Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


ABŞ ABŞ üçün Birinci dünya müharibəsinin nəticələri



Yüklə 0,59 Mb.
səhifə46/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   156
avropa amerka tarıxı

ABŞ

ABŞ üçün Birinci dünya müharibəsinin nəticələri

XVIII əsrin II yarısında Amerika qitəsinin şimalında müstəqil dövlət kimi yaranmış ABŞ artıq XIX əsrin sonu - XX əsrin əvvəllərində sənaye məhsulu istehsalına görə dünyada birinci yeri tutdu və rəqibsiz oldu. Birinci dünya müharibəsinə qədər ABŞ, demək olar ki, dünya dövləti kimi tanınmırdı. Birinci dünya müharibəsində iştirak onun dünya dövləti kimi tanınmasına səbəb oldu. ABŞ-ın 1917-ci ilin aprelin 6-da Antanta tərəfində müharibəyə girməsinin əsas səbəbi Birinci dünya müharibəsinin nəticələrini öz xeyrinə dəyişdirmək, verdiyi borcları itirməmək istəyi, həmçinin Rusiyadakı Fevral inqilabının Avropaya təsirindən qorxması idi. Lakin o, hərbi əməliyyatlarda ancaq 1918-ci ilin yayında iştirak etdiyinə görə bu ölkədən ancaq 120 min ölən, 230 min yaralanan oldu. ABŞ- ın müharibədə hərbi xərci 25,7 milyard dollar təşkil etdi, ABŞ Birinci dünya müharibəsi nəticəsində ən çox qazandı və kapitalizm dünyasının ən güclü dövləti səviyyəsinə qalxdı. 1914-1919-cu illərdə ABŞ-ın gəliri 35 mlrd. dollar oldu. Əgər Birinci dünya müharibəsinə qədər ABŞ borc alan dövlət idisə, onun xarici dövlətlərə borcu 6 milyard dollara çatırdısa, müharibə dövründə o, borc verən dövlətə çevrildi. Mü- haribədən sonra xarici dövlətlərin ona borcu 10 milyard dollar oldu. Xarici dövlətlərin ona hərbi borcları 8 mlrd. dollar oldu. Dünya qızıl ehtiyatının yarısı onun əlində cəmləşdi. Dünyanın maliyyə mərkəzi İngiltərənin paytaxtı Londondakı Siti ban- kından Nyu-Yorkun Uoll-Strit bankına keçdi.

Müharibə nəticəsində ABŞ Avropa dövlətlərinə hərbi və ərzaq məhsuları satmaqla güclü sənaye sahələri yaratmış oldu. Avtomobil istehsalında dünyada birinci yeri tutdu. Artıq 1920- ci ildə dünyada istehsal edilən bütün avtomobillərin 85%-i, neft istehsalının 67%-i, poladın 60%-i ABŞ-ın payına düşürdü.

Polad istehsalına görə İngiltərədən 4,5, Fransadan 14 dəfə irəlidə idi. Ölkə sənayesinin yüksək sürətlə inkiaşfının səbəblərindən biri də xarici ölkələrdəki hərbi əməliyyatlar zonasından qaçıb gələn ucuz işçi qüvvəsi ilə bağlı idi. Müharibə nəticəsində ABŞ-ın milli gəliri 2,5 dəfə artdı. Onun dövlət inhisarçı kapitalizminə çevrilməsi prosesi başa çatdı. Belə ki, ABŞ-dakı bütün fabrik və zavodların 50%-i, istehsal edilən bütün sənaye məhsulunun 92%-i iri korporasiyalara məxsus idi.Fəhlələrin 90 %-i bu korporasiyalarda işləyirdi. Əhalinin 2%-ni təşkil edən inhisarçıların əlində bütün milli gə- lirin 60%-i toplanmışdı. Əhalinin 2 hissəsini təşkil edən digər



3

təbəqələrə isə gəlirin 5%-i düşürdü. Ayrı-ayrı ailələrin əlində külli miqdarda sərvət toplanmışdı. Morqan, Düpon, Rokfeller, Mellonun ailələri belələrindən idi. Həmçinin iri maliyyə-inhisar qruplaşmalarının yerləşdiyi ayrı-ayrı şəhərlərdən Çikaqo, Bos- ton, Klivlend, Nyu-York xüsusilə seçilirdi.

Müharibə ABŞ-da kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərdi. Müttəfiq dövlətlərin amerikan kənd təsərrüfatı məhsullarına olan tələbatı ölkədə istehsalın və aqrar bölmənin inkişafına kömək etdi.

Birinci dünya müharibəsinin ABŞ üçün nəticələrindən biri də kapital ixracının güclənməsi idi. Əgər 1913-cü ildə ABŞ xarici ölkələrə cəmi 2,6 milyard dollar kapital ixrac edirdisə, artıq 1920-cı ildə bu rəqəm təxminən 6 dəfə artraq 11 milyard dollara çatdı.

ABŞ müharibə illərində verdiyi kreditlər hesabına çoxlu borc faizləri götürdü ki, bu da demək olar ki, büdcənin 30%-dən çoxunu təşkil edirdi. Bu baxımdan o, rantye dövlət kimi də tanınırdı. Lakin ABŞ, dənizdə hökmranlığı və kapital ixracındakı üstünlüyü İkinci dünya müharibəsinə qədər İngiltərənin əlindən almağı bacarmadı.

Müharibə ABŞ siyasi sisteminin səmərəliliyini göstərdi. Müharibədən sonra ABŞ yeni dünya qaydası yaratmaq və ona mənəvi rəhbərlik etmək istəyirdi. Bu V.Vilsonun 14 maddəsində öz əksini tapmışdı. Məhz buna görə ABŞ Paris Sülh Konfransının işində üç mərhələ təklif etdi: müharibəyə yekun vurmaq, Millətlər Cəmiyyəti yaratmaq, özünəməxsus tərzdə ərazi və siyasi məsələləri həll etmək.

Birinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ-da hakim dairələr içərisində demokratlar partiyasından narazılığın güclənməsinin səbəblərindən biri prezident Vudro Vilsonun Paris sülh konfransında ABŞ-ın üstünlüyünü təmin etməyi bacarmaması idi. Vilson özü Versal müqaviləsinə qol çəksə də, ABŞ konqresi bu müqaviləni ratifikasiya etmədi. Vilson özünü müdafiə etmək üçün konqresə məlumat verdi ki, o, Alma- niyanın parçalanmasının qarşısını almışdır. Saar vilayətinin Fransaya verilməsinə mane olmuşdur. Respublikaçılar Millətlər Cəmiyyətində ABŞ-ın rəhbərliyinin təmin edilməməsindən də narazı idilər. Bu dövrdə ABŞ-ın hakim dairələri içərisində xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri təcridçilik, ikincisi isə beynəlmiləlçilik idi. Birinci meylə respublikaçıların ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edirdi. O, göstərirdi ki, biz ilk prezidentimiz Corc Vaşinqtonun vəsiyyətinə əməl etməli və narahat Avropadan kifayət qədər kənarda dayanmalıyıq. Beynəlmiləlçilər isə belə fikir irəli sürdülər ki, ABŞ dünyanın tərkib hissələrindən biridir. O, ancaq dünya ölkələri ilə əlaqədə öz inkişafını təmin edə bilər.

Müharibə ölkədə siyasi partiyaların, sol təmayüllü təşkilatların da fəaliyyətinin güclənməsinə səbəb oldu. Con Ridin rəhbərliyi ilə xarici mənşəli amerikalılardan 1919-cu ilin avqustun 31-də Amerika Kommunist Partiyası, Ç.Rutenberqin başçılığı altında ilin sentyabrın 1-də köklü amerikalılarda Amerika kommunist partiyası təşkil edildi. 1921-ci ilin mayında bu partiyalar birləşib ABŞ Kommunist partiyası

adlandı. Onun rəhbəri isə C.Rutenberq oldu. Müharibədən sonra ölkədə tətillər də baş verirdi. 1919-cu ilin sentyabrında poladəritmə sənyesinin 365 min fəhləsinin tətili nəticəsində əmək haqqı artırıldı, 8 saatlıq iş günü tətbiq edildi. Kollektiv müqavilələr bağlanmağa icazə verildi. S.Hampers başda olmaqla Amerika Əmək Federasiyası əməklə kapitalın əməkdaşlığını qurmağa başladı. Sosial ziddiyyətlər yumşal- dıldı, islahatların həyata keçirilməsi genişləndirildi.

1920-ci ilin prezident seçkiləri ərəfəsində Vilson vəziyyəti düzəltmək üçün konstitusiyaya 2 düzəliş etməyi təklif etdi (ABŞ konstitusiyası Corc Dikkenson tərəfindən tərtib edil- miş, 1787-ci il sentyabr ayının 17-də qəbul olunmuşdu. Konsti- tusiyada cəmi 7 maddə vardır. Bu vaxta qədər ona 26 əlavə edilmişdir). Vilsonun konstitusiyaya etmək istədiyi düzəlişlərdən biri ondan ibarət idi ki, 21 yaşına çatmış qadınla- ra da kişilərlə bərabər seçki hüququ verilsin. BU XIX düzəliş idi. ABŞ əhalisinin əksəriyyəti protestant olduğu üçün bu təklif böyük həyəcana səbəb oldu. Çünki onlar qadını bu vaxta qədər ancaq mətbəxdə, kilsədə və ailədə görmək istəyirdilər. Konstitusiyaya edilən 18-ci düzəlişə görə isə spirtli içkilərin istehsalı və istehlakı qadağan edilirdi. Lakin bu qara bazarın genişlənməsinə və çirkli pulların işə düşməsinə səbəb oldu.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin