1929-cu ildə yanvarın 6-da monarxistlərin yaratdığı "Ağ əllər" təşkilatı kral Aleksandrın və burjua-mülkədar qüvvələrin köməyi ilə dövlət çevrilişi etdi. Kralın əmri ilə parlament (skupşina) buraxıldı və bütün siyasi partiyalar qadağan edildi. Əvvəlki Serb-xorvat-sloven karllığı 1929-cu il oktyabrın 3-də Yuqoslaviya krallığı adlandırıldı. Bütün millətlər "vahid" yuqoslav xalqı elan edildi. Əvvəlki konstitusiya ləğv edildi.
1931-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən Yuqoslaviyada burjuasiyanın mənafeyinə xidmət edən qaydalar bərpa olundu.
Dünya iqtisadi böhranı Yuqoslaviyadan da yan keçmədi. 1931-ci ildə milli gəlir 1927-ci illə müqayisədə iki dəfə azaldı. Kənd təsərrüfatı mallarının qiyməti aşağı düşdü. 1932-ci ildə xarici ticarət 1929-cu illə müqayisədə 60%-ə endi. Kəndlilərin borcları üzərində möhlət qoyuldu. Kənd təsərrüfyatına kreditlər verildi. Lakin ən çox kredit Serbiya aldı. Ölkədə tətillər artdı. 1935-ci ildə Yuqoslaviya iqtisadiyyatında canlanma başladı. Ölkədə xarici kapitalın mövqeyi gücləndi.
İngiltərə və Fransanın təsiri altında Yuqoslaviya 1934-cü ildə Rumıniya, Türkiyə, Yunanıstanla birlikdə Balkan paktına daxil oldu. Faşist müdaxiləsi təhlükəsindən qorunmaq üçün Yuqoslaviya Fransa ilə münasibətlərini möhkəmlətməyə ça- lışdı. Bu məqsədlə Yuqoslaviya kralı Aleksandr 1934-cü ilin oktyabrın 9-da Marselə getdi. Lakin orada alman kəşfiyyatının agentləri tərəfindən öldürüldü. Bu hadisədən sonra taxta onun
11 yaşlı oğlu II Pyotr çıxdı. 1935-ci ilin mayın 15-də Skupşinaya keçirilən seçkilərdən sonra M.Stoyadonoviçin başçılığı altında hökumət təşkil edildi. Ölkədə sabitliyə qismən nail olundu.
1938-ci ilədək Yuqoslaviya 1920-1921-ci illərdə təşkil edilmiş Kiçik Antantanın tərkibində qaldı. İkinci dünya müha- ribəsi ərəfəsində Almaniya və İtaliya Yuqoslaviyaya iqtisadi müdaxiləni gücləndirdi. 1937-ci ilin martında Yuqoslaviya ilə İtaliya arasında bitərəflik və xeyirxah qonşuluq haqqında müqavilə imzalandı. Faşist dövlətlərinin təcavüzkar siyasəti Yuqoslaviyanın beynəlxalq mövqeyini pisləşdirdi. Ölkədə Stoyadonoviç hökumətinin siyasətindən narazılıq başlandı. 1939-cu ilin fevralında bu hökumət istefaya getdi, ölkənin yeni hökumətinin başçısı D.Svetkoviç oldu.
İkinci dünya müharibəsi başlandıqdan sonra Yuqoslaviya 1941-ci ilin martına qədər müharibəyə qoşulmadı. 1941-ci il
martın 25-də Svetkoriç hökuməti Berlin paktına daxil olmaq üçün protokol imzaladı. Lakin bu xalqın böyük narazılığına səbəb oldu. Nəticədə ölkədə dövlət çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci ilin aprel ayının 5-də bu hökumət SSRİ ilə müqavilə bağladı. Lakin həmin ilin aprel ayının 6-da alman faşistləri Yuqoslaviyaya hücum edib, onu işğal etdilər. "Müstəqil" Serbiya və Xorvatiya yaradıldı. İtaliya Çernoqo- riyanı, Bolqarıstan Makedoniyanı, Macarıtan Voevodinanı aldı. Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü.
Dostları ilə paylaş: |