Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə79/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   156
avropa amerka tarıxı

ALBANİYA


1918-1921-Cİ İLLƏRDƏ AZADLIQ HƏRƏKATININ YÜKSƏLİŞİ

1912-ci ilin noyabr ayının 12-də Albaniya Osmanlı impe- riyasının tabeçiliyindən çıxdı və müstəqil knyazlığa çevrildi. Albaniya müstəqillik əldə etsə də, ölkədə feodalizmin qalıqları hökm sürür, xarici kapitaldan asılılıq qalırdı. Siyasi hakimiy- yətdə feodal aristokratiyası və mülkədarlar idi. Albaniyada, demək olar ki, sənayenin heç bir sahəsi yüksək səviyyədə inkişaf etməmişdi. Albaniya rəsmən müharibədə iştirak etməsə də, onun ərazisi müharibə aparan ölkələr tərəfindən işğal edilmişdi. 1918-ci ilin ikinci yarısından sonra Albaniyanın şimal və mərkəz hissəsini Avtsriya-Macarıstan qoşunları tərk etdi. Ölkənin böyük bir hissəsi isə İtaliyanın nəzarəti altında idi. 1918-ci ilin dekabr ayında Durresdə çağrılan Alban konq- resində təşkil edilən Turxan paşa Permetinin müvəqqəti hö- kuməti 1919-cu ildə İtaliyanın Albaniya üzərində protektorat- lığını tanıdı. Paris sülh konfransında alban məsələsi müzakirə edilərkən böyük dövlətlər qərara gəldilər ki, Albaniyanı İtaliya, Yuqoslaviya və Yunanıstan arasında bölsünlər. Qalib dövlətlər 1920-ci ilin yanvarın 14-də Albaniyanın bölünməsi haqqında 1915-ci il London müqaviləsini bir daha təsdiq etdilər. Lakin alban xalqı azadlıq mübarizəsinə qalxdı.

Albaniyanın vətənpərvər dairələri 1920-ci ilin yanvarında Lyuşna şəhərində öz hökumətlərini təşkil etdilər. Konqres qətiyyətlə Albaniyanın bölünməsinə qarşı çıxaraq Paris konfransına öz etirazını göndərdi. Ölkədə işğalçılara qarşı silahlı mübarizə başlandı. Milli müdafiə komitəsi təşkil edildi. 1920-ci ilin iyunun 3-də milli müdafiə komitəsi İtaliya komandanlığından tələb etdi ki, Vlyöradan öz qoşunlarını çı- xartsın. Bu tələb yerinə yetirilmədikdə onlar işğalçılar əleyhinə hərbi əməliyyata başladılar. İtalyan qoşunları canlı qüvvə və

texnika cəhətdən əla səviyyədə təchiz edilmələrinə baxmayaraq məğlub oldular. 1920-ci il iyunun 12-də Vlyöra alban milli qüvvələrinin əlinə keçdi.

İtaliya xalqı da öz hökumətinin təcavüzkar hərəkətinə qarşı çıxdı. Ciolitti hökuməti qoşunlarını Albaniyaya göndər- məyəcəyi barədə bəyanat verməyə məcbur oldu. Tirana höku- məti ilə danışıqlar başlandı ki, hərbi əməliyyatlar dayandırılsın. 1920-ci ilin avqustun 2-də "Vlyöra rayonunda münaqişəyə son qoyulması və italyan qoşunlarının Albniyadan çıxarılması haqqında" protokol imzalandı. Bu hadisədən sonra Bayram Surrinin başçılığı altında alban vətənpərvərləri ölkədən serb və yunan işğalçılarını da qovdular. Nəticədə Albaniya öz müstə- qilliyini bərpa etmiş oldu. 1920-ci ilin noyabrın 9-da Londonda olan konfransda müstəqil Albaniyanın müharibəyə qədərki sərhədləri tanındı. 1920-ci ilin dekabrın 17-də Albaniya Mil- lətlər Cəmiyyətinə daxil edildi.

Milli müstəqillik qazandıqdan sonra Albaniyada hakimiy- yət bir qrup feodalın əlinə keçdi ki, onların içərisində ən nüfuzlu fiqur Əhmət Zoqu (1895-1961) idi. 1920-1921-ci illər- də o, xarici işlər naziri, 1922-ci ilin dekabrından 1924-cü ilin fevralına qədər isə Albaniyanın baş naziri oldu. Feodal dairələr antixalq və antimilli siyasət yeridirdilər. Hökumət 1922-ci ildə Bayram Surrinin başçılığı altında ölkənin şimalında baş verən kəndlilərin silahlı üsyanını yatırtdı.

Ölkədə az sayda olan fəhlə sinfi əmək haqlarının artma- sına və əmək şəraitlərinin yaxşılaşmasına nail oldular. Fəhlə sinfinin fəallığının artması həmkarlar ittifaqı və fəhlə sinfinin siyasi partiyasını yaratmaq təşəbbüslərinə gətirib çıxartdı.

Antifeodal dəyişikliklərin keçirilməsi uğrunda mübari- zəyə milli burjuaziya və ziyalılar da qoşuldu. 1921-ci ildə ölkədə A.Rustaminin rəhbərliyi ilə "Başkimi" təşkilatı yarandı. Onun proqramında aqrar islahat keçirmək, vergi sistemində dəyişiklik etmək, ölkəyə xarici kapitalın müdaxiləsini məhdud-

laşdırmaq kimi burjua-demokratik dəyişiklikləri həyata keçirmək nəzərdə tutulurdu.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin