Prezident Vilsonun xəstəliyini onun təkrar prezident seçkilərində iştirak etməsinə imkan vermirdi
1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilə- rində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. Handinq müharibə dövründə xaricilərə və radikallara inamsızlığı artan Amerika xalqının əhval-ruhiyyəsini nəzərə
almağı vacib hesab etdi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədi ilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı.1921-ci ildə 1920- ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi.
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25-50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin sonu 1922-ci ilin əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu. ABŞ-da iqtisadi böhranın tez qurtarmasının səbəbləri daxli bazarın geniş tutumlu olması, yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu, ABŞ mallarının xarici ölkələrə ixracından və onun verdiyi borclardan gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci ildən iqtisadiyyatda inkişaf və ya "çiçəklənmə" ("prosperite") dövrü başlandı. 1920-1929-cu illərdə bankların sayı 30 mindən 24 minə düşsə də, onların kapitalı 21 mlrd. dollara qədər artdı. Qardinqin hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir istefaya getməli oldu.
Bu dövrdə ABŞ-ın xarici siyasətində təcridçiliyin üstün- lük təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr genişləndirildi. ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə seperat sülhbağladı. Latın Amerikasında öz nüfuzunu gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ, Yaponiya-ABŞ arasındakı problemlər Vaşinqton konfransında qismən həll edildi.
1920-1931-ci illərdə ABŞ-ın xarici kapital qoyuluşu 11,6 milyard dollar təşkil edirdi. Kapital ixracının 40%-i Arvopa, 22%-i isə Latın Amerikası ölkələrinin payına düşürdü.
İxrac artdı. ABŞ sənayesi istənilən rəqibinə qalib gəlməyə qadir oldu.
1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı Hardinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin Kuliç onun yerini tutdu 1924-cü il prezident seçkilərində Kulic qələbə qazandı. Onun daxili siyasəti ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmişdi. İri kapitala qoyulan vergi azaldıldı Kulic "ABŞ-ın işi biznesdir" şüarını irəli sürdü. Radiotexnika və elektrotexnika sənayesinin inkiaşfına diqqət artırıldı. İstehsal üzərində dövlət nəzarəti ləğv edildi. Məcmu milli məhsul istehsalı 54% artdı. Dünya sənaye məhsulu istehsalında, ABŞ-ın payı 44,8 faiz təşkil etdi. Çiçəklənmə illərində istehsala yeni texnika, texnologiya və konveyer sistemi tətbiq edildi. «Kənd təsərrüfatının bərabərliyi» şüarı irəli sürüldü.
Xarici siyasətdə proteksionizm siyasəti tətbiq edildi. 1929-cu ildə xarici ticarətin həcminə görə ABŞ İngiltərəni ötüb keçdi. Kulic hökuməti 1924-cü ildə yeni vergi qanunu qəbul etdi. Qanuna görə yüksək gəlirli şəxslərin ödəyəcəyi vergi 50
%-dən 40 %-ə endirildi. Dövlət borcu azaldıldı. Dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması nətisəsində xüsusi biznes inkişaf etdi. İri biznesin özünü tənzimləmə sistemi təşəkkül tapdı.
Hökumət fermer təsərrüfatını inkişaf etdirmək məqsədi ilə onlara kredit verdi. Ölkədə həyat səviyyəsi yaxşılaşdı. Avtomobil, soyuducu, telefon, radio və başqaları gündəlik məişətə daxil oldu. İstehlak kreditləri sisteminin tətbiq edilməsi xalqın rəğbətini qazandı. Sosial etirazlar azaldı. Bütün bunlarla bərabər bu dövrdə "Ku-kluks-klan" təşkilatı yəhudilərə, zəncilərə, katoliklərə və mühacirlərə qarşı mübarizəni gücləndirdi. Onların başlıca məqsədi ağ, kənd, protestant və anqlosakson Amerikasının qurulması idi. Bu problemi həll etmək üçün 1924-cü il aprelin 16-da yeni mühacirət qanunu
qəbul edildi. Şərqi Asiyadan mühacirət axını qadağan edildi, digər ölkələrdən mühacirət edənlərə isə məhdudiyyət qoyuldu.
Kulic hökumətinin xarici siyasəti amerikan kapitalını qoymaq üçün sərfəli yerlər tapmağa, xammal və satış ba- zarlarına yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə iki tərəfli münasibətlər inkişaf etdirildi. O, Almaniya ilə əla- qədar "Daues planı"nının qəbul edilməsinə nail oldu. borclar məsələsinə diqqət yetirdi. Böyük Britaniya, Fransa, İtaliya, Belçika və Çexoslavakiya ilə hərbi borcların bir hissəsinin ödənməsinə dair saziş bağlandı. Fransa Xarici İşlər naziri Aristid Brianın Milli siyasətdə müharibədən imtina edilməsi haqqında təklifini alan ABŞ hökuməti bu təkliflə razılaşdı.
«Brian – Kelloq pakt»ı imzalandı. 1923-1929-cu illərdə Latın Amerikası ölkələrinə yardımlar edərək bu regionda iqtisadi, siyasi və hərbi cəhətdən xeyli möhkəmləndi.
Çinə münasibətdə "açıq qapılar" siyasəti yeridildi.ABŞ- ın Filippin və Havay adalarında hərbi-strateji mövqeləri möhkəmləndi. Bir sözlə, Kulicin hakimiyyəti illərində ABŞ-ın beynəlxalq nüfuzu xeyli gücləndi.
Dostları ilə paylaş: |