«Yeni xətt»in II mərhələsi 1935-ci ildə başladı. Əsas diqqət sosial islahatların keçirilməsinə yönəldildi. Çünki Ruzvelt hakimiyyətə gələrkən vəd etmişdi ki, o, indiyədək
«unudulmuş» adamları ilk növbədə yaddan çıxarmayacaqdır. Ruzvelt sosial islahatlar içərisində işsizliyi ön plana çəkdi. 1933-cü ildə işsizliyə qarşı mübarizə komitəsi təşkil edildi. Həmin komitə xüsusi fond yaratdı ki, həm işsizlərin işlə təmin edilməsi, həm də onlara müavinət verilməsi məsələsini həll etsin. Təkcə 1933-cü ildə işsizlərə 500 milyon dollara yaxın yardım göstərildi. Sonrakı illərdə isə bu yardımın miqdarını 4 milyard dollara çatdırmaq nəzərdə tutulurdu. Artıq 1933-cü ilin sonunda 25 milyon adam dövlətdən müavinət alırdı. Ruzvelt hökuməti işsizlər üçün meşə düşərgələri təşkil etdi. Bu düşərgələrdə 18 yaşından 25 yaşına qədər gənclər işlə təmin edilirdi. Onlar strateji əhəmiyyətli tikintilərdə çalışırdılar. Belə düşərgələr 6 ay müddətinə təşkil edilirdi. Burada onlar həm yeməklə, həm də paltarla təmin olunurdu. Onlara 35 dollar pul da verilirdi. Hökumət bu iş üçün 3 milyard 300 milyon dollar vəsait ayırmışdı.
1935-ci ilin iyulunda qəbul edilmiş "Əmək münasibətlə- ri haqqında" qanun çox mühüm əhəmiyyətə malik sosial iyasət idi. Həmin qanunu senator Vaqner hazırladığı üçün o, tarixə Vaqner qanunu kimi daxil oldu. Qanunun qəbul edilməsi de- mokratik qüvvələrin çox böyük qələbəsi demək idi. Həmin qanuna görə həmkarlar itttifaqlarının hüquqları genişləndirildi.
Fəhlələrlə sahibkarlar arasındakı mübahisəli məsələləri həll et- məkdə onlara böyük səlahiyyətlər verilirdi. ABŞ məhkəmə or- qanları həmkarlar ittifaqlarının hər hansı mübahisəli məsələlə- rinə baxmalı idi. Piketlər, tətillər həmin qanuna görə leqallaşdırıldı. Həmkarlar ittifaqlarının icazəsi olmadan heç kimin müəssisədən kənar edilməsinə icazə verilmirdi.
"Yeni xətt"in ən əhəmiyyətli qanunlarından biri 1935-ci ilin avqust ayında qəbul edilmiş "Sosial sığorta haqqında" qanun idi. Həmin qanun qocalığa və işsizliyə görə sosail təminat məsələlərini ön plana çəkdi. Belə ki, qocalığa görə pensiya 65 yaşından təyin edilməyə başladı. Pensiya üçün xü- susi fond ayrılması nəzərdə tutulurdu. Bu fond müəssisələrin gəlirlərinin müəyyən hissəsindən, həm də fəhlələrin əmək haqqlarından tutulurdu. Nəzərdə tutulmuşdu ki, 1937-ci ildən fəhlələrin əmək haqqlarından 1%-dən başlayaraq 1949-cu ilə qədər 3%-i miqdarında vergi tutulsun. Pensiyaların 1942-ci il yanvarın 1-dən verilməsi nəzərdə tutulurdu. Lakin bu işə 1940- cı ilin yanvarından başlandı. «Sosial sığorta haqqında» qanuna görə ər öldükdə arvad, arvad öldükdə ər həmin pensiyanı ala bilərdi. Pensiya 85 dollar miqdarında olmalı idi. Lakin fəhlələrin ixtisas dərəcəsindən asılı olaraq pensiya artıq da ola bilərdi. Ev qulluqçuları, kənd təsərrüfatı fəhlələri və dövlət qul- luqçularının təqaüdləri aşağı idi. Bundan başqa çoxuşaqlı ailələrə, şikəstlərə, dul qadınlara da pensiya vermək nəzərdə tutulurdu. 1938-ci ildə Ruzvelt hökuməti daha iki qanunun qəbul edilməsinə nail oldu. Bunlardan biri «Minimum əmək haqqı və maksimum iş həftəsi haqqında» qanun idi. Qanuna görə iş həftəsi 38 saat müəyyən olundu. 30-cu illərin II yarısında 2 milyona qədər fəhlənin əmək haqqı artırıldı. İkinci qanun isə «Əmək şəraitinin yaxşılaşdırılması haqqında» qanun idi. Qanuna əsasən 16-18 yaşlı gənclər üçün 6 saatlıq iş günü qoyulurdu. Onların gecə və orqanizm üçün zərərli işlərdə işləməsi qadağan edilirdi. Həmçinin südəmər uşağı olan
qadınlara 3 saatdan bir uşağı əmizdirmək üçün vaxt ayrılırdı. Həmin qadınlar qısa iş günü müddətində işləməli idi.
1936-cı il seçkilərində respublikaçılar Alfred Lindonu irəli sürmələrinə baxmayaraq Ruzvelt yenə də 27,6 milyon səs toplayaraq prezident seçildi.Onun gördüyü tədbirlər nəticəsində respublikaçılar öz elektratını itirdi.
Ruzveltin unutduğu yalnız zəncilər oldu. Ölkədə 25 milyon zənci yaşamasına baxmayaraq onlar haqqında heç bir mütərəqqi addım atılmadı.
1937-ci ilin fevralında Ruzvelt Ali məhkəmədə islahat keçirmək haqqında konqresə müraciət etdi. Ruzvelt təklif edirdi ki, ali məhkəmə üzvləri 9 nəfər deyil, 7 nəfər olsun. Onlar 70 yaşından sonra öz maaşları saxlanılmaqla təqaüdə çıxarılsınlar, həmçinin ali məhkəmə üzvləri 10 il müddətinə təyin edilsin. Lakin konqres bunu qəti rədd etdi və bildirdi ki, guya bu bir tərəfdən ABŞ konstitusiyasına görə nəzərdə tutulmuş hakimiy- yətin bölünməsi prinsipinə ziddir, digər tərəfdən isə, rüşvət- xorluq üçün imkan yaratmış olar. Əsas səbəb isə o idi ki, ali məhkəmə üzvlərindən 7-sinin yaşı 70-dən çox idi. Ruzveltin gördüyü işlərdən biri də 1939-cu ildə prezidentin icra aparatının təsis edilməsi idi.
Ruzveltin həyata keçirdiyi islahatlar ona böyük nüfuz qazandırdı və 1940-cı ildə onu üçüncü dəfə prezident seçilmə- sinə səbəb oldu. Bu heç də o demək deyildi ki, Ruzveltin ha- kimiyyət illəri qarşudurmasız keçmişdi. ABŞ Ali məhkəməsi təkcə 1937-ci ildə «Yeni xəttin» 12 qanununu ləğv etmişdi. Bu dövrdə Ruzveltə qarşı ölkədəki bütün mürtəce qüvvələr bir- ləşmişdilər. Bu birləşmənin ən görkəmli nümayəndələri Luizana ştatının qubernatoru Lonq, həmçinin keşiş Koflin idi. Koflin "Sosial ədalət naminə siyasi təşkilat", həmçinin "Kom- munizm əleyhinə ittifaq" adlı təşkilat yaratdı. Bunlar əslində faşist təşkilatları idi. Amerika faşizmini «Xaç altında olan faşizm» adlandırırdılar. Lakin ABŞ-da faşizmin sosial bazası
zəif olduğuna və Ruzveltin Amerika xalqının əhval-ruhiyyəsini əks etdirən real siyasətinə görə o, ayaq açmağı bacarmadı.
1938-ci ildə Ruzvelt "Yeni xətt" siyasətini dayandırdı. Həyata keçirilmiş islahatların möhkəmləndirilməsinə daha çox diqqət yetirilməyə başlandı. "Yeni xətt" siyasəti böhrandan yaxa qurtarmağa imkan verdi. Bu həqiqət isə sübut etdi ki, ka- pitalizm özünü islah etmək yolu ilə iqtisadi və sosial çətinlik- lərin öhdəsindən gəlmək imkanına malikdir.
Dostları ilə paylaş: |