Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ünsiyyət  termini ilə yanaşı  kommunikasiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   178
I CİLD (2)

ünsiyyət 
termini ilə yanaşı 
kommunikasiya 
sözü də geniş 
yayılmışdir. Bəzən bu terminləri fərqləndirmək cəhdləri olsa da, çox zaman onlar sinonim kimi 
işlənir.
Kommunikasiya 
(lat. communicatio, communiko-ümumi edirəm, əlaqələndirirəm, 
ünsiyyət qururam) – ünsiyyət, fikir, məlumat, ideya mübadiləsi – insanların idraki əmək 
fəaliyyətində qarşılıqlı əlaqənin spesifik forması ( 3). 
Mütəxəssislərin fikrincə, insan ünsiyyətinin üçdən ikisini nitq təşkil edir. Məhz nitq 
vasitəsilə insanlar bir-birilə ünsiyyət qururlar. 
Nitq fəaliyyəti
çox geniş yayılmış və ən 
mürəkkəb hadisədir, prosesdir. Ünsiyyətsiz heç bir fəaliyyət mümkün deyil. O, insanı ən 
müxtəlif fəaliyyət sahələrində (istehsalat, kommersiya, maliyyə, elmi və idarəçilik 
fəaliyyətində və s.) müşayiət edir, formalaşdırır, insanın istənilən fəaliyyətinin əsasını təşkil 
edir. 
Nitq fəaliyyətinin əsas mahiyyəti
odur ki, o daha geniş fəaliyyət sisteminin vacib və 
qarşılıqlı şərtlənmiş komponentidir. Məsələn, təlim və təhsil, biliklərin verilməsi, təbliği, 
ünsiyyət və nitq fəaliyyəti olmadan həyata keçirilə bilməz. 
Sahibkar, arxitektor, həkim, referent, inşaatçı, satıcı öz işini yerinə yetirərkən, nəyisə 
müzakirə etməyə, məsləhətləşməyə, danışıqlar aparmağa, sual verməyə, cavab almağa 
məcburdur. İstənilən peşəkar fəaliyyətin uğuru bacarıqlı nitq fəaliyyətindən asılıdır. 
Nitq ünsiyyəti problemləri ilə müxtəlif dilçilik sahələri: koqnitiv dilçilik, qarşılıqlı nitq 
əlaqəsi və nitq aktları nəzəriyyələri, praqmatika, psixolinqvistika, nitq mədəniyyəti və b. 
məşğul olur.
Nitq ünsiyyətinin əsas vahidləri. 
Nitqin yaranması və qavranılması; kommunikativ 
qurğu; nitq şəraitinin danışan və mülahizə söyləyən ilə əlaqəsi; ünsiyyətə maneçilik törədən, 
onun effektivliyini artıran amillər; nitq fəaliyyətinin başqa fəaliyyət növlərinə münasibəti 
məsələləri və s. daima dilçilərin diqqət mərkəzində olmuşdur.
Tədqiqatçılar 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin