Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Primo de Riveranın diktaturası



Yüklə 0,59 Mb.
səhifə41/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   156
avropa amerka tarıxı

Primo de Riveranın diktaturası


Burjua-mülkədar partiyaları olan liberallar və müha- fizəkarlar monarxiyanın müdafiəsinə qalxdılar. «Müdafiə xun- tası», ali ruhanilik, maliyyə oliqarxiyası və mülkədarların yu- xarı təbəqəsi monarxiyanı hərbi diktatura qurmaq yolu ilə xilas etmək qərarına gəldilər. Hərbi çevriliş açıq şəkildə hazır- lanmaqda idi. 1923-cü ilin sentyabrın 20-də Anval altında məğ- lubiyyətin səbəbləri haqqında məruzə dinlənilərkən məsuliyyət kralın və generalitetin üzərinə qoyuldu. 1920-ci ilin sentyabrın 13-də Katalon hərbi dairəsinin komandanı general Migel Primo de Rivera Kataloniya iri burjuaziyası və hərbçilərindən kömək alaraq Barselonada hakimiyyəti ələ aldı.. Kral XIII Alfons isə onu Madridə dəvət edib hökumət təşkil etməyi həvalə etdi. Əvvəlki hökumət istefa verdi

Adi hökumətin yerində Primo de Rivera sentyabrın 15- də hərbi direktoriya təşkil etdi. Onun tərkibi general və admirallardan ibarət idi. Kataloniyada fəhlə hərəkatına divan tutmuş Martines Anido daxili işlər naziri oldu. Mühasirə vəziyyəti elan edildi. Konstitusiya təxirə salındı, kortes buraxıldı, yerlərdə hakimiyyət hərbi qubernatorların əlində cəmləşdirildi. Korteslərin əvəzində İspaniyanın bütün ərazisində Somatenlər yaradıldı. Xalqa bildirilən manifestdə göstərilirdi ki, ölkə acınacaqlı vəziyyətdədir, ona görə də onu bu vəziyyətdən çxıarmaq lazımdır. «Yeniləşdirmə» siyasəti yeridiləcəyi elan edildi.

«Yeniləşdirmə» hər şeydən əvvəl öz ifadəsini tətillərin, nümayiş və yığıncaqların qadağan edilməsində tapdı. İKP qa- nundan kənar elan edildi. Ciddi senzura qoyuldu. Andlılar məh- kəməsi ləğv edildi. Özünə möhkəm dayaq yaratmaq məqsədi ilə diktator zabitlərin maaşını artırdı. Anval hadisəsinə görə istintaqı dayandırdı. Öz tərəfinə xalqı çəkmək üçün «Vətən- pərvərlər ittifaqı» adlı partiya təşkil etdi. İtaliyada olduğu kimi korporativ sistem təşkil etməyə başladı. Siniflərdən yüksəkdə dayanan yeni rejim yaratdığını elan etdi. «Vahid millət» yaratmaq pərdəsi altında katalon, bask və Qalisiya dillərini rəsmi sənədlərdə işlətməyi qadağan etdi.

İqtisadi iyasət «ölkənin dirçəldilməsi» şüarı altında həyata keçirilirdi. Diktator rejiminin qurulması dünyada kapitalizmin nisbi sabitləşməsi dövründə baş verirdi. İqtisadi yüksəliş bütün ölkələrdə, o cümlədən İspaniyada da yaxşı gedirdi. 1924-cü ilin martın 8-də iqtisadi inkişafı mərkəzləşdirmək, planlaşdırmaq və əlaqələndirmək məqsədi ilə Milli iqtisadiyyat Şurası təşkil edildi. Hökumətin maliyyə siyasəti gəlir və əmlak vergisinin artırılmasına əsaslanırdı. Dövlət inhisarları yaradıldı. 1927-ci il 28 iyul tarixli dekretlə neft inhisarı olan KAMPSA şirkəti yaradıldı. Xarici siyasətdə proteksionizm siyasəti yeridildi. Hökumət milli inhisarı güclən- dirdi. Fəhlə və sahibkarların ümummilli korporasiyalarda birləşməsi nəticəsində mövcud olan sosial ziddiyyətlər yumşaldıldı. Lakin yenə yarımfeodal quruluş qalmaqda idi.

1928-ci ilin noyabrında XIII Alfons və Primo di Rivera Romaya səfər etdi. İtaliya kralına generalı təqdim edərkən Alfons dedi ki, budur, mənim Mussolinim. Prime de Riveranın diktaturası ilk əvvəllər Mussolinin yaratdığı diktaturaya bənzəyirdi.

İspaniya Mərakeş problemini silahlı qüvvə ilə həll etməyi bacarmadı. Ancaq İspaniya ilə Fransa arasında birlikdə hərəkət etmək haqqında saziş əldə edildikdən sonra riflərin üsyanı ya-

tırıldı (1926). 1925-ci ildə üsyançıların rəhbəri Əbdül Kərimin Aqadardakı qərargahı tutuldu. 1926-cı ilin iyulun 10-da Fransa və İspaniya Mərakeşdə nüfuz dairələri məsələsində razılığa gəldilər.

Hərbi diktaturanın populyar olmadığı təsdiq edildikdən sonra Primo de Rivera 1925-ci ildə onu mülki hökumətlə əvəz etdi, lakin bu formal idi. Diktator yenə də qeyri-məhdud sə- lahiyyətə malik idi.

Əvvəllər bu diktatura ciddi müqavimətə rast gəlmədi. Lakin sonralar ona qarşı müxalifət gücləndi. 1926-1929-cu ildə müxalifətin diktaturanı silahlı yolla devirmək cəhdi baş tut- madı. Kataloniyalılar muxtariyyət uğrunda inadlı mübarizəyə başladılar.

Alimlər, professorlar, tələbələr diktaturaya nifrət edirdilər. Müxalif qüvvələr gücləndi. Ona görə İSFP və ÜƏİ məcbur oldu ki, diktaturanı müdafiə etməkdən əl çəksin. Anarxo-sindikalistlər terrora əl atdılar.

İnhisarçı olmayan burjuaziya da gördü ki, Riveranın təd- birləri ilk növbədə onların mənafeyinə ziyan vurur. «Böyük İs- paniya» kursunun özünü doğrultmaması onları müxalifətə keçməyə məcbur etdi. Kəndlilər torpaq ala bilmədikləri üçün diktaturaya qarşı çıxdılar. Milli assambleya çağrılması, kortesi yenidən təsis etmək və konstitusiya qəbul etmək cəhdləri diktatora kömək etmədi.

Sabitləşmə illərində İspaniya öz müstəmləkələrində xeyli fəallaşdı. Başlıca məqsəd «Böyük İspaniya» yaratmaq idi. Bu illərdə İspaniya Aralıq dənizindəki mühüm strateji mövqedə yerləşən Tancer limanına sahib olmaq istəsə də, ona nail ola bilmədi. Tancer limanını alan Fransa onu beynəlxalq nəzarətə verdi. Bundan narazı qalan İspaniya 1926-ci ildə Millətlər Cəmiyyətindən çıxsa da, 1928-ci ilin mart ayında yenidən bu təşkilata qayıtdı. Hökumət Argentina, Meksika və Kuba ilə əlaqələrini genişləndirsə də, «Böyük İspaniya» yaratmağı

bacarmadı. Bu dövrdə X.Kolumbun 1492-ci ilin oktyabrın 12- də Amerikanı kəşf etdiyi gün «İspan Milli günü» kimi geniş bayram edildi.

Dünya iqtisadi böhran ölkə həyatına bütün sahələrinə zərbə vurdu. Sənayenin kimya, dağ-mədən. Maşınqayırma, toxuculuq sahələri daha çox ziyan çəkdi. 1930-cu ildə işsizlərin sayı təxminən 300 min, 1931-ci ildə 500 min nəfədən çox idi. Dünya iqtisadi böhranı ilə əlaqədar ölkədə vəziyyət daha da pisləşdi. Hətta Riveranı hərbi dairələrin komandanlığı da mü- dafiə etmədi. 1930-cu ilin yanvarın 28-də o, istefa verməyə məcbur oldu. Hakimiyyət ilk əvvəl mülkədar və iri burjua blokunun əlinə keçdi. Hökumətə monarxist Berenqer rəhbərlik etməyə başladı. Berenqer hökuməti senzuranı ləğv etdi və siyasi məhbuslara amnistiya verdi. Lakin ölkədə monarxiya əleyhinə əhval-ruhiyyə gücləndi. Orta və xırda burjuaziya qüvvələri respublika uğrunda mübarizəyə qalxdılar. Berenqer 1931-c ilin fevral ayınadək hökumətə başçılıq etdi. Bu hökumət fevralın 14-də istefaya çıxmağa məcbur oldu. Berenqerdən sonra 1931-ci ilin aprelinədək hakimiyyətdə Asnarın hökuməti oldu. Lakin onun da gördüyü tədbirlər inqilabın qarşısını ala bilmədi. Burjua-demokratik inqilabı üçün ölkədə şərait yetişdi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin