Söz anlayış və predmeti əvəz edən,
nominativ funksiyanı yerinə yetirən əsas işarədir ( səsli və ya yazılı).
Sözün kommunikativ funksiyası fikir və informasiyanı ötürən cümlə ilə yerinə yetirilir. Söz fonem (fərqləndirmə
funksiyası) və morfemdən (sözün tərtibi) ibarətdir.
Dil işarələr və simvollar sistemi,
nitq - dildən istifadə, dilin reallaşdırılması prosesidir.
Nitq konkret vaxt ölçülü, aktiv, nizama salınmamış və spontan ola bilər. Temp,
davamlılıq, tembr, ucalıq, artikulyasiya (müəyyən səsi çıxartmaq üçün danışıq üzvlərinin
gördüyü iş) dəqiqliyi, vurğu nitqi səciyyələndirən xüsusiyyətlərdir və dildən asılı deyil.
Müasir Azərbaycan ədəbi dili (dialektlər, jarqonlar, tufeyli sözlər və s.-dən uzaq) hamının
ümumi nitqinə çevrilmişdir. İndi “nəyi necə demək lazımdır?” məsələsi çox aktuallaşıb. Bu
gün bizim üçün öz fikirlərini (dilin lüğət tərkibindən aktiv istifadə edərək) dilin təmizliyini
qoruyaraq necə dəqiq ifadə edə bilməyi və praktik olaraq ona əməl etməyi öyrənmək çox
vacibdir.
Ünsiyyət funksiyası dilin
müxtəlif
funksiyalarından
biridir.
Ünsiyyətin-
kommunikasiyanın əsas funksiyaları bunlardır:
informativ ,
interaktiv (sövqedici)
ekspressiv (emosional hissləri oyandırmaq). Ünsiyyətsiz şəxsiyyətin formalaşmasını,
fəaliyyətin istənilən növünü reallaşdırmaq mümkün deyil. Dil nitq vasitəsi ilə reallaşdığı üçün
nitq dilin zahiri təzahürü, ünsiyyətin verbal vasitəsidir.
İnformasiyaların:
-sözlə ötürülməsi vasitəsi-
verbal ;
-işarə, jest, mimika, poz və baxışlarla
verilməsi-
qeyri-verbal vasitədir.
Dilin zəngin ifadə vasitələrindən istifadə etmək bacarığı insanın təfəkkürünün inkişafı və
ünsiyyət üçün vacib şərtdir.