Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Ölkədə monarxo-faşist diktaturasının qurulması



Yüklə 0,59 Mb.
səhifə69/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   156
avropa amerka tarıxı

Ölkədə monarxo-faşist diktaturasının qurulması


1932-ci ilin bələdiyyə idarələrinə seçkilərdə fəhlə par- tiyası Sofiyada birinci yerə çıxdı. Fəhlə partiyasının müvəffəqiyyəti hakim dairələri olduqca narahat etdi. Hakim siniflər ölkədə faşizmin güclənməsinə meyl göstərirdilər. 1932- ci ildən Bolqarıstanın siyasi həyatında "Zveno" adlı yeni faşist təşkilatı fəaliyyətə başladı. Bu zaman Sankov da "İctimai və milli hərəkat" adlı faşist təşkilatı yaratdı. Bu iki faşist təşkilatı ölkədə yeni çevriliş hazırlamağa başladı. 1934-cü il mayın 19- da "Zveno" təşkilatı faşist çevrilişi etdi. Onlar hakimiyyətə keç- dikdən sonra qısa müddət içərisində ölkədə terror rejimi əmələ gətirdilər. "Zveno" hökuməti bütün siyasi partiyaları qadağan edib onların əmlakını müsadirə etdi. Bütün demokratik təş- kilatlar buraxıldı.

19 may çevrilişindən sonra təşkil edilmiş Kimon Giorgi- yev hökuməti ancaq səkkiz ay yaşaya bildi. Bu hökumət İn- giltərə və ABŞ-a böyük hüsn-rəğbət bəsləyərək onlarla əlaqəni gücləndirməyə çalışırdı. Çar Boris başda olmaqla saray isə Almaniya ilə əlaqəni gücləndirmək tərəfdarı idi. Buna görə də saray adamlarına xoş gəlməyən Kimon Giorgiyev 1935-ci ilin yanvarında hökumətdən kənar edildi. Bu dəfə hakimiyyəti çar Boris öz əlində cəmləşdirdi. Çar Boris istədiyi adamları nazir

təyin edir, xoşa gəlməyən nazirləri işdən çıxarırdı. Eləcə də nazirlər kabinəsini, inzibati idarələri dəyişdirə bilirdi. Bu qayda üzrə çar Boris ölkədə monarxo-faşist diktaturası yaratdı. Çar Boris faşist Almaniyasının agenti kimi hərəkət edərək ölkənin daxili və xarici siyasətini Almaniyaya tabe etdirdi. Alman kapitalı ölkəyə soxularaq başqa dövlətləri sürətlə sıxışdırmağa başladı. Bu zaman Bolqarıstanın xarici ticarətində başlıca rolu da Almaniya oynayırdı. Bir sözlə, monarxo-faşist rejimi ölkəni Almaniyanın satilleti (əlaltısı) halına saldı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin