Dilin funksiyası.
Dil öz funksiyasına görə nitqdən fərqlənir və cəmiyyətdə üç mühüm
funksiyanı yerinə yetirir:
1)ictimai-tarixi
təcrübəni yaşatmaq,
ötürmək və mənimsəmək rolu;
2)kommunikasiya rolu;
3)intellektual fəaliyyət vasitəsi olması.
Nitqin funksiyası
1)nitq prosesində əşyalar,hal- hərəkət, vəziyyət və s. konkret adlandırılır;
2)nitq prosesində sözlər vasitəsilə ümumiləşdirmə aparılır;
3)nitq prosesi kommunikasiyaya xidmət edir.
Dil və nitqin ümumi cəhətləri
1)hər ikisi ictimai-sosial xarakter daşıyır;
2)hər ikisi kommunikativ xarakterə malikdir.
Ədəbiyyat
1.Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, Maarif, 1979.
2.Axundov A. Ümumi dilçilik. Bakı, 1979.
3.Qurbanov A. Ümumi dilçilik. 2 cilddə. Bakı, Nurlan, 2004.
4.Ф. де Соссюр Курс обшей лингвистике. М., 1933.
5.Реформатский Введение в языкознание. М., Угпедгиз, 1974.
6. Головин Б. Н. Введение в языкознание. М., 1974.
7.Hüseynzadə Ç., Rəhmanov C. Dil norması və kriminalistika. Bakı, Nurlan, 2005.
NİTQİN FORMALARI, NÖVLƏRİ, TİPLƏRİ VƏ TƏRZİ
Nitq insanların danışıqlarının məcmusudur. Nitq fərdi danışıq,eşitmə faktorlarından
ibarətdir. Nitq fəaliyyətdə olan, yəni öz funksiyalarını yerinə yetirməkdə olan dildir. Nitq tarixi,
maddi və s. amillərlə bağlı olub,
dili təzahür etdirir,eyni zamanda onun formalaşmasına
bilavasitə təsir göstərir. F.de Sössür yazırdı: “tarixən nitq faktı dil faktından əvvəl
gəlir və
dildə olan hər şey əvvəlcə nitqdə olur. Nitq ünsiyyət prosesi olub, müxtəlif formada, müxtəlif
şəraitdə və məqsədlərlə ola bilər”.
Nitqin formaları
İnsanlar ünsiyyət
məqsədi ilə ilk öncə səsdən,sonra şərti yazı
işarələrindən istifadə
etmişlər.Nəticədə ifadə formasına görə nitqin iki forması meydana gəlmişdir.
1.Tarixən
ən qədim hesab olunan
Dostları ilə paylaş: