Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


MACARISTAN Macarıstanda 1918-ci il burjua-demokratik inqilabı



Yüklə 0,59 Mb.
səhifə55/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   156
avropa amerka tarıxı

MACARISTAN




Macarıstanda 1918-ci il burjua-demokratik inqilabı


Çoxmillətli Habsburqlar monarxiyası tərkibində Macarıs- tan imtiyazlı dövlət idi. Macar iri torpaq sahibəri və burjuazi- yası serbləri, rumınları, slovakları, xorvatları və digərlərini-ni təzyiq altında saxlayaraq onların milli mədəniyyətlərinin inkişafına mane olurdular. Bu dövrdə Macarıstan kapitalizmin orta səviyyədə inkişaf etdiyi 10 miloyn əhaliyə malik olan aq- rar-sənaye ölkəsi idi. Bir sıra iri sənaye sahələri də inkişaf etməkdə idi. Macarıstanda fəhlə sinfinin əksəriyyət hissəsi Budapeştdə yerləşmişdi. Kənd təsərrüfatında feodalizmin qalıqları, latifundiyalar mövcud idi. Birinci dünya müharibəsi illərində Macarıstandan ölənlərin sayı 1,4 milyon, əsir düşənlərin sayı isə 700 min nəfər oldu. Müharibə nəticəsində ölkədə aclıq və təsərrüfat pozğunluğu əmələ gəldi. Zəhmətkeş kütlələrin nifrəti iri mülkədar və burjuaziyanın mənafeyini müdafiə edən hökumətə qarşı getdikcə güclənirdi. Rusiyadakı Fevral inqilabı və oktyabr çevrilişi inqilabi hərəkatın yüksəlməsinə təkan verdi.

1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr mü- haribənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağı- dılmasını daha qətiyyətlə tələb edirdilər. Serbiya, Xorvatiya, Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı gücləndi.

1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı ən yüksək nöqtəsinə çatdı. Kəndlilər mülkədarların torpaqlarını müsadirə edərək öz aralarında paylayırdılar. Cəbhələrdə fəra- rilərin sayı artırdı. Bu hadisələr Habsburqlar monarxiyasının dağılmasını surətləndirdi. 1918-ci ilin oktyabrın 30-da Buda- peştdə zəhmətkeşlərin üsyanı oldu. Üsyan edən fəhlələr silah zavodunu ələ keçirərək silahlanıb əsgərlərə qoşuldular. Silahlı

üsyançılar oktyabrın 31-də hökumət evini, teleqraf, poçt və s.- ni ələ keçiridlər. Lakin sovetlərdə əksəriyyəti təşkil edən sağ sosialistəlr fəhlə hökuməti təşkil etməkdən boyun qaçıraraq hakimiyyəti burjuaziyaya verdilər. Oktyabrın 31-də İstiqlaliyyət partiyasının rəhbəri Mixail Karoyi başda olmaqla koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin tərkibinin əksəriyyəti burjua nümayəndələrindən ibarət idi. Lakin burada sağ və mərkəzçi sosialistlərin də nümayəndələri var idi.

1918-ci il noyabrın 16-da Macarıstan respublika elan edildi. 1919-cu ilin yanvar ayında M.Karoyi prezident seçildi. Yenicə təşkil edilmiş koalision hökumət fəhlə-kəndlilərin çıxışlarını yatırmağa və burjuaziyanın hakimiyyətini möhkəmləndirməyə çalışdı. Bu hökumət Habsburqlar monarxiyasının dövlət aparatına toxunmadı. Hökumətin göstərişi ilə müəyyən yerlərdə mülkədar torpaqlarının bölüşdürülməsi dayandırıldı. Kəndlilər tərəfindən bölüşdürülmüş torpaqlar təkrar sahiblərinə qaytarıldı. Koalision hökumət müəyyən güzəştlər etməyə də məcbur oldu. Ümumi seçki hüququ, söz, mətbuat, yığancaq azadlığı verildi. 8 saatlıq iş günü müəyyən edildi. Hökumətin tərkibindən müəyyən komissiya ayrıldı ki, ona da «sosialistləşmə komissiyası» adı verildi. Ölkədə aqrar islahatın həyata keçirilməsi vəd edildi. Göstərildi ki, 500 xoltdan (57 sotdur) artıq torpaq mülklərinə sahib olmaq qadağan edilir. Lakin aqrar islahatlar və "sosialistləşmə" hökumət tərəfindən həyata keçirilməyərək kağız üzərində qaldı. Ölkədə iqtisadi vəziyyət olduqca çətinləşdi. Bir sıra şəhərlərdə, xüsusilə, Budapeştdə xeyli miqdarda işsizlər ordusu əmələ gəldi. Ərzaq mallarının çatışmazlığı şəraitində möhtəkirlik gücləndi.

1918-ci il noyabrın 24-də Budapeştdə Rusiyadan qayıt- mış kommunistlərin və sol sosialistlərin müşavirəsi çağırıldı. Burada Bela Kunun rəhbərliyi altında Macarıstan Kommunist partiyası təşkil edildi. Bu partiya Macarıstan zəhmətkeşlərini



burjua hakimiyyətini yıxmağa və proletariat diktaturasını qurmağa çağırdı.

Kommunist partiyası təşkil edilən gündən hökumət bu partiyanı ciddi təqib etməyə başladı. 1919-cu il fevralın 21-də MK-nın bütün tərkibini həbs etdi. Sağ sosialistlər hökumətin bu təşəbbüsünü bəyənərək kommunistləri həmkarlar ittifaqının rəhbər vəzifələrindən uzaqlaşdırmağa çalışdı. Hökumətin bu tədbirinə qarşı 1919-cu ilin mart ayında fəhlələr çıxış edərək Bela Kun və onun silahdaşlarının həbsxanadan azad edilmə- lərini tələb etdilər. Çıxış edən fəhlələr kommunistlərlə sosialist- demokratların birgə fəaliyyət göstərmələrini də tələb edirdilər. 1919-cu ilin əvvəlindən ölkədə inqilabi yüksəliş əmələ gəldi. Fəhlələr fabrik-zavodları ələ keçirdilər. Kəndlərdə kəndlilər mülkədar torpaqlarını müsadirə edərək onu yenidən öz aralarında bölüşdürürdülər. Bu zaman Macarıstanın beynəlxalq vəziyyəti də çətin idi. Burjuaziya dairələri danışıq şərtlərini sözsüz qəbul etməyi tələb edirdilər ki, Antanta dövlətləri Ruminiya, Çexoslavakiya, başqa dövlətlərin Macarıstandan ərazi tələblərini yerinə yetirməsinlər və bu işdə Macarıstana yardım etsinlər. Lakin onlar səhv edirdilər. 1919-cu il martın 20-də Macarıstanda olan Fransa podpolkovniki Vik vasitəsilə Antanta dövlətləri Macarıstana nota verdi. Notada göstərilirdi ki, Macarıstan hökuməti Şərqi Macarıstanı və Zakarpatiya ərazisini tam azad etsin və bu yerlərdə Rumıniya, Çexoslava- kiya qoşunları yerləşdirilsin. Kütləvi hərəkatı yatıra bilməyən koalisiya hökuməti bu notanı alarkən daha çətin vəziyyətə düş- dü və martın 21-də istefa verərək sosialistlərə hökumət təşkil etmələrini təklif etdi. Lakin bu zaman ölkədə hakimiyyət fak- tiki olaraq silahlı fəhlələrin əlində idi. Onlar polis və jan- darmanı tərksilah edərək strateji cəhətdən mühüm məntəqələri ələ keçirdilər. Martın 21-də sosial-demokratların rəhbərləri həbsxanada olan Bela Kun və MK-nın digər üzvlərinin yanına gəldilər. Onlar bilmək istəyirdilər ki, kommunistlər sosialistlə-

rin təşkil edəcəyi hökumətə razılıq verəcəklərmi? Buna cavab olaraq həbsxanadakı kommunist rəhbərlər təklif etdilər ki, fəhlə partiyasının hər ikisi birlikdə hökuməti təhvil alsınlar. Sosial- demokratlar bu iki partiyanın birləşdirilməsi planını tərtib etdi. Kommunistlər bu planı bəyəndilər. Həbsxanada bu iki partiya rəhbərləri arasında saziş bağlandı. Sazişdə göstərilirdi ki, həmin partiyalar birləşərək Birləşmiş Sosialist Partiyası təşkil edirlər.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin