Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


ÇEXOSLOVAKİYA Çexoslovakiya respublikasının təşkili



Yüklə 0,59 Mb.
səhifə63/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   156
avropa amerka tarıxı

ÇEXOSLOVAKİYA

Çexoslovakiya respublikasının təşkili


Birinci dünya müharibəsinin sonuna qədər Çexiya və Slovakiya Avstriya-Macarıstan imeriyasının tərkibində idi.

Müharibədə "Dördlər İttifaqı"nın məğlubiyyəti Çexiya xalqını da öz müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı. 1918-ci ilin yanvar ayının 6-da çex deputatları Avstriya reyxstrat və seymindən Çexiyaya müstəqillik verilməsini tələb etdilər. Lakin bu tələb rədd edildi.

1918-ci ilin iyununda isə Parisdə fəaliyyət göstərən çex siyasi partiyaları Milli komitə təşkil etdilər. Komitənin rəhbəri Tomas Masarik təyin edildi. 1918-ci ilin oktyabrın 28-də Milli Komitə müstəqil Çexiya dövlətinin yaradıldığını elan etdi. 1918-ci ilin oktyabrın 30-da Slovakiya da Macarıstandan ay- rıldığını və Çexiya ilə birləşdiyini bildirdi. 1918-ci ilin no- yabrın 14-də Milli Məclis Çexoslovakiyanı respublika elan etdi. Respublikanın prezidenti T.Masarik seçildi. "Ümumxalq koalisiyası" adlanan hökumət təşkil edildi və onun tərkibinə ölkədəki siyasi partiyaların nümayəndələri daxil oldular. Hö- kumət 8 saatlıq iş günü müəyyən etdi. Aqrar islahat keçirildi. Hökümət Macarıstana müdaxilədə iştirak etdi. Bu dövrdə Slovakiyada yaranan Sovet respublikası 1919-cu il iyulun 1-də süqut etdi.

1920-ci ilin iyulunda sosial-demokrat partiyasının sağ qanadının lideri V.Tusar "qırmızı-yaşıl koalisiya" adlanan hö- kumət təşkil etdi. 1920-ci il fevralın 20-də Çexoslovakiya Res- publikasının konstitusiyası qəbul edildi. Konstitusiyaya görə prezident 7 il müddətinə seçilir və ona böyük səlahiyyətlər ve- rilirdi. Qanunverici məclis ikipalatalı parlament idi ki, onun da aşağı palatası Milli Məclis adlanırdı. Paris sülh konfransının qərarına əsasən Zakarpat Ukraynası da Çexoslovakiyaya veri- lirdi. Çexoslovakiya Habsburqlar imperiyasının sənaye poten- sialının 4/5 hissəsinə sahib oldu. Çexoslovakiya çoxmillətli

ölkə idi. Onun 13,5 milyonluq əhalisinin 7 milyona qədəri çex, 3 milyona qədəri alman, 2 milyona yaxını slovak, 750 minə ya- xını macar, 500 minə yaxını ukraynalı, 100 minə yaxını polyak idi.

XX əsrin 20-ci illərinin əvvəllərində Çexoslovakiyanın xarici siyasətinə böyük dövlətlərin, ilk növbədə Fransanın təsiri güclü idi. 1920-1921-ci illərdə Çexoslovakiya Fransanın rəh- bərliyi ilə təşkil edilən Kiçik Antantanın üzvü oldu.

1920-ci ilin aprelində keçirilən parlament seçkilərində sosial-demokratlar və milli sosialistlər əksəriyyət qazandılar. Tusar yenə də hökumətə başçılıq etdi.

Kommunist İnternasialının fəaliyyəti Çexoslovakiyaya da öz təsirini göstərdi. 1921-ci ilin mayında Şmeralın başçılığı altında Çexoslovakiya Kommunist Partiyası təşkil edildi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin