Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Faşist İtaliyasının xarici siyasəti



Yüklə 0,59 Mb.
səhifə39/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   156
avropa amerka tarıxı

Faşist İtaliyasının xarici siyasəti

İtaliya SSRİ-ni ilk tanıyan dövlətlərdən oldu və 1924-cü ilin fevralında onunla ticarət sazişi bağladı. Öz zəifliklərini hiss edən faşistlər açıq təcavüzkarlığa keçmək üçün əlverişli şərait gözləyirdilər. İtaliyada şovinist və militarist təbliğat genişlənməkdə idi. 1923-cü ildə İtaliyanın yunan adası olan Korfini tutmaq planına İngiltərə mane oldu. Lakin İtaliya 1924- cü ildə Fium limanını Yuqoslaviyadan ala bildi. Həmçinin Albaniya da İtaliyanın protektoratlığı altına düşdü. 1925-ci ildə

Həbəşistandakı Eriteriya və Somali müstəmləkələri arasında dəmiryolu çəkmək üçün konsessiyalar almaq və onun qərb hissəsində iqtisadi nüfuz qazanmaq istəyinə İngiltərənin ralızığı ilə nail oldu.

1929-1933-cü illər dünya iqtisadi böhranı zamanı kütlələri daxili problemlərdən yayındırmaq məqsədi ilə Mussolini xarici ekspansiyaya başlamağı mühüm vasitə hesab edirdi.

Hitlerin Almaniyada hakimiyyətə gəlməsi və Yaponiya- nın Çində müharibəyə başlaması, xammal mənbələrini ələ ke- çirmək və dünyanı bölüşdürməkdə gecikmək təhlükəsi Musso- linini daha fəal fəaliyyətə həvəsləndirdi.

İtaliya təcavüzünün birinci qurbanı Efiopiya oldu. 1935- 1936-cı illərdə Efiopiyada apardığı müharibə və Efiopiyanın işğalı faşizmin cinayətkar xarakterini göstərmiş oldu.

İtaliyanın Almaniya ilə birlikdə İspaniyaya hərbi müdaxi- ləsi təcavüzkarlıq yolunda sonrakı addım oldu. İspaniyaya mü- daxilə zamanı Almaniya və İtaliyanın hərbi-siyasi əməkdaşlığı faşist dövlətləri blokunun yaranmasını sürətləndirdi. 1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlərində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya-İtaliya müqaviləsi bağlandı. 1936-cı ilin noyabrında Almaniya və Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra İtaliya da bu pakta qoşuldu. Əslində faşist militarist koalisiyası dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas zərbəsi təkcə SSRİ-yə qarşı yox, həmçinin, ABŞ, İngiltərə və Fransaya qarşı da çevrilmişdi.

1937-ci ilin dekabrında İtaliya Millətlər Cəmiyyətindən çıxdı. 1937-ci ildə İtaliya ilə İngiltərə arasında imzalanan

«centlmen sazişləri»nə görə dövlətlər Aralıq dənizində bir-

birlərinin mənafelərinə hörmət etməli idilər. 1938-ci ildə bağlanmış İtaliya-İngiltərə sazişinə görə isə İngiltərə Aralıq dənizi rayonunda İtaliyaya müəyyən güzəştlərə getdi.

İlk dövrlərdə Avstriya, Dunay hövzəsi və Balkan yarım- adasına qarşı işğalçılıq planlarına görə İtaliya ilə Almaniyanın mənafeyi toqquşurdu. Lakin Efiopiyanın təcrübəsi “duce”ni inandırdı ki, Hitlerlə ittifaq olmadan o heç nəyə nail ola bil- məyəcək. Ona görə də Hitlerlə alçaldılmış şəraitdə ittifaqa girməyə məcbur oldu və Almaniya tərəfindən Avstriyanın işğalını, onun Çexoslovakiya və Polşaya qarşı iddialarını sakitliklə qarşıladı. Mussolini Münhen sazişini imzaladı. Mussolini 1939-cu ilin fevralın 4-də İtaliyanın xarici siyasət məqsədlərini elan edərək bildirdi ki, İtaliya Avropada Albaniyanı çıxmaq şərti ilə heç bir ərazi iddiasına düşməyəcəkdir. İtaliyanın məqsədi Aralıq dənizinə sahib olmaqdır. İtaliya Albaniyanı 1939-cu ilin aprelində işğal etməklə kifayətlənməyə məcbur oldu. 1939-cu ilin mayın 22-də İtaliya ilə Almaniya arasında "polad pakt" adlanan müqavilə imzalandı. İtaliya İkinci dünya müharibəsi başlanarkən 1939-cu il sentyabrın 1-də öz bitərəfliyi haqqında rəsmi bəyanat verdi. 1940-cı ilin martın 18-də Brennerdə Hitlerlə görüşündə Mussolini «paralel müharibə» aparmaq planını irəli sürdü. Bu plan «Fransa sərhədlərində müdafiə mövqeyi seçməyi, Yuqoslaviyaya qarşı qüvvə toplamağı, Egey dənizi rayonu və Liviyada hərbi əməliyyatlar aparmağı nəzərdə tuturdu. İtaliya 1940-cı ilin iyunun 10-da Fransanın cənubuna qoşun yeritməklə Almaniyanın tərəfində İkinci dünya müharibəsinə girmiş oldu.


  1. Yüklə 0,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin