Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   178
I CİLD (2)

İşgüzar ünsiyyət
(işgüzar maraqlar birinci yerdədir); 

Mənəvi (ruhən)
ünsiyyət; 

Manipulyativ ünsiyyət
(öz xeyrini güdən müsahibini iradəsi əleyhinə olan 
nəyəsə məcbur etmək); 

Mədəni (kübar) ünsiyyət
(tamamilə formal, yalnız danışıla biləcək şeylər 
haqqında danışmaq). 
Ünsiyyət prosesində 
müsahiblərin
müxtəlif 
tipləri
müəyyən olunur: 

Dominant-
ucadan danışır, sözünün kəsilməsini sevmir, vəziyyətə nəzarət 
etməyə can atır; 

Mobil-
asanlıqla söhbətə daxil olur, tez-tez bir mövzudan başqasına keçir, çox 
danışır; 

Riqid-
ünsiyyətə girməyə çətinlik çəkir, onu mütləq söhbətə cəlb etmək, 
danışdırmaq lazımdır. 

İntrovert-
çəkingən, ona dəstək olmaq lazımdır, sözünü kəsmək olmaz. 
Hər bir nitq situasiyasının özünə uyğun nitq taktikası (üsulları) və strategiyasından 
istifadə olunur. Onlardan ən geniş yayılanlar bunlardır: 
-
ümumiləşdirmə 
“(belə də olur)”; 
-
nümunə
(“mən sənin yaşında”; “mənim dostumun”); 
-
avtoritetə müraciət
(sitat); 
-
qeyri-rəsmi məqam
(öz səhvləri haqqında danışmaq); 
-
Sokratsayağı üsul
(verilən suallara üç dəfə “hə” cavabı almaqla, yekun “hə” cavabı 
almağa yaxınlaşmaq); 
-
təhrik

-
yaltaqlıq

-
gözlənilməzlik
və b. 
Ünsiyyət zamanı 
anlaşılmazlığa səbəb kommunikativ baryerlər 
ola bilər: 
-
məntiqi
(hər kəs problemə öz məntiqi mövqeyindən yanaşır); 
-
üslubi
(ünsiyyətin forma və məzmunu bir-birinə uyğun olmalıdır); 
-
semantik
(“başqa dillərdə danışmaq”); 
-
fonetik
(aydın olmayan nitq, yanlış tələffüz). 
Anlaşılmazlıq tərəflər arasında konfliktin yaranmasına səbəb olur, fərqli fikirlər 
söyləyənlər, əks məqsədi və marağı olanlar arasında konflikt yaranır. Konfliktli şəraitdə 
davranışın strategiyası əsasən aşağıdakılardır: 
-

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin