Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUBİ-ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ



Yüklə 0,59 Mb.
səhifə52/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   156
avropa amerka tarıxı

MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUBİ-ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ


AVSTRİYA

Avstriyanın respublika elan edilməsi

Birinci dünya müharibəsi dövründə də Avstriya-Macarıs- tanın əhalisinin əksəriyyəti milli zülm altında olan və istismar olunan xalqlardan ibarət idi.

Müharibədən əvvəl Avstriya-Macarıstan kapitalizmin zəif inkişaf etdiyi ölkə idi. Sənaye ancaq Çexiyada bir qədər inkişaf etmişdi. Müharibə bu çoxmillətli ölkənin iqtisadiyyatını xeyli zəiflətdi, milli və sinfi ziddiyyətləri isə daha da kəskinləşdirdi. 1918-ci ilin noyabrın 3-də o, müharibədən məğlub vəziyyətdə çıxdı. Müharibədə Avstriya-Macarıstandan 4 milyondan artıq yaralanan, ölən və əsir düşən oldu.

Müharibənin ən mühüm nəticələrindən biri Avstriya- Macarıstan imperiyasının dağılması və onun yerində bir sıra yeni milli dövlətlərin yaranması idi. Bu dövlətlərdən biri də Avstriya oldu.

1918-ci ilin oktyabr-noyabr aylarında bütün Avstriyanı fəhlə və əsgərlərin inqilabi çıxışları bürüdü. Müharibə illərində Avstriya sosial-demokrat partiyası içərisində sol qruplar təşək- kül tapmaqda idi. 1918-ci il noyabrın 3-də Vyanada təsisedici konfransda Avstriya Kommunist Partiyası (AKP) təşkil olundu. Partiya «Vekruf» (Çağırış) qəzetini buraxmağa başladı. Ancaq AKP ideaoloji cəhətdən zəif, üzvləri az idi. Avstriya burjuaziyası inqilabi-çıxışları yatırmağı bacardı. Avstriyada 1918-ci il noyabr inqilabı burjua-demokratik inqilab çərçivəsindən kənara çıxmadı. Vyanada Avstriya vilayətlərinin deputatlarının məclisi çağırıldı. Məclis özünu «Alman Avstriyasının müvəqqəti Milli Məclisi» elan etdi. Dövlət şurası təşkil olundu. Dövlət kansleri vəzifəsinə sosial-demokrat partiyasının lideri Karl Renner təyin edildi. Milli Məclis Avs-

triyanı 1918-ci il noyabrın 12-də respublika və Almaniya Respublikasının tərkib hissəsi elan etdi. Sənaye fəhlələri üçün 8 saatlıq iş günü müəyyən olundu. İşsizliyə görə vəsait ayrıldı. Lakin bununla belə sosial-demokrat partiyasının başçılıq etdiyi bu hökumət milli qvardiyanı tərksilah etdi, fəhlə və əsgər deputatları sovetinin rolunu heçə endirdi. Avstriya dövlət şurası ilə Almaniya arasında anşlüs haqqında danışıqlar başlandı. Lakin 1919-cu ildə anşlüs siyasəti həyata keçirilmədi. Çünki Antanta dövlətləri Almaniyanın güclənməsini istəmirdilər. 1919-cu ildə Avstriya Milli-Məclisinə seçkilər keçirildi. Sosial- demokratlar seçkilərdə birinci yeri tutdular. Milli Məclisin sədri Karl Zeyts seçildi. 1919-cu ilin martında Karl Renner yeni hökumət təşkil etdi. 1920-ci ilin iyununda K.Renner hökuməti xalq kütlələrinin güclü tətilinin təsiri altında istefa verdi. Yeni hökuməti Xristian-sosialist partiyasının lideri Mayr təşkil etdi.

1919-cu il sentyabrın 10-da Avstriya ilə Antanta dövlətləri arasında Parisin yaxınlığında olan Sen-Jermen qəsəbəsində sülh müqaviləsi bağlandı. Avstriyadan təzminat alınmasını xüsusi təzminat komissiyası müəyyən etməli idi. Müqavilə Avstriya üçün məcburi hərbi mükəlləfiyyəti qadağan edirdi.

1920-ci il oktyabrın 1-də Təsisedici məclis Avstriyanın konstitusiyasını qəbul etdi. Avstriya federativ respublika elan olundu. Avstriyanın torpaqları landtaqlarını saxlayırdı. Vyanada landtaqın vəzifələrini bələdiyyə idarəsi yerinə yetirirdi. Konstitusiyaya əsasən burjua-demokratik azadlıqları elan edildi. Lakin kilsə dövlətdən ayrılmadı. 1920-ci ilin oktyabr seçkilərində Xristian sosialist partiyası qələbə qazandı. Haynş prezident seçildi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin