Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   178
I CİLD (2)

Dialoji nitq.
Dialoq yunanca dia-iki, loqos-danışıq, nitq mənasındadır. Deməli, dialoji 
nitqdə ünsiyyətdə iki nəfər iştirak edir. “Azərbaycan dilinin izahlı lüğətin”də dialoq 
(yun.dialogos ) Ədəbi əsərin iki şəxsin söhbəti şəklində yazılmış hissəsi, mükalimə mənasında 
işləndiyi göstərilir (13,74). Digər mənbələrdə isə məsələn, A.Qurbanovun “Ümumi dilçilik” 
dərsliyində- Dialoq (dialog) sözü mənşəcə yunan dilinə məxsus bir neçə nəfər arasında danışıq 
mənasını ifadə edir. “İzahlı dilçilik terminləri” lüğətində isə tərəflərin sayı haqqında heç bir 
məlumat yoxdur: “Nitq formalarından biri...” (6, 71); N.Abdullayev, Z.Məmmədovun “Nitq 
mədəniyyətinin əsasları” dərsliyində dialoji nitqə “nitq fəaliyyətinin bir forması olaraq 
müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı 
ünsiyyət, danışıqdır.” tərifi verilmişdir (15). B.Muradov, H.Bayramovun müəllifləri olduğu 
“Nitq mədəniyyəti” dərsliyində “ünsiyyətdə iki nəfər iştirak edirsə, buna “dialoji nitq”; 
ünsiyyətdə ikidən artıq adam iştirak edirsə və onların hamısı eyni dərəcədə fəaliyyət göstərirsə, 
buna “poliloji nitq” deyildiyi” göstərilir (14, 115). Dərslikdə dialoq sözünə mənşəyinə görə 
tərif verilərək nitqin aşağıdakı növləri müəyyənləşdirilmişdir: 1.“Dialoji nitq”, 2.“Poliloji 
nitq”, 3. “Monoloji nitq”.
Beləliklə, məlum olur ki, dialoji və poliloji nitq anlayışlarının təyinində əsas şərt 
ünsiyyətdə iştirak edənlərin sayına görə müəyyən edilir və nitqin növləri təsnif edilərkən bu 
şərt gözlənilməlidir. 
Dialoq mürəkkəb anlayışdır. O, bir-birindən uzaq, müxtəlif anlayışları birləşdirir. 
V.V.Vinoqradov bu barədə yazır: “Bədii əsərlərin dili (nitqi) şifahi və yazılı nitqin çox obrazlı 
formasının qarışığı olan müxtəlif tipli monoloq və dialoqun cəmindən ibarətdir”. 
Dialoq bədii əsərin, xüsusilə dramatik əsərlərin əsas tərkib hissəsidir və bədii dialoq 
adlanır danışıq dilinə çox yaxındır. Burada şifahi danışıq dilinə məxsus yığcamlıq, sərbəstlik, 
axıcılıq, emosionallıq və s. əks olunur. 
Dialoq obrazların xarakterinin özünəməxsusluğunun aydın və tamamilə üzə 
çıxarılmasında xüsusi əhəmiyyət kəsb edir. Buna görə də dialoqda bu və ya başqa leksik-
sintaktik vasitədən (bu, öz yerində lazımdır) daha çox, onun düzgün qurulması vacibdir. Bədii 
əsərlərdə dialoqların işlənilməsindən danışarkən, əsasən, aşağıdakı məsələlərə diqqət vermək 
lazımdır: bədii əsərlərin quruluşunda dialoqun yeri və vəzifəsi, dialoqun quruluşu, onun 
təhkiyəyə qoşulması, replikaların əlaqə xüsusiyyəti və vasitələri, bu əlaqənin xarakteri, 
remarkaların xüsusiyyəti, onun replika ilə qarşılıqlı əlaqəsi, replik üslub və onun leksik, 
sintaktik xüsusiyyətləri və s.
Dialoqlara həm də yalnız sintaktik və semantik cəhətdən deyil, üslubi cəhətdən də 
yanaşmaq lazımdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin