İSPANİYA İspaniya Birinci dünya müharibəsindən sonrakı ilk dövrdə
XX əsrin əvvəllərində İspaniya güclü feodalizm qalıqlarının olduğu aqrar-sənaye ölkəsi idi. Mülkədar aristokratiyası və maliyyə oliqarxiyası blokunun mənafeyini ifadə edən monarxiya idarə üsulu hərbi diktaturanın köməyinə arxalanaraq özünü saxlayırdı. Ölkənin əsas burjua partiyaları liberallar və mühafizəkarlar idi.
Birinci dünya müharibəsi dövründə İspaniya bitərəfliyini saxladı. Müharibə aparan ölkələrə strateji məhsullar satmaq və Latın Amerikası ölkələrindən gələn mallara öz ərazisindən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi. Bu dövrdə onun sənaye və kənd təsərrüfatı sürətlə inkişaf etdi. Qızıl ehtiyatı 4 dəfə çoxaldı. Daş kömür polad və çuqun istehsalı 2 dəfə artlı. Sənaye fəhlələrin sayı artaraq 2 milyona çatdı. Varlı siniflərin gəlirləri artsa da, zəhmətkeş əhalinin vəziyyəti daha da ağırlaşdı.
İqtisadi inkişafa baxmayaraq İspaniya xarici dövlətlərdən maliyyə asılılığında idi. İspaniya iqtisadiyyatına qoyulan xarici kapitalın 50%-i İngiltərənin, 34%-i isə Fransanın payına düşür- dü.
Müharibədən sonra İspaniyada sosial ziddiyyətlər xeyli kəskinləşdi. Ölkəni bürüyən sosial etirazlar nəticəsiz qalmadı. Hökumət 8 saatlıq iş günü tətbiq etdi, uşaq əməyindən istifadə qadağan olundu, qocalığa və əlilliyə görə pensiya təyin edildi.
Birinci dünya müharibəsinin son ilində İspaniya hökumə- tinə mühafizəkarlar partiyasından olan A.Maura başçılıq edirdi. 1918-ci il noyabrın 9-da Maura hökumətini liberal Qarsio Prie- to hökuməti əvəz etdi. Lakin həmin ilin dekabrında bu hökumət də istefaya getdi. Onun yerində Qraf Romananes hökuməti təşkil edildi. Tətil hərəkatının güclənməsi nəticəsində bu höku- məti yenidən Maura hökuməti əvəz etdi. O da ancaq üç ay
hakimiyyətdə qala bildi. 1919-cu il iyulun 15-də Sançes de To- kanın başçılığı ilə liberal-mühafizəkar hökumət quruldu. Bu hökumətin dövründə bütün ölkədə konstitusiya təminatları bər- pa edildi. Siyasi amnistiya verildi. Dekabr ayında Mühafizəkar- lar partiyasının liderlərindən biri olan Alyende Salaras yeni hökumət qurdu. Onun hakimiyyəti 1920-ci ilin may ayınadək davam etdi.
1920-ci ilin aprelin 15-də Madriddə İspaniya Kommunist Partiyası təşkil edildi və o, Kominternə daxil oldu. 1921-ci ilin aprelində İspaniya Kommunist fəhlə partiyası təşkil edildi. 1921-ci ilin noyabrında onların hər ikisi birləşib. İspaniya Kommunist partiyası adlandı. Onun rəhbəri isə Qarsia Kexido oldu. Bu partiyanın yaranması burjua-mülkədar dairələrində həyəcana səbəb oldu. Ölkədə «Reket müdafiə xuntaları» yarandı.
1920-ci ilin may ayında liberal-mühafizəkar Dato yeni hökumət təşkil etsə də, 1921-ci il martın 8-də o öldürüldü və yenidən baş nazir Alyende Salaras oldu. Onun hakimiyyəti il- lərində İspaniya xarici siyasətdə bir sıra uğursuzluqla üzləşdi.
Ən ciddi siyasi böhranı ölkə Mərakeşdə ispan qoşunla- rının məğlubiyyəti vaxtı hiss etdi. 1921-ci ilin iyulunda İspaniya qoşunları üsyan etmiş rif tayfalarına qarşı hücuma keçdilər, lakin Anval altındakı döyüşdə qəti məğlubiyyətə uğradılar.
Anval altındakı məğlubiyyətdən sonra Alyende Salaras hökuməti istefaya getdi. Onu 1921-ci ilin avqustun 15-də ye- nidən başda A.Maura olmaqla koalisiyalı hökumət əvəz etdi. O, Mərakeşdə hərbi əməliyyatları aparmaqdan ötrü plan işləyib hazırladı və onu həyata keçirməyə başladı. Lakin bu planın həyata keçirilməsinə qarşı hökumət daxilində narazılıq başlandı. 1922-ci il martın 7-də Sançes Herra başda olmaqla liberal-mühafizəkarlar hökuməti yaradıldı. Beləliklə, 1917-ci ilin sonundan 1922-ci ilin dekabr ayınadək ölkədə 11 hökumət
dəyişikliyi oldu. Bütün bunlar ölkədə siyasi böhranın hökm sürdüyünü göstərirdi.
Anval altındakı məğlubiyyət rejimin çürüklüyünü gös- tərdi və cəmiyyətin bütün təbəqələrində həyəcan oyatdı. Ölkədə inqilabi hərəkat başlandı. Ölkə idarəedilməz həddə gəlib çatdığından hərbçilər fəaliyyətlərini gücləndirdilər. Belə şəraitdə hərbçilərin hakimiyyət başına gəlməsi labüd idi.
Dostları ilə paylaş: |