Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Polşa kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə



Yüklə 0,59 Mb.
səhifə61/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   156
avropa amerka tarıxı

Polşa kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə


1924-1925-ci illərdə hökumətə məşhur iqtisadçı Qrabski başçılıq edirdi. O «daxili sülh, iqtisadiyyatın sağlamlaşdırıl-

massı»na nail olmaq istədisə də, bacarmadı. Xarici dövlətlər Almaniyaya istiqraz verdilər, Polşaya isə yox, bu isə onun beynəlxalq vəziyyətini çətinləşdirdi. Ən böyük zərbə ona Lokarno (1925) konfransında dəydi, çünki bu konfrans alman- Polşa sərhədinin təhlükəsizliyinə təminat vermədi.

1925-ci ilin aqrar islahatı yalnız qolçomaqlara və mül- kədarların bəzi qruplarına xeyir verdi. 1925-ci ilin fevralında Qrabski hökuməti Vatikanla konkordat (dini saziş) bağladı. Dövlət din üzərindəki nəzarətdən imtina etdi. Bütün ziddiy- yətləri həll etməyə imkan tapmayan hökumətin 1925-ci ilin noyabrında vəziyyəti mürəkkəbləşdi. Qızıl standartı siyasətinə hücum başlandı, sənaye istehsalı azaldı, işsizlik artdı. 1926-cı ilin mayın 10-da «güclü əllər» hökuməti təşkil edildi ki, ona yenə də Vitos başçılıq edirdi. 1926-cı ilin mayın 12-də Pilsudskinin general və zabitlərinin rəhbərlik etdiyi qoşunlar Varşavaya yürüş etdilər. Hökumət əleyhinə fəhlə sinfi də çıxış etdi. Nə hökumət, nə də Polsudski vətəndaş müharibəsi istəmirdilər. Prezident Voytexovski və Vitos hökuməti istefa verdi. Professor Bartel hökumətin başçısı təyin edildi. Pilsudski seymin və senatın əksəriyyət səsi ilə prezident seçildi. Həm- çinin o, hərbi nazir və ordunun baş inspektoru vəzifəsini özünə götürdü. O, "sanasion" rejim yaradacağını elan etdi.

"Sanasion" (sağlamlaşdırma) rejimin şüarı «Demokra- tiya Pilsudski ilə, Pilsudski demokratiya ilədir» idi. Pilsudski siniflərin və partiyaların siyasətdən kənar olduğunu bildirdi. Parlamenti formal olaraq saxladı. Faktiki olaraq o, həm döv- lətin daxili, həm də xarici siyasətinə rəhbərlik edirdi. Pilsudskinin dayağı iri burjuaziya və mülkədarlar idi. O, Xalq Demokrat partiyasının (Xyena) nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bu rejim tezliklə zəiflədi. Polşa İtaliya və Almaniyaya bənzəməyi bacarmadı. O kütləvi siyasi partiya yarada bilmədi.

Kapitalizmin nisbi sabitləşməsi dövründə işsizlik bir qədər azaldı, sənaye istehsalı artdı. 1926-1928-ci illərdə 700

min ha torpaq kəndlilərə haqqı ödənilməklə verildi ki, bu kəndli problemini bir qədər həll etmiş oldu. Lakin kommunistlərə və sosialistlərə qarşı kütləvi təqiblər hökumətdən narazılığı artırdı. Pilsudski öz tərəfdarlarından "bitərəf blok" yaratdı.

Seymə və senata 1928-ci ilin mart seçkiləri ərəfəsində

«Bitərəf bloka» cəmi 25% səs verildi, 31% səs isə sosialistlər topladılar.

1928-ci ildə Polşada hələ başqa ölkələrdən qabaq iqtisadi böhran başlandı. Bu böhran 1935-ci ilə qədər davam etdi. 1931-ci ildə 1,5 milyon adam işsiz idi. 1930-1935-ci illərdə 3 min sənaye müəssisəsi iflasa uğradı.

Böhran "Sanasion" rejimin möhkəm olmadığını yəqin etdi. 1930-1935-ci illərdə 10 hökumət dəyişildi. Bu hökumətlər

«polkovniklərin hökuməti» adlanırdı. Sol partiyalarla «Mərkəz partiya»sı parlamentdə birləşib, «Sentrol» adlanmağa başladılar. Onlar konstitusiya və demokratiyanın bərpa olunması uğrunda çıxış edirdilər.

1930-cu ilin yayında parlament buraxıldı, yeni seçkilər təyin edildi. Müxalif qüvvələr həbs edilib cəzalandırıldı və Brest qalasına salındı. Bu seçkilər «Brest seçkiləri» adını aldı. "Bitərəf blok" çox səs aldı. Seçkilərdən sonra Pilsudski hö- kumətdən getdi, onu növbəti polkovnik əvəz etdi. Polşada təqib dalğası davam edirdi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin