Kapitalizmin nisbi sabitləşməsi illərində ölkə iqtisadiyya- tında canlanma müşahidə edildi. Valyuta sabitləşdi, xarici və daxili ticarətin həcmi artdı, alban burjuaziyasının yeni müəs- sisələri yarandı. Bununla belə, Albaniyada emal sənayesi çox zəif inkişaf edirdi.
20-ci illərin II yarısında Albaniyaya İtaliya inhisarının müdaxiləsi gücləndi. 1925-ci ildə təsis edilən Milli bankda səhmlərin əksəriyyəti italyan bankirlərinə məxsus idi. 1925-ci ildə Albaniyanın iqtisadi inkişafı üzrə italyan cəmiyyətləri meydana çıxdı. Onlar əsasən, alban banklarına kredit verirdilər. İtaliya kampaniyaları neft, kömür, mis və xrom filizləri kimi faydalı sərvətlərin çıxarılması üçün kəşfiyyat aparmaq hüququ aldılar. Albaniya hökumətinin razılığı ilə ölkənin ən yaxşı tor- paqlarına 300 min italyan köçürüldü. İtaliya həmçinin öz mal- larını kömrük vermədən Albaniyada satmaq hüququ əldə etdi. 1930-cu ilə yaxın İtaliyanın əlində Albaniyanın ixracının 70, idxalının 50, dəniz yüklərinin 60%-i cəmləşmişdi.
1926-cı ilin noyabrın 27-də bağlanılmış "dostluq və təhlükəsizlik haqqında" müqaviləyə əsasən İtaliya Albaniyanın
müstəqilliyi üçün "təminat" verirdi. Həmin müqaviləyə əsasən Albaniya İtaliyanın razılığı olmadan "üçüncü" dövlətlə saziş bağlaya bilməzdi. 1927-ci ilin noyabrın 22-də bağlanmış müqaviləyə əsasən isə İtaliya Albaniya ordusu üzərində nəzarət hüququ əldə edirdi. Əslində bununla Albaniyada İtaliyanın protektoratlığı yaranmış oldu.
1925-ci ilin yanvarın 22-də Albaniya respublika elan edilsə də, əslində ölkədə Ə.Zoqunun diktaturası hökm sürürdü. 1925-ci ilin yanvarın 31-də Zoqu ölkənin prezidenti seçildi və bütün hakimiyyəti öz əlinə aldı. 1928-ci ildə o özünü kral elan etdi. Albaniya krallığa çevrildi.
Dostları ilə paylaş: |