Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   178
I CİLD (2)

oyun
xarakterli
(estetik qavramaya, 
yumor hissinə, təxəyyülə müraciət etmə) və s.
Nitq fəaliyyəti
danışmaq, yazmaq, dinləmək və oxumaq bacarığından ibarətdir. 
Nitqi ifadə etməyə, hərəkətə keçməyə nitq şəraiti vadar edir: sual və ya cavab vermək, 
salamlaşmaq, sağollaşmaq, telefonla zəng etmək. Müxtəlif şəraitdə fərqli nitq modelləri və 
konstruksiyalarından istifadə olunur. Nitq şəraitinə xarakterik 
üç faktor
təsir edir: 
Adresat 
faktoru
(kimə deyirik), 
məqsəd faktoru 
(hansı məqsədlə), 
ünsiyyət şəraiti
(yeri, vaxtı və s.). 
Məqsəd, motiv və tələbatından asılı olaraq nəticə proqnozlaşdırılır: sözlərin seçilməsi
funksional üslubun müəyyən edilməsi, nitq strategiyası və taktikası həyata keçirilir.
Nitqin qavranılması (dinləmə və ya oxuma prosesi) anlamanı daxil etməklə (dilin və 
məzmunun) əks əlaqə (reaksiya) yaradır.
Nitq ünsiyyət (kommunikasiya) aktı olmaqla daima kiməsə ünvanlanır. 
Kommunikasiyanın modeli belədir: 
adresant-məlumat-adresat.
Ünsiyyəti uğurlu edən müəyyən qaydalar mövcuddur.
Kommunikasiyanın uğurluluq prinsipini 
müəyyən edən amerikalı psixoloqlara 
məxsus 
Q.P.Qraysın kooperasiya (əməkdaşlıq) prinsipi
və 
D.N.Liçin nəzakətlilik prinsipi
. Bu 
prinsiplər kommunkativlik kodeksinin əsasında dayanır. Burada əsas doğruluq (reallığa 
sadiqlik) və səmimilik (özünə inam) kriteriyaları əsas götürülür.
Q.P.Qraysın kooperasiya prinsipinin
əsasında tərəflərin əməkdaşlığa hazır olması 
durur. Qrays bu barədə yazır: “Sənin dialoqa kommunikativ töhfən, dialoq üçün birgə qəbul 
olunmuş məqsədə (istiqamətə) doğru atdığın addımdır (8,226). Sonra müəllif bu prinsipə 
xidmət edən daha konkret postulatları irəli sürür. Onları dörd kateqoriyaya bölür: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin