Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


RUMINİYA 1918-1923-cü illərdə Rumıniyanın iqtisadi və siyasi vəziyyəti



Yüklə 0,59 Mb.
səhifə70/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   156
avropa amerka tarıxı

RUMINİYA




1918-1923-cü illərdə Rumıniyanın iqtisadi və siyasi vəziyyəti

Birinci dünya müharibəsi başladıqdan sonra Rumıniya Antanta qrupuna daxil olaraq müharibəyə girdi. Lakin o, 1918- ci ilin mayında Almaniya ilə seperat sülh bağlayaraq müharibə- dən çıxdı. 1918-ci ildə Almaniya məğlub ediləndən sonra Ru- mınya öz silahlı qüvvələrindən istifadə edərək müəyyən ölkə- lərdə gedən inqilabi hərəkatı yatırmaqda iştirak etdi. 1918-ci ildə Rumıniya hakim dairələri Sovet Rusiyasından Bessa- rabiyanı, Bukovinanı ayırdı. Antanta dövlətləri bu ərazilərin Rumıniyada qalmasını təsdiq etdilər. Avstriya-Macarıstan im- periyası dağıldıqdan sonra Rumıniya Transilvaniya və Banatı işğal etdi. Beləliklə, Antanta dövlətlərinin yardımı ilə Cənub- Şərqi Avropada Rumıniya çoxmillətli iri dövlətə çevrildi.

Rumıniyanın Birinci dünya müharibəsində iştirak etməsi ölkəyə baha başa gəldi. Cəbhələrdə 250 min nəfər itirdi. Müharibə nəticəsində daxildə əmələ gəlmiş müxtəlif yoluxucu xəstəliklər nəticəsində 400 min nəfər həlak oldu. Müharibənin gedişi, Almaniya tərəfindən ölkənin müəyyən hissəsinin işğal edilməsi ölkə iqtisadiyyatını bərbad hala saldı. Məsələn, neft sənayesinin məhsulu müharibədən əvvəlkinin 1/3-nə bərabər oldu. Başqa sənaye sahələri də almanların qarəti nəticəsində həmin vəziyyətə düşdü. Maldarlıq sahəsinə vurulan ziyan daha güclü oldu. 1913-cü ildə Rumıniyada 28 milyon baş mal-qara olduğu halda, 1919-cu ildə 16,4 milyon baş mal-qara qalmışdı. Əkinçilikdə işləyən mal-qaranın sayı azaldığı üçün bu sahələr də yararsız bir hala düşdü. Bu dövrdə Rumıniyada çoxlu miqdarda kağız pulların kəsilməsi maliyyə sisteminə mənfi təsir etdi və ölkə iqtisadiyyatını daha ağır vəziyətə saldı. Ölkədə ictimai ziddiyyətlər də kəskinləşdi. 1918-ci ilin

noyabrında Almaniya məğlub edildikdən sonra ölkədə inqilabi hərəkat daha da gücləndi. Bu hərəkata dəmir yolunda çalışan xidmətçilər, mürəttiblər də qoşuldu. Bu zaman tətil edən fəhlələr əmək haqqlarının artırılmasını, həmkarlar ittifaqı və siyasi təşkilatlar yaratmaq hüququnu tələb edirdilər. İnqilabi hərəkatın qarşısına almaq üçün hökumət ölkədə hərbi vəziyyət elan etdi. Senzuranı möhkəmləndirdi. Tətil edən istehsalat müəssisələrinə silahlı qüvvələr göndərdi. Səhra məhkəmələri geniş bir surətdə işə düşdü. Lakin bu tədbirlər fəhlələrin inqilabi əhval-ruhiyyələrini söndürə bilmədi. 1920-ci ildə inqilabi hərəkat daha da gücləndi.

Bu tətil və nümayişlər getdikcə güclənərək oktyabrın 20- də ümumi tətilə çevrildi. Ümumi tətil zamanı sənayenin bütün sahələri fəaliyyətini dayandırdı. Belə bir vüsət almış, genişlən- dirilmiş ümumi tətilin yatırılmasında sosial-demokratlar əsas rol oynadı. Fəhlə-kəndli ittifaqının olmaması da bu hadisəyə ciddi təsir göstərdi.

1920-ci ildəki ümumi tətil yatırıldıqdan sonra Rumı- niyada KP-nın (Kommunist partiyasının) təşkili uğrunda mübarizə gücləndi. 1921-ci il mayın 8-də Buxarestdə çağırılmış sosialist partiyasının qu-rultayında Rumıniya KP təşkil edildi. İlk gündən milli liberallar partiyası hökuməti Rumıniya kommunistlərini təqib etməyə başladı.

Müharibədən sonrakı ilk dövrdə Rumıniyada milli münasibətlər də kəskinləşdi. Ölkədə 6 milyona qədər azlıqda qalan müxtəlif millətlər (macarlar, bolqarlar, ukraynalılar və s.) var idi. Azlıqda qalan millətlər üzərində Rumıniya hakim dairələrinin güclü təzyiqi var idi. Onlara öz dillərində məktəb açmaq, mətbuat nəşr etmək mümkün deyildi. Ölkədə rumınlaşdırılma siyasəti aparılırdı. Milli mədəniyyətin inkişafına maneə yaradılırdı. Bu kimi təzyiqlərə qarşı azlıqda qalan millətlərin bir sıra çıxışları baş vermişdi. Bessarabiyada bu kimi çıxışlar daha çox olmuşdu. 1919-cu ildə Bessarabiyada

çıxışları yatıran cəza dəstələri 20-ə qədər kəndi tamamilə yandırıb sıradan çıxarmışdılar.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin