Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Bolqarıstan kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində



Yüklə 0,59 Mb.
səhifə68/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   156
avropa amerka tarıxı

Bolqarıstan kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində

1923-cü ilin sentyabrın 13-dən 23-nə qədər Bolqarıstanın cənubunda və şimal-qərbində fəhlə və kəndlilərin faşist reji- minə qarşı qaldırdığı üsyanlar yatırılsa da, hərbi-faşist rejimin sosial bazasının məhdudluğunu da üzə çıxartdı. İlk dəfə dünyada faşizm əleyhinə mübarizəyə bolqar xalqı qalxdı.

1924-1925-ci illərdə Bolqarıstan iqtisadiyyatının sabitləş- məsi başladı. Əkin sahələri genişləndirildi, iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının texniki bazası gücləndirildi. Yüngül sənaye daha çox inkişaf etdi. Xarici kapitalın köməyi ilə ölkədə inhisarlar yarandı. 1926-cı ildə Bolqarıstan İngiltərə, Fransa və ABŞ-dan çoxlu istiqrazlar aldı ki, bu da onun xarici kapitaldan asılılığını gücləndirdi.

Sentyabr üsyanının yatırılması hərbi-faşist rejiminə im- kan verdi ki, öz siyasi vəziyyətini sabitləşdirsin. Lakin 1923-cü ilin noyabrında keçirilən seçkilər rejimin kifayət qədər möhkəm olmadığını bir daha göstərdi.

Sankovun hökumətindən həm xalq kütlələri, həm də burjuaziya narazı idi. Burjuaziya elə bir hökumət istəyirdi ki, ölkəni sakitləşdirməyi, iqtisadiyyat və maliyyəni sağlamlaşdır- mağı bacarsın. "Demokratik saziş" partiyası üzvləri də ölkənin siyasi kursunun dəyişdirilməsini tələb edirdilər. Sankov çar və hərbiçilərdən dayaq istəsə də, nail olmadığı üçün 1926-cı ilin yanvarında istefaya getməyə məcbur oldu. Yeni hökuməti "Demokratik saziş" partiyasından olan və Qərb dövlətləri tərəfindən dəstəklənən Andrey Lyapçev təşkil etdi. O, ölkədə sakitlik yaradacığını və demokratik azadlıqları bərpa edəcəyini elan etdi.

Sankov məclisin sədri vəzifəsini icra edərək Bolqarıstan irticaçılarına ilham verməyi davam etdirdi. 1926-ci ildə ölkənin maliyyə sistemində baş vermiş pozğunluğu bir qədər düzəltmək üçün Lyapçev hökuməti ABŞ və İngiltərədən 3,5 miloyn funt- sterlinq borc aldı. Bu kimi borcların nəticəsində Bolqarıstan daha güclü şəkildə xarici imperialistlərin təsiri altına düşdü. Kredit bankı xaricilərin əlində qaldı.

1929-cu ildə başlanmış iqtisadi böhran Bolqarıstana da sarsıdıcı təsir etdi. Kənd təsərrüfatı mallarının qiyməti 50% aşağı düşdüyü üçün kəndlilərin alıcılıq qabiliyətləri olduqca zəiflədi. Böhran sənaye sahələrinin də ixtisara düşməsinə səbəb oldu. Sənayedə ixtisar işsizlər ordusunun sayını artırdı. İnhisarların təzyiqi daha da artaraq xeyli miqdarda orta və xırda burjuaziyanı iflasa uğratdı. İqtisadi böhran Bolqarıstanda ictimai və sinfi ziddiyyətləri də kəskinləşdirdi. Hakimiyyət başında olan faşist partiyasının inhisarların mənafeyini müdafiə edərək orta və xırda burjua dairələrini nəzərə almamaları həmin qruplar içərisində narazılığı artırdı. Bu əsasda inhisar- lara, iri burjua dairələrinə qarşı mübarizə aparmaq üçün orta və xırda burjuaziyaya mənafeyini müdafiə edən demokratik, radikal və "əkinçilər ittifaqı" partiyaları birləşərək "Xalq bloku" təşkil etdilər. 1931-ci ilin parlament seçkilərində bu blok

"Demokratik saziş" partiyası üzərində qələbə çaldı və "Xalq bloku" hökuməti təşkil etdi. Lakin Xalq bloku hökumətinin təş- kili də Bolqarıstan zəhmətkeşlərinin vəziyyətini yaxşılaşdıra bilmədi. Böhran getdikcə dərinləşərək kapitalın təzyiqini artırdı. Kəndlilər üzərində vergilərin artması onları daha da müflisləşdirdi. İşsizlərin çıxışlarına, ayrı-ayrı kommunistlərə və tətillərə qarşı Xalq bloku hökuməti terror tədbirləri ilə cavab verirdi. 1929-1933-cü illərin iqtisadi böhranı dövründə fəhlə hərəkatı daha da geniş vüsət aldı.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin