Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   178
I CİLD (2)

Dialoji nitqin növləri.
Ünsiyyətin dialoji formasının bir neçə növü var:
1.
Sual-cavab dialoqu.
2.
Müsahibə dialoqu.
3.
Müzakirə dialoqu. 
Süjet və hadisələrin inkişafına kömək üçün yazıçılar xarakterin açılmasında dialoq-
mübahisə, dialoq-söhbət şəklindən tez-tez istifadə edirlər. Çünki dialoqda hərəkilik, 
dinamiklik, emosionallıq var.
Dialoji nitqdə sual-cavab forması əsas rol oynayır. Nitqin əsasını bitməmiş cümlələr, 
yarımçıq cümlələr təşkil edir; replika, emosionallıq, yığcamlıq, dialoq üçün xarakterikdir. 
Dialoji nitqdə linqvistik və ekstralinqvistik əlamətlər əlaqəli şəkildə bir-birini əvəz edir. Bəzən 
mimika, jest, dialoqda sözü, cümləni asanlıqla əvəz edir.


Dialoqda replika dialoji nitqin əsas nüvəsi, struktur vahididir. Replikanın qısalığı, 
qrammatik cəhətdən bütöv olmaması, dialoqu dinamik edir, canlı danışıq dilinə yaxınlaşdırır. 
Qısa replikalarda razılıq və narazılıq bildirmək üçün “bəli”, “xeyr” sözlərindən, modal 
sözlərdən, leksik vahidlərin təkrarından, kitab leksikasından istifadə edilir. 
Dialoji nitqdə replikaların məzmunu və intonasiyanın zənginliyi bədii sənətkarlığı 
artıran amillərdir. Bəzən replika cümlədən yox, ancaq nidadan ibarət ola bilər.
Dialoq prosesində tərəflərin biri və ya hər ikisi kiçik monoloqlardan istifadə edir. Bu 
zaman monoloq qarşı tərəfə, yaxud danışanın özünə aid olur. 
Dialoji nitq iki şəxs arasında bir-birini izləyən, növbələşən, canlı ünsiyyət, danışıqdır. 
Danışan əvvəlcə daxilən düşünür, sonra xarici nitqə keçir. Digəri əvvəlcə dinləyir, düşünür, 
daxili nitqdən xarici nitqə keçir, müvafiq cavab verir. Burada söhbətə əvvəlcədən hazırlıq 
görülmür. Buna görə tərəflər daha fəal olur. L.Şerba göstərir ki, monoloq müəyyən qədər süni 
dil formasıdır, dil özünün həqiqi varlığını dialoqda aşkar edir, yeni sözlər, formalar, tərkiblər 
dialoqda verilir.
Dialoji nitqin bütün formalarında (monoloji dialoq, söhbət, danışıq) iştirakçılar 
hadisələri danışır, dediklərinin inandırcı olması üçün tərəflər müraciətlər, ritorik suallar kimi 
formalardan istifadə edir.Dialoji nitqdə leksik təkrarlar, suala sualla cavab vermədə, cümlədə 
söz düzümünün pozulması, pauzalara rast gəlinir. Böyük mətnli daxili dialoqlarda nitqin ifadə 
formaları və üslubi xüsusiyyətləri meydana gəlir.
Nitqin dialoji forması 
mükalimə
də adlanır. Bu yığcam və ixtisar olunmuş nitqdir
ifadələr qısa, sintaktik quruluş sadədir, yarımçıq cümlədən, jest, mimika, əl-qol hərəkətləri,
intonasiyadan istifadə olunur.
Poliloji nitq.
Poli yunanca çox mənasındadır. Poliloji nitq dedikdə ikidən çox adamın 
söhbəti, danışığı nəzərdə tutulur. Bu cür ünsiyyət formasında iştirak edənlər bir-birini dinləyir, 
düşünür, sonra fikrini sözlərlə ifadə edir. Ona qulaq asanlar isə müsahiblərini dinləyir və sözlə 
onlara cavab verir,yaxud əlavələr edirlər.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin