Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   178
I CİLD (2)

artikulyasiyasını
(latınca articulare sözündəndir, mənası “aydın, 
üzvlərinə ayrılmış halda söyləmək, danışmaq” deməkdir) təmin edir. Nitq təfəkkürü prosesi bu 
mərkəzlərin işi ilə bitmir, burada beyin qabığının başqa sahələri də iştirak edir.
İnsanın nitq fəaliyyəti mexanizmi qeyri-adi dərəcədə mürəkkəbdir və hələ də axıradək 
tam öyənilməyib. 
Nitq fəaliyyəti sosial xarakter daşıyır, çünki o insanın ictimai fəaliyyətinin bir 
hissəsidir. Nitq fəaliyyətinin sosial xarakterinin təzahür etməsi, onun həyata keçməsi üçün 
müəyyən kollektiv (ən azı iki nəfərdən ibarət) tələb olunur. Subyektlərin verbal qarşılıqlı nitq 
əlaqəsində onların təfəkkürü iştirak edir: iradə, emosiya, bilik, yaddaş- düşündürücü nitq
modal (iradi), emosioanal, intensial (məqsədli), koqnitiv (anlaşılan) sferalar. 
Bu prosesdə adətən bilavasitə öz rollarını dəyişən iştirakçılarla- danışan (S-subyekt) və 
dinləyən (A-adresat) ilə yanaşı, nitqin predmetinin olması da zəruridir: nədən danışılır və 
informasiya mübadiləsinin başvermə səbəbi nədir? Reallıqla əlaqədar olan bu komponenti isə 
D simvolu ilə işarələyək. Burada mənanın ifadə edilməsi, məlumatın, informasiyanın 
ötürülməsi üçün dili və ya sistemin kommunikativ kodu olan dilin vahidlərini, işarələrini
sözlərini də bilmək zəruridir. Bu hadisəni ümumi şəkildə dili bilmək, dil işarəsi adı altında L 
kimi qəbul edək. Və, nəhayət, bütün bunları özündə əks etdirən mülahizələri, fikirləri (V) ilə 
işarələyək. 
Qarşılıqlı kommunikativ əlaqənin mərkəzində dayanan mülahizələri və fikirləri 
dialoqun bütün “iştirakçıları “ əhatə edir. Əyani şəkildə bunu belə təsvir etmək olar: 
L(işarə, dil işarəsi) 
S (subyekt)
V(mülahizə)
D (nitqin predmeti,
reallığın obyekti) 


A (adresat) 
Nitq şəraiti dildə müxtəlif ola bilər. Lakin nitq fəaliyyətini həyata keçirən mərhələlər 
əsasən eynidir. Hansı nitq şəraitinə düşməsindən asılı olmayaraq insan uğur qazanmaq, öz 
məqsədinə çatmaq, diqqəti özünə cəlb etmək üçün yaranmış vəziyyətdə fikrini cəmləşdirməli, 
onu uğura aparacaq nəyi rəhbər tutmağı dərk etməli, müəyyənləşdirməlidir. Götür-qoy edib 
düşünmək mərhələsində 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin