fikirləri seçməkdə çətinlik çəkdikdə nitqə xüsusi hazırlıq tələb olunur. Çünki bu hazırlıqsız
çıxış edən şəxsdə müəyyən gərginlik yaradır.
Adətən danışan auditoriya qarşısında pis vəziyyətdə qalmamaq üçün söylənəcək fikri
əvvəlcə yazıya köçürür, sonra onu şifahi şəkildə ifadə etməli olur. Təşkil olunmuş nitqdə çıxış
adətən müəyyən sistem əsasında qurulur:
a)mövzu ilə bağlı faktlar, misallar,
nümunələr toplamaq, b)faktları məqamına görə
yerləşdirmək, c)nitqin məzmununu yazmaq, ç)nitqi
əzbərləyib yaddaşa köçürmək, məşq
etmək, d)şərh etmək (monoloqu ifa etmək).
Məşhur rus hüquqşünası A.F.Koni yazırdı: “Mən öz nitqini qabaqcadan yazmayan bir
adam, köhnə məhkəmə işçisi kimi gənc işçilərə bunları deməyi özümə rəva bilirəm ki, ...
nitqləri qabaqcadan yazmayın,
buna vaxt sərf etməyin, kabinetlərin sükutu içərisində
quraşdırılan, yavaş-yavaş kağız üzərinə həkk olunan həmin sətirlərə bel bağlamayın, materialı
diqqətlə öyrənin, onu yadda saxlayın, onun dərinliyinə varın, sonra isə Faustun məsləhətinə
əməl edin: “İnamla danış, o zaman sözlər öz-özünə gələcək, dinləyicilərə təsir öz-özünə baş
verəcək”.
Dostları ilə paylaş: