İkinci halda adresat cavabını almaq istədiyi sualları
nəzərdə tutur.
Üçüncü halda müşavirəyə dəvət almış şəxsin davranışı onun bu tədbirdəki
rolundan asılıdır. Əgər o bu tədbirdə yalnz iştirakçıdırsa, bu zaman o qarşısına məqsəd qoyur:
çıxışlardan bilavasitə ona aid olanları ayırd, müəyyən etmək, öz gələcək fəaliyyətində nəyi
bilmək ona vacibdir və fəaliyyətində bunlardan necə istifadə edəcək?
Göründüyü kimi nitq fəaliyyətinin
birinci proqnozlaşdırma mərhələsində adresat öz
mülahizələri üçün daxili plan hazırlayır (mümkün replikalar, cavab, suallar, dəqiqləşdirmə,
etiraz).
İkinci mərhələ adresatın nitqi mənimsəməsi, məlumatı qiymətləndirməsindən ibarətdir.
Üçüncü mərhələ məsələyə reaksiya verməkdir. Bu verbal yolla ifadə oluna bilər.
Adresat danışığın, söhbətin məğzini tutur və öz rəyini bildirir. Bu halda adresat subyektə
çevrilir (subyekt və adresat rollarını dəyişir). Bu mimika, jest (üzdə təəccüb ifadəsi, maraq,
diqqət kəsilmək, razılıq əlaməti olaraq başını yelləmək, etiraz olaraq başını sağa-sola yelləmək,
çiynin sıxılması ilə şübhəni bildirmək və s.); yaxud adresatın (adresatların) davranışı ilə ifadə
oluna bilər (təşəkkür, etimad kimi əl çalmaq, etiraz əlaməti olaraq ayaqlarını yerə döymək, fit
çalmaq, nümayişkaranə zalı tərk etmək və s.). Nitqə edilən reaksiya ona verilən qiymətdir. Əks
əlaqə istənilən ünsiyyət növü üçün vacib şərtdir.
Nitq fəaliyyəti psixologiya, psixofiziologiya, sosiologiya ilə üzvi sürətdə bağlıdır. Nitq
ünsiyyətində danışanın qarşıya qoyduğu məqsədin müxtəlif aspektləri öyrənilir:
informativ, preskriptiv (adresata təsir),
ekspressiv (emosiyanın, qiymət vermənin ifadəsi),
şəxslərarası
(həmsöhbətlər arasında münasibətlərin nizamlanması),