Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər)



Yüklə 0,59 Mb.
səhifə48/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   156
avropa amerka tarıxı

ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər)

1928-ci ildə prezident seçilən respublikaçıların liderlə- rindən olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitaliz- minin müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun prezidentliyi dövründə "ciddi fərdiyyətçilik" və "şəxsi təşəbbüsə yol verilməsi" prinsipləri yeganə prinsip oldu. Huver hökuməti daxili siyasətdə yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib hazırladı. Lakin başlanan dünya iqtisadi böhranı müasirləri tərəfindən böyük təşkilatçı və mühəndis adlandırılan Huverin bu planının həyata keçirilməsinə mane oldu. ABŞ Huverin dövründə dolların sabit valyuta kimi tanınması və onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu.

1929-cu ilin oktyabrında Nyu-York birjalarının birində baş verən hadisə, yəni səhmlərin qiymətinin birdən-birə ucuzlaşması böyük çaxnaşmaya səbəb oldu. 1929-cu ilin oktyabr ayının 24-də dünya maliyyə mərkəzi olan Nyu-Yorkun birjalarında 12,8 milyon səhm satıldı ki, bu da əvvəlkilərdən 1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan səhmlərin sayı 16,4 milyona çatdı. Qiymətli kağızların kursu sürətlə aşağı düşməyə başladı. Belə sürətlə azalma daha üç ili davam etdi. 1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin dəyəri 4,5 dəfə azaldı.

1929-cu ilin oktyabr ayının 24-nə qədər olan dövrlə mü- qayisədə Amerika Birləşmiş Ştatlarında sənaye məhsul isteh- salının ümumi həcmi 1930-cu ildə 80.7 %-ə, 1931-ci ildə isə

68.1 %-ə endi. 1932-ci ilin yayından 1933-cü ilin yazınadək böhranın nisbətən daha da dərinləşdiyi müşahidə edilirdi.

Ümumdünya iqtisadi böhranı nəticəsində ABŞ sənayesi 1932-ci ilin iyulunda özünün ən aşağı səviyyəsinə düşdü, istehsal 1913-cü il səviyyəsinə endi. 1929-cu illə müqayisədə 1932-ci ildə ABŞ-da sənaye məhsulu istehsalı 46% azaldı. Ağır sənaye xüsusilə daha çətin vəziyyətə düşdü. Ölkədə milli gəlir 2 dəfə, xarici ticarət 3 dəfə aşağı endi. Fəhlə sinfinin vəziyyəti daha da ağırlaşdlı.

Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin iq- tisadiyyatını ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalının həcmi 38%, ticarətin həcmi və kənd təsərrüfatı məhsullarının istehsalı 30% azalmış oldu. Dünya bazarında rəqabət kəskin- ləşərək ticarət müharibəsi xarakteri almağa başladı. Təkcə 1929-1934-cü illərdə 76 ölkə kömrük vergilərini artırdı.

Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasındakı maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnfil- yasiya ABŞ-ı dolların qızıl standartlarından əl çəkməyə məcbur etdi. Nəticədə 56 dövlətin dollar ilə bağlı valyutası qiymətdən

düşdü. 1932-ci lin əvvəli üçün tam işçizlər 26 milyon, işini tamam itirməyənlərlə birlikdə bu rəqəm 30 mln. nəfərə çatırdı.

Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə də əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə Versal- Vaşinqton siyasi sisteminin əməli iflası başlandı. İqtisadi böh- ran fərdiyyətçilik, şəxsi təşəbbüs və sahibkarlığın hüdudsuz azadlığı ideyalarının parıltısını söndürmüş oldu.

Avropa ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Amerika- lılarda o vaxta qədər belə bir psixologiya formalaşmışdır ki, hər bir şəxs həyatda ancaq özünə arxalanmalıdır, dövlətə ümid etməməlidir. Onlar çətin vəziyyətdə ancaq xeyriyyəçilərə ümid bəsləyə bilərdilər. Lakin böhran illərində onların psixologiya- sında dəyişiklik yarandı. Onların diqqəti dövlətə yönəlməyə başladı. Bu dövrdə meydana çıxan ən böyük kütləvi hərəkatlar dövlətin köməyini tələb edirdilər.

On minlərlə zavodun, fabrikin, müəssisənin və digər is- tehsal və qeyri-istehsal sahələrin bağlanması işsizliyin kütləvi surətdə artmasına səbəb oldu. Əmək haqqı fondu 2 dəfə ixtisara getdi. Artıq 1933-cü ildə ABŞ-da 17 milyon işsiz vardı. İşçizlərin vəziyyətini yaxşılaşdırmaq üçün Huver iri şəhərlərin kənarlarında xüsusi qəsəbələr salmağa başladı. Burada fəhlələr dövlət hesabına təmin olunur və yaşayırdılar. Bunlar «Huver villaları» adlanırdı. Tezliklə prezident Huver «çiçəklənmə» prezidenti kimi deyil, «aclıq» prezidenti kimi şöhrət qazandı.

Fermerlərin vəziyyəti son dərəcə ağırlaşdı. 1930-cu ildə Huver tərəfindən fermerlər üçün ticarət palatası təşkil edilsə də, bu vəziyyətdə dəyişiklik yaratmadı. 1929-1934-cü illər ərzində borc və vergini ödəyə bilmədiyinə görə 897 fermer təsərrüfatı, başqa sözlə, ölkədəki fermer təsərrüfatlarının təxminən 14%-i satılmışdı.

1931-ci ilin payızında sənaye və aqrar böhranın daha da dərinləşməsi maliyyə böhranına da səbəb oldu. Maliyyə

böhranı ən kəskin səviyyəyə 1933-cü ilin fevral-martında çatdı. Ölkəni bankların məhvi dalğası bürüdü. Bu dövrdə Huverin yeritdiyi yeganə siyasət iri korporasiyalar, inhisarlar və iri bankların iflasa uğramasının qarşısını almaq məqsədilə 1930-cu ildə Maliyyənin yenidən qurulması korporasiyasını təşkil etməsi oldu. Bu müəssisə digər korporasiyalara kredit buraxmağa başladı. ABŞ SSRİ-dən gələn mallar üzərinə qadağa qoyduqda, SSRİ də ABŞ mallarının alınmasını dayandırdı və sifarişi Avropa ölkələrinə verdi. Bu ABŞ biznesmenləri içində xüsusi həyəcana səbəb oldu. Huver hökuməti SSRİ-dən gələn mallar üzərinə qadağanı təxirə salmağa məcbur oldu.

Böhran illərində həmkarlar ittifaqlarının fəaliyyəti xeyli genişləndi. Fəhlə hərəkatına rəhbərlik etmək üçün İstehsalçıların həmkarlar ittifaqlarının konqresi təşkil edildi. 1886-cı ildə Hampers tərəfindən təşkil edilmiş ixtisaslı fəh- lələrin həmkarlar təşkilatı olan ABŞ Əmək Federasiyasından fərqli olaraq İstehsalçıların Həmkarlar İttifaqı konqresi ix- tisassız fəhlələri özündə birləşdirirdi. 1930-cu ilin 6 mart günü ABŞ-da və bütün dünyada işsizliyə qarşı mübarizə günü kimi qeyd edildi. ABŞ-da aclıq yürüşləri geniş yayıldı. 1931-1932- ci ildə Vaşinqtona müharibə iştirakçılarının 2 dəfə aclıq yürüşü oldu. 1932-ci ildə 24 min Birinci dünya müharibəsi iştirakçısının Vaşinqtona yürüşü və onların pensiyaları artırmaq tələbi nəinki yerinə yetirilmədi, o zaman silahlı qüvvələrin baş ştatının rəisi general Makkarturun başçılığı ilə gülləbaran edildi. Bu hadisə bütün dünyada həyəcana səbəb oldu.

Huver hökumətinin xarici siyasətdə əsas məqsədi dünyada ABŞ-ın hərbi-siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirmək idi. 1930-cu ilin yanvar-aprelində keçirilən London dəniz konfransında, ABŞ 18 kreyserə sahib oldu. Huver hökuməti xarici siyasətdə beynəlxalq vəziyyəti gərginləşdirməyə gətirib çıxaran siyasət yeridirdi. Huver hakimiyyətə gələn kimi elan etdi ki, onun əsas vəzifəsi

sosializmi qəbrə qoymaqdır. O, yeganə prezident idi ki, Rusiyanı yaxşı tanıyırdı. Onun Maykopda çoxlu neft mədənləri vardı. Lakin sovet Rusiyası onu bunlardan məhrum etmişdi. 20- ci illərdə o, humanitar yardım gətirmək bəhanəsi ilə dəfələrlə Sovet Rusiyasında olmuşdu. O, SSRİ-yə qarşı düşmən ruhda idi. Ona görə də, Huver 1932-ci ildə Lozanna konfransında Almaniyanın təzminatdan birbaşa yaxa qurtarmasına nail olmaqla əslində ona Sovet Rusiyasına qarşı müharibəyə hazırlaşmaq üçün imkan yaratmaq məqsədini güdürdü. 1932-ci ilin dekabrında Cenevrədə keçirilən təksilaha dair konfransda ABŞ Almaniyanın silahlanmasına razılıq verdi. 1931-ci ildə Yaponiya Mancuriyanı işğal etdikdə və orada oyuncaq Man- Çjo-Qo dövləti yaratdıqda ABŞ bu məsələni sakitliklə qarşıladı və hətta Yaponiyaya neft və neft avadanlığı satmağını da davam etdirdi. Bundan məqsəd onu da SSRİ-ə qarşı yönəltmək idi. Lakin Yaponiya SSRİ-ni ehtiyatda saxlayaraq cənuba üz tutdu. Çünki ABŞ-Yaponiya ziddiyyətləri daha dərin idi və tezliklə ABŞ bunu başa düşdü. Ona görə də ABŞ hökuməti açıq şəkildə bildirdi ki, Çində Yaponiyanın heç bir işğalını tanımır. 1932-ci il yanvarın 7-də qəbul edilən “Stimson doktrinası” Yaponiyanın mövqeyini zəiflətməyə yönəldilmişdi.

Bu dövrdə Latın Amerikasına qarşı "böyük dəyənək" siyasəti yenidən fəallaşdı. ABŞ çalışırdı ki, İngiltərənin Latın Amerikası ölkələrinə kapital ixracı azalsın. ABŞ-Latın Amerikası ölkələrini bir-biri ilə toqquşdurmağa çalışaraq bu regionda hökmranlığı ələ almağa cəhd edirdi. Huverin hakimiyyəti dövründə Boliviya ilə Paraqvay, Kolumbiya ilə Peru arasında müharibə baş verdi.

1929-1933-cü illər dünya iqtisadi böhranı ABŞ-ın hakim dairələri qarşısında sosial-iqtisadi, siyasi və ideoloji problemləri həll etmək zərurətini qoydu. "Sərt fərdiyyətçilik" ideologiyasına yenidən "nəzər" salmağın vacibliyini vəziyyət

özü tələb edirdi. Eyni zamanda lazım gəlirdi ki, dövlət iqtisadi və sosial münasibətlərə fəal müdaxilə etsin.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin