BOLQARISTAN Birinci dünya müharibəsinin Bolqarıstan üçün nəticələri
Birinci Dünya müharibəsi ərəfəsində Bolqarıstan Balkan yarımadasında strateji mövqeyə malik olduğu üçün bu ölkəni öz tərəflərinə çəkmək məqsədi ilə Antanta dövlətləri və Üçlər ittifaqı ciddi mübarizə aparırdılar. Almaniya bu vilayəti ələ keçirərək Orta Şərqdə ağalıq etmək istəyirdi. Bolqarıstanı təsiri altına salmaq üçün 1914-cü ildə Almaniya Bolqarıstana 500 milyon lev pul borc verdi. Ölkənin birinci və ikinci Balkan müharibəsində məğlub edilməsindən istifadə edərək Almaniya imperializmi burada şovinist təbliğatı genişləndirdi. Çar Ferdinand Almaniya tərəfdarı idi. Bolqarıstan 1915-ci il sentyabrın 6-da Üçlər ittifaqı tərəfində müharibədə iştirak edərək Serbiyaya hücum etdi. Burjua partiyalarının hakim dairələri Bolqarıstanın müharibəyə qoşulmasını bəyənərək parlamentdə hərbi büdcə lehinə səs verdilər. Ancaq sosial- demokratların sol qanadı olan tesnyaklar parlamentdə hərbi büdcə əleyhinə səs verdilər. Müharibənin əmələ gətirdiyi çətin- liklər, xüsusilə Almaniyanın bu ölkəni qarət etməsi kənd təsərrüfatı ölkəsi olan Bolqarıstanda çox ciddi ərzaq çətinliyi əmələ gətirdi.
1918-ci il sentyabrın 15-də Antanta ordusu Makedoniya cəbhəsində hücuma keçdi. Bu zaman Bolqarıstan əsgərləri vu- ruşmadan boyun qaçıraraq bir hissəsi əsir düşdü. Qalan qoşun hissələri isə geriyə qayıdaraq cəbhədən 45 km məsafədə olan Radomir şəhərinə gəldilər. Radomir şəhərində əsgərlər üsyan edərək strateji əhəmiyyətə malik olan bütün məntəqələri ələ keçirdilər. Üsyan etmiş əsgərlər 1917-ci ildə həbs edilmiş Dmitrovun və Stambuleyskinin («Əkinçilər ittifaqı» partiya- sının rəhbəri idi) həbsxanadan azad edilmələrini tələb etdilər. Üsyançılar öz məqsədlərinə nail olduqdan sonra Radomirə gələn Stambuleyski üsyançıları sakit etmək məqsədi ilə vəd etdi
ki, Ferdinand taxtdan salınacaq və ölkə respublika elan ediləcəkdir. Belə bir şəraitdə hökumət orqanları özünü topla- yaraq Radomirə silahlı qüvvələr göndərdilər. İki günlük gərgin vuruşmadan sonra hökumət qoşunları üsyanı yatıra bildi.
Burjua dairələri bu üsyandan qorxuya düşərək onun bir daha təkrar edilməməsi üçün Ferdinandı qurban verdilər. Hakim dairələrin təkidi ilə Çar Ferdinand oğlu Borisin xeyrinə taxtdan əl çəkdi. Lakin müharibədə Bolqarıstanın məğlubiyyəti ölkədə siyasi böhranı daha da gücləndirdi. Fəhlələr kütləvi bir surətdə çıxış edərək bir sıra siyasi tələblər, o cümlədən siyasi məhbuslara amnistiya verilməsini irəliyə sürdülər. Hökumət tərəfindən bu nümayişlər dağıdıldı.
1919-cu il mayın 28-də müharibədən sonra tesnyakların I qurultayı oldu. Bu qurultayda tesnyaklar özlərini Kommunist Partiyası adlandıraraq yeni proqram qəbul etdilər. 1919-cu ilin avqustunda ölkədə parlament seçkiləri keçirildi. Seçkilərin nəticəsində 229 deputatdan 85 nəfəri «Əkinçilər ittifaqı» partiyasından (bu partiya üzvlərinin əksəriyyəti xırda və ortabab kəndlilərdən ibarət idi), 45 deputat isə BKP-dən seçildi. Bu iki partiya deputatların əksəriyyətinə malik olduğu üçün hökuməti də onlar təşkil etməli idilər. Lakin Stambuleyski KP ilə deyil, iri torpaq sahiblərinin və burjuaziyanın mənafelərini müdafiə edən xalq, tərəqqipərvər və liberallar partiyası ilə koalisiya bağlayaraq hökumət təşkil etdi.
Beləliklə də, 1919-cu il oktyabrın 17-də Stambuleyskinin birinci hökuməti təşkil olundu. Bu hökumət ilk növbədə fəhlə- kəndli ittifaqının möhkəmlənməsinə mane olaraq BKP-na qarşı mübarizəyə başladı. Burjuaziya blokuna qarşı geniş miqyasda çıxış edən xalq kütlələrinin təzyiqi altında Stambuleyaki hökuməti 1920-ci ilin mart ayında yeni parlament seçkiləri elan etməyə məcbur oldu. Bu dəfəki seçkilərdə də BKP-nın 50 deputat yerinə malik olmasına baxmayaraq, Stambuleyaki BKP ilə bloka girməyərək yeni ikinci hökuməti xalis "Əkinçilər
ittifaqı" partiyası xadimlərindən təşkil etdi. Stambuleyskinin hökuməti kütlələr içərisində BKP-nın təsirini azaltmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirdi. Əmək mükəlləfiyyəti ləğv edildi, torpaq və mal-qara vergilərinin miqdarı azaldıldı. Mütərəqqi vergi sistemi müəyyən edildi. (Əmlak, varidat, sərvət artdıqca vergi də ona münasib artırdı). Varlıların evlərinin bir hissəsi müsadirə edildi, möhtəkirlərə qarşı mübarizə aparıldı. Bu hadisə burjua dairələrini Stambuleyski hökumətindən narazı saldı. Lakin bu tədbirlər geniş zəhmətkeş kütlələrinin vəziyyətini yaxşılaşdıra bilmədi. Bu dəfə burjua dairələri də Stambuleyskinin ikinci hökumətindən narazı oldu və ona qarşı mübarizəyə başladılar.
Dostları ilə paylaş: |