Nitq mədəniyyətinin dil haqqında elm kimi vəzifələri: Nitq mədəniyyətinin əsas
vəzifələrindən biri ədəbi dilin və onun normalarının mühafizəsidir. Bu mühafizə milli
əhəmiyyət kəsb edir, çünki ədəbi dil milləti dil cəhətdən birləşdirir. Ədəbi dilin yaranması,
formalaşması mürəkkəb məsələdir. Bu prosesdə cəmiyyətin qabaqcıl, mədəni hissəsi aparıcı
rol oynayır. İnsan fəaliyyətdə olduğu vaxtın böyük hissəsini danışır, dinləyir, oxuyur, yazır, bir
sözlə, nitq fəaliyyəti ilə məşğul olur. Müasir dövrdə cəmiyyət bizdən düzgün, anlaşıqlı, ifadəli
danışmağı və yazmağı tələb edir.
Bu baxımdan
nitq mədəniyyəti dil haqqında
elm kimi bizə:
ədəbi dilin normalarına yiyələnməyə,
ədəbi dili bəsit, primitiv nitqdən ayırmağa,
dilimizi korlayan sözlərdən təmizləməyə, azad olmağa komək etməlidir.
Nitqin cəmiyyətdə və insan həyatında bilik və təcrübənin ötürülməsi, mənəvi
zənginliyin inkişafı, təlim-tərbiyə, şəxsiyyətlərarası və kollektiv əlaqənin qurulması, bir-birinə
təsir və nüfüzetmə vasitəsi kimi rolu böyükdür.
“İnsanlara necə təsir etməli və dost qazanmalı” kitabının müəllifi Deyl Karneqi yazır:
“Məşhur olmağın ən qısa yolu danışmaq bacarığıdır. İnsanlara və özünə inamı olan hər kəs
demək olar ki, cəmiyyətdə xoş və arzuolunan kimi danışa bilər”(Карнеги Д. 2006).
Dil ondan istifadəni bacaran hər kəsin əlində güclü silahdır. Biz bu zərif alətdən istifadə
etməyi necə bacarırıq? Məgər hamı gözəl, inandırıcı, məntiqli, təsirli danışmağı bacarırmı?
Sözsüz ki, nitq mədəniyyəti və natiqlik sənətinin əsaslarını mənimsəyərək, onlardan
praktik istifadə edən hər kəs özünə güvənərək inamlı və ünsiyyətcil ola bilər. Sözdən
yararlanaraq məntiqli danışan hər kəs həyatda uğur qazanır. Lakin iti məntiqə və gözəl nitqə
malik olmaq üçün daima öz üzərində sistematik işləmək, lazımi vərdişləri əldə etmək gərəkdir.
Nitq mədəniyyəti haqqında təlim Qədim Yunanıstanda və Romada natiqlik sənətinin
nəzəriyyə və praktikasından doğmuşdur, yaranmışdır.
Nitqi necə inandırıcı, ifadəli, yığcam, anlaşıqlı, dəqiq, münasib, zəngin və təmiz etmək
olar? Bu məsələ hələ e.ə. IV əsrdə natiqləri, alimləri, ictimai xadim və sənətkarları
düşündürmüşdür. O dövrdən etibarən ritorika, bəlağət elmi yaranmışdır.
XIX əsrdə ritorikanı üslubiyyat əvəz etdi. Onun əsasında isə XX yüzillikdə bir elm kimi
nitq mədəniyyəti elmi formalaşmışdır.
Nitq mədəniyyətinin əsasını dörd komponent təşkil edir: