ortalarından protoazərbaycan dili dövrü
başlanır. Azərbaycan ərazisində yaşayan türk
tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər yaranır, dil
(tayfa dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən ayrılma, gələcək vahid
Azərbaycan dilinin əcdadı kimi təşəkkül tapma istiqamətində inkişaf edir. Bu dövr e.ə I
minilliyin ortalarına qədər davam etmişdir (17, 192).
Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy
birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil
IV-V əsrlərdən
etibarən
ümumxalq
danışıq dili
kimi fəaliyyət göstərir. Ə.Dəmirçizadə ümumxalq Azərbaycan dilinin VI-VIII
əsrlərdə təşəkkül tapdığını söyləmişdir (14, 71). Lakin müasir dövrümüzün bir çox tarixçi, dilçi
və etnoqraflarının əldə etdiyi yeni faktlar göstərir ki,
ümumxalq Azərbaycan dili III-V
əsrlərdə tam təşəkkül tapmışdır
(22, 95-96).
İlk dəfə Azərbaycan dilinin ən qədim dövrlərdən XIII əsrə qədərki tarixinin
fundamental araşdırıcısı Q.Kazımov yazır ki, feodalizmin ilkin inkişaf mərhələsində
Azərbaycan tayfalarının konsolidasiyası əsasında ümumxalq Azərbaycan dili formalaşmışdır
(III-V əsrlər). Azərbaycan türk dilinin formalaşması aborigen türklərin hesabına olmuş,
vaxtaşırı Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir (17, 5).
Dilin yaradıcısı xalqdır. Ümumxalq dili xalqın təşəkkül tapdığı dövrdən onun
xidmətində olan mənəvi gücdür. Bu dil həm də ədəbi dilin əsasını təşkil edir.
Azərbaycanda tayfa dillərinin ümumxalq dili şəklində formalaşmasında ekstralinqvistik
amillərin də böyük rolu olmuşdur. Tarixi şərait elə olmuşdur ki, Azərbaycanın şimal və cənub
əraziləri eradan əvvəlki son yüzilliklərdə, eramızın əvvəllərində və daha sonrakı dövrlərdə
həmişə birgə olmuşdur. E.ə IV əsrin II yarısından Makedoniyalı İsgəndərin yaratdığı imperiya
daxilində şimal və cənub arasında əlaqələr artmışdı. Isgəndərə qarşı albanlar, midiyalılar və
başqaları Atropatın rəhbərliyi ilə birlikdə döyüşürdü (19,136). Eləcə də Parfiya dövləti (e.ə
250-226) tərkibində, Sasanilər imperiyası dövründə də ( III-VI əsrlər) şimal və cənub vahid
canişinlikdə birləşdirilmişdi, sonralar ərəb xilafəti dövründə də belə olmuşdu. Artıq xilafətin
meydana çıxdığı dövrdə vahid Azərbaycan xalqının və vahid Azərbaycan dilinin təşəkkülü
başa çatmışdır. Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərində ərəb mənbələrinə
əsasən bu faktı təsdiq edən məlumatlar var: Beşinci ərəb xəlifəsi Müaviyə (661-680) müasiri
Übeyd ibn-əl Şəriyyədən Azərbaycan haqqında fikrini öyrənmək istədikdə o belə cavab verir:
“Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-birilə qarışmış və təkmilləşmişlər”. Ziya
Bünyadov sonra yazır: Əgər 1126-cı ildə tərtib olunmuş fars anonimində qeyd olunmuş:
“Azərbaycan qədimdən türklərin əlində olan ölkədir” sözləri olmasa idi, bu məlumatı şübhə
altına almaq olardı” (24, 183). Azərbaycan dili əsrlər boyu davam edən ictimai-tarixi
hadisələrin təsiri nəticəsində vahid xalq kimi formalaşmışdır.
Dostları ilə paylaş: