POLŞA
POLŞANIN MÜSTƏQİLLİYİNİN BƏRPASI
Birinci dünya müharibəsi dövründə Polşa hərbi əməliyyat meydanı idi. 1915-ci ilin yayında Almaniya və Avstriya- Macarıstan Rusiyanın tərkibində olan Polşa krallığını tutdu. Rusiyada baş verən Fevral inqilabından sonra Polşada müs- təqillik uğrunda mübarizə başlandı. 1918-ci il avqustun 29-da Sovet Rusiyası Polşanın müstəqilliyini tanıdı.
1918-ci il noyabrın 6-7-də Polşa Sosialist Partiyası ilə Qalitsiya Sosialist Partiyası Lyublində müstəqil Polşa dövləti yaratdıqlarını elan etdilər. Təşkil edilən yeni hökumətə İqnasi Daşınski başçılıq edirdi. Bu hökumət Polşanı Xalq Respub- likası elan etdi, Müəssisələr məclisi çağırmağı və demokratik islahatlar keçirməyi vəd etdi. Lakin o çox yaşamadı. 1918-ci il noyabrın 10-da Polşaya qayıdan Pilsudski Polşanı burjua dövləti yoluna keçirdi. 1918-ci il noyabrın 11-də Varşavadakı Naiblər şurası hakimiyyəti ona verdi. Daşinski hökuməti istefa verməli oldu və sağ sosialist Moraçevskinin başçılığı ilə yeni hökumət təşkil edildi. Polşanın müstəqilliyi 1918-ci ilin noyabrında bərpa olunmuş oldu.
1918-ci ilin dekabrında Polşa və Litva SDP və Polşa Sosialist Partiyası birləşib PKFP-ni (Polşa Kommunist Fəhlə Partiyası) təşkil etdilər.
Polşanın qərb sərhədləri Versal sülh müqaviləsi ilə müəyyənləşdirildi. Lakin şərq sərhədlərini müəyyən etməkdə Antanta ölkələri Polşaya fəaliyyət azadlığı verdilər. 1919-cu ilin dekabrında Antantanın Ali Şurası şərqdə Polşanın sərhəd xəttini təsdiq etdi. Bu xətt şərti olaraq İngiltərənin xarici işlər naziri Kerzonun adı ilə "Kerzon xətti" adlandırıldı.
Xalq artıq saikitləşdiyinə görə 1919-cu ilin yanvarın ortalarında Moraçevski hökumətini məşhur pianist, sağlara yaxın olan İqnasi Paderevskinin təşkil etdiyi hökumət əvəz etdi.
O Polşa Xalq Demokrat partiyasının sağ qanadına mənsub idi. Bu hökumət 1919-cu ilin yanvarında Müəsisslər Seyminə seçkilər təyin etdi. Xalq Demokratlar partiyası (endeki adlanır) çox səs aldı. Kilsənin köməyi ilə Pilsudski «dövlət rəisi» vəzifəsini saxladı.
Ölkədə 8 saatlıq iş günü müəyyən edildi, torpaq islahatı keçirildi. Bu kəndli hərəkatını zəiflətdi.
1918-1920-ci ildə Polşa antisovet mudaxilədə iştirak etdi. 1921-ci il martın 18-də Polşa ilə Sovet Rusiyası arasında Riqa sülhü bağlandı. Bu sülhə görə Qərbi Ukrayna və Qərbi Belorusiya Polşaya verildi. Polşanın qəti sərhədləri 1923-cü ildə müəyyən edildi.
1921-ci ilin martında Polşa Respublikasının konstitusi- yası qəbul edildi. Konstitusiyada respublika quruluşu təsbit olundu. Prezident hər iki palata tərəfindən 7 il müddətinə seçilir və ona mühüm səlahiyyətlər verilirdi. Pilsudski prezident seçildi. 1922-ci ilin noyabrında birinci parlament seçkiləri keçirildi. Demokrat partiyası xristian demokrat partiyası ilə blokda 444 yerdən 163 yer aldılar. Kəndli partiyası (Lyudovtsı) da mühüm yer tutdu. Bu partiyanın sağ qanadı «Pyast» (rəhbəri Vitos idi) sol qanad isə «Vızvolene» adlanırdı. Onlar seymdə 25% səs aldılar ki, bu 125 yer demək idi. Sosialist partiyasının sol qanadı 141 mandat aldı, Prezident «Pyast»a yaxın olan Voytsexovski oldu. 1923-cü ilin mayında «Xyena-Pyast» hökuməti yaradıldı ki, onun da başında Vitos dururdu. 1923-cü ilin ortalarında inflyasiya artdı, qiymətlər qalxdı. Vitos höku- mətindən narazılıqdan Pilsudski istifadə etdi. Tezliklə Vitos hökuməti də istefaya çıxdı.
Dostları ilə paylaş: |