Vasitəsiz nitq
. Başqasının nitqinin danışan və ya yazan şəxsin nitqində olduğu kimi
işlənməsinə vasitəsiz nitq deyilir. Başqasının mülahizəsini verən şəxs müəllif adlanır. Mətndə
fikri aydınlaşdırmaq və izah etmək məqsədilə başqasının nitqindəki, yəni vasitəsiz nitqdə əlavə
sözlərə müəllif nitqi deyilir. Nitqi söyləyən danışan şəxs adlanır. Vasitəsiz nitq bir qayda olaraq
müəllif sözü ilə verilir. Vasitəsiz nitq müəllifin nitqi olmadan işlənə bilməz.
Müəllifin sözü ilə vasitəsiz nitq şifahi nitqdə bir-birindən xüsusi fasilə və intonasiya ilə,
yazılı nitqdə isə durğu işarələrinin köməyi ilə ayrılır.
Vasitəsiz nitq öz quruluşunu saxlamaqla müəllif nitqindən asanlıqla ayrılır, özünün
sintaktik bütövlüyünü, intonasiyasını, söz sırasını və s. saxlayır. Vasitəsiz nitqin müəllifin
sözlərindən ayrılmasında xitablar, modal sözlər və nidalar müəyyən rol oynayır, danışanın
sözlərini xüsusi intonasiya vasitəsi ilə, müxtəlif məna çalarlıqları ilə dinləyiciyə çatdırır.
Vasitəli və vasitəsiz nitq M.A.Kazımbəydən başlayaraq dilçilərin diqqətini cəlb
etmişdir. M.A.Kazımbəy vasitəsiz nitqi de feli lə bağlı hesab edib onu “əlavə cümlə”;
P.M.Melioranski “həqiqi sözlər”; Altay dili qrammatikasının müəllifləri “ara cümlələr”
adlandırmışdır (12, 427).
Doğrudan da, de feli vasitəsiz nitqin formalaşmasında mühüm rol oynayır, lakin türk
dillərində vasitəsiz nitqin ifadə olunmasında yeganə vasitə deyildir.
Türkoloqlar vasitəli nitq haqqında da müəyyən fikir söyləmişlər. Onlardan bəziləri
vasitəli nitqi tamamlıq budaq cümlələri ilə eyniləşdirir, digərləri isə vasitəli nitqin əsas
əlamətini cümlədə mübtədanın dəyişməsində (təsirlik halda olan nitq feilinin tələblərinə görə)
görürlər.
Dostları ilə paylaş: