Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Çexoslovakiya İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə65/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   156
avropa amerka tarıxı

Çexoslovakiya İkinci dünya müharibəsi ərəfəsində


Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Çexos- lovakiyada da millətçi qrupların daha da fəallaşmasına səbəb oldu. Ölkədə təqiblər artdı. 1934-cü ildə Kommunist partiyası- nın fəaliyyəti qadağan edildi.

1935-ci ilin mayın 19-da Milli Məclisə keçirilən seçki- lərdə Sudet vilayətində Alman partiyası, Slovakiyada isə Xalq partiyası səslərin əksəriyyətini topladı. 1935-ci ilin dekabrında keçirilən prezident seçkilərində "Qrad" qrupunun rəhbəri Beneş qalib gəldi. Hökumətin başçısı isə Milan Qoca oldu. 1936- 1938-ci illərdə ölkədə alman, slovak, ukrain, macar və polyak separatizmi gücləndi. Bununla belə 1938-ci ilin mayında Çexoslovakiya sərhədinə faşist Almaniyasının qoşun yığmaq cəhdi uğursuz oldu. Çünki o dövrdə Çexoslovakiya Avropada ən güclü qoşuna malik olan dövlətlərdən biri olduğu üçün Hitler buraya hücum etməyə cəsarət etmədi. 1938-ci ilin mayında Milan Qocanı general Sırov əvəz etdi. 1938-ci ilin sentyabrında olan Münhen konfransı Sudet vilayətinin orada almanların çoxluq təşkil etməsi bəhanəsi ilə Almaniyaya bir- ləşdirilməsi haqqında qərar qəbul etdi. 1938-ci ilin oktyabrında Almaniya Sudet vilayətini özünə birləşdirdi. Çexoslovakiya öz ərazisinin 1/3-ni, əhalisinin 5 milyonunu, sənaye potensialının isə 40%-ni itirdi. Bundan sonra o, “İkinci respublika” adlandı. Prezident Beneş istefa verdi. Onu Qaxa əvəz etdi. Baş nazir Milli birliyin lideri R.Beran oldu. 1938-ci ilin oktyabrında



Slovakiyada Tisonun başçılığı altında hökumət təşkil edildi. Slovakiya 1939-cu ilin martın 14-də öz müstəqilliyini elan etdi. Slovakiya Almaniyanın satilletinə çevrildi. Zakarpat Ukraynasına isə Hitlerin razılığı ilə macar qoşunları daxil oldular. 1939-cu ilin martın 14-də Zakarpat Ukraynası da öz müstəqilliyini elan etdi. 1939-cu ilin martın 15-də prezident Qaxa Hitlerin Çexoslovakiya Respublikasını ləğv etmək tələbi ilə razılaşmalı oldu. Bohemiya (Çexiya) və Moraviya Almaniyanın protektoratlığına verildi. Beləliklə, Çexoslovakiya parçalandı və onun dövlət müstəqilliyinə son qoyulmuş oldu.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin