Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   178
I CİLD (2)

1)qarşılıqlı nitq əlaqəsi;
2)normativlik; 3)kommunikativlik;
 
 
4)etiklik. 
 


1.Qarşılıqlı nitq əlaqəsi. 
Qarşılıqlı nitq əlaqəsinin xarakterini müəyyən edən faktorlar: 
adresat 
(danışan) 
faktoru, məqsəd faktoru, ünsiyyət şəraiti (ünsiyyətin vaxtı, yeri və s.).
Qarşılıqlı nitq əlaqəsində mövcud dialoqları analiz etmək üçün hər bir personajın nitqinin dil 
xüsusiyyətlərini müəyyən etmək lazım gəlir. Bu zaman nitqin leksikasının, sintaktik 
konstruksiyalarının analizi edilir, nitqin taktikası və strategiyası müəyyənləşdirilir.
 
2.Normativlik. 
Nitq mədəniyyəti ilk növbədə nitqin düzgünlüyünü, onun 
daşıyıcılarının (şifahi və yazılı) nəzərində ideal nümunə olacaq ədəbi dil normalarına əməl 
olunmağı tələb edir. 
 
Nitq mədəniyyətinin mərkəzində dil norması dayanır, normativlik isə nitq 
mədəniyyətində ən başlıca cəhətdir. Lakin nitq mədəniyyəti qadağalar və “doğrudur-doğru 
deyil” təyinləri ilə məhdudlaşdırıla bilməz. 
Həmçinin real ünsiyyət prosesində konkret məzmunu ifadə etmək üçün mövcud dil 
sistemindən yeni ifadə formasını tapmaq bacarığını da tələb edir.
3.Kommunikativlik. 
Nitq mədəniyyəti ünsiyyət prosesində dil vasitələrindən ən 
düzgününü seçmə və istifadəetmə bacarığını, vərdişlərini yaradır. Müəyyən məqsəd üçün dil 
vasitələrinin seçilməsi nitq mədəniyyətinin kommunikativliyinin əsas 
aspektidir. 
Kommunikativlik nitq mədəniyyəti nəzəriyyəsinin ən başlıca kateqoriyalarından biridir. Buna 
görə nitqin əsas kommunikativ keyfiyyətlərini bilmək və bunları qarşılıqlı nitq prosesində 
nəzərə almaq lazımdır. Nitq mədəniyyətinin kommunikativ aspektlərinin tələblərinə uyğun 
olaraq dil daşıyıcıları dilin funksional müxtəlifliyinə yiyələnməli, cəmiyyətin praqmatik 
şərtlərinə uyğun düzgün istiqamət müəyyən etməlidirlər. Bu mövcud vəziyyətdə dil 
vasitələrinin düzgün seçilməsi və təşkilinə optimal təsir göstərir. Nitqin kommunikativliyi 
keyfiyyətini mədəni nitqə verilən tələblər ödəyir.
4.Etiklik.
Nitq mədəniyyətinin etik aspekti konkret nitq şəraitində dildən istifadə etmək 
bacarığı və biliklərinin tətbiqini müəyyən edir. Nitq mədəniyyətinin etik normalarını nitq 
etiketləri təşkil edir. Ünsiyyətin etik normasına müəyyən danışıq etiketləri daxildir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin