu ilin əvvəllərində mübarizəni davam etdirmək üçün hələ Xuan Neqrin hökumətinin imkanları var idi. 140 min kv.km ərazi, 9 milyon adam, Madrid, Valensiya respublikanın əlində idi. Lakin qüvvələr nisbətində üstünlük düşmənlərin tərəfində idi. İtaliya-Almaniya hərbi donanması respublikanı dənizdən blokadaya almışdı. Fransa İspaniya ilə sərhədi bağlamışdı. 1938-ci ilin dekabrında frankoçular və müdaxiləçilər Katoloniyada böyük hücuma başladılar 1939-cu ilin fevralında onu tutdular. İngiltərə və Fransa Neqrin hökumətindən müqaviməti dayandırmağı tələb etdilər. Fevralın 27-də onlar respublika ilə diplomatik münasibətləri kəsdilər və Frankonu tanıdılar.
Madridin müdafiəsinə başçılıq edən polkovnik Kasado Neqrin hökumətinin süstlüyünü görərək qiyamçılarla təslim olmaq haqqında danışıqlara başladı. 1939-cu ilin martın 6-da Kasado müqaviməti dayandırdı. 1939-cu il aprelin 1-də respublikanın bütün ərazisi frankistlərin hakimiyyəti altına keçdi.
Vətəndaş müharibəsi dövründə İspaniyada əhəmiyyətli dəyişikliklər edildi. Kəndlilər əvəzi ödənilmədən 5,5 mln.ha torpaq aldılar, ispan torpaqlarından mülkədarlar və sələmçilər yox oldular, müəssisələri fəhlə komitələri idarə edirdilər, əsas sənaye sahələri ictimailəşdirildi, iqtisadiyyatın planlaşdırılması həyata keçirildi; iş günü ixtisar edildi. Ərzaq məhsullarına sabit qiymətlər qoyuldu. Hökumət xarici ticarət üzərinə inhisar qoydu. Kilsə dövlətdən ayrıldı və ölkənin siyasi həyatına qarışmaqdan məhrum edildi. Milli məsələnin düzgün həlli is- panlar, katalonlar, basklar arasında dostcasına əməkdaşlığı təmin etdi (Qalisiya əvvəldən qiyamçılar tərəfindən mühasirəyə alınmışdı).
Müharibə dövründə mədəni inqilab həyata keçirildi. 10 min yeni məktəb açıldı, «mədəni milis» 500 min adamı savad- landırdı, ali məktəblərin sayı artırıldı, dövlət təqaüdü sistemi yaradıldı. Qadınlar kişilərlə bərabər hüquq qazandılar və ölkənin müdafiəsində fəal iştirak etdilər.
Dostları ilə paylaş: |