Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   178
I CİLD (2)

Təşkil olunmamış nitq. 
Monoloji nitqin bir forması da təşkil olunmamış nitqdir. 
Buna 
spontan nitq
də deyilir.
 
Spontan nitq
xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu cür 
hazırlıqsız, düşünlməmiş nitqə 
ekspromt
da deyilir.
Bu nitq insanların gündəlik həyatda rəy söyləmək, məlumat vermək, münasibət 
bildirmək, məsələni izah etmək üçün istifadə olunur. Danışan ani vaxtda öz fikirlərini 
cəmləşdirməli, hansı faktı əsas gətirəcəyini, mülahizələrini necə əsaslandıracağını, fikrin aydın 
və təsirli olması üçün hansı söz və ifadələri seçəcəyini, istifadə edəcəyi cümlələri və 
intonasiyanı müəyyənləşdirməlidir. Spontan nitq müxtəlif şəraitdə baş verə bilər: küçədə, evdə, 
işdə və s. Bu zaman danışan nitqi sərbəst şəkildə ifadə edir. Lakin televiziya, radio, verlişləri 
üçün ictimai yerlərdə çəkiliş zamanı nəzərdə tutulan çıxışlarda adresat daha məsuliyyətli 
olmağa çalışır, ani olsa da düşünür, fikirlərini cəmləşdirir. Bu zaman gərginlik çoxalır, hiss-
həyəcan artır. Mühazirəçi nitqin hər iki formasına hazır olmalıdır.
Monoloji nitqin növləri
: mühazirə, məruzə,məlumat, çıxış, nitq. 
Mühazirə
ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur. 
Məsələn, ölkənin iqtisadi, siyasi vəziyyəti, əhalinin sağlamlığı, ətraf aləmin, ekologiyanın 
qorunmasına aid mühazirə.
Mühazirəçiyə yerindən sual verilə bilər, 
replikalar 
söylənə bilər. Məharətli natiqlər 
replikalara cavab vermək hüququndan həmişə istifadə edir. Replikalara yerindəcə cavab 
vermək olar. Və ya bir qədər sonra, fikirləşərək (məsələn,sakitlik yarananda, yaxud nitqin 
sonunda: nitqin sonunu, ya da hər hansı fikri xüsusi vurğulamaq üçün). Replikaya qısa, yığcam 
və mahiyyət üzrə cavab vermək lazımdır. Replika natiqə “öldürücü zərbə” olduğu kimi, cavab 
da “məhvedici” ola bilər. 
Məruzə.
Bir mövzü haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqdir. Məruzə 
görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, hər hansı vəziyyət ilə bağlı vəzifə sahibinin 
qarşısında məruzə, elmi-praktik informasiyalarda elmi məruzə ola bilər. Məruzə qısa və geniş 
ola bilər.
Kritik vəziyyətdə yuxarı təşkilat qarşısında məruzə konkret, yığcam olmalıdır. 
Beynəlxalq vəziyyətlə, yaxud elmi mövzuda məruzələr əhatəli, geniş olmalıdır. Məruzə üç 
hissədən (giriş, əsas hissə, nəticədən ) ibarətdir. Əvvəlcə məsələnin əhəmiyyətindən, 
aktuallığından, məqsədə çatmaq üçün hansı yol və üsullardan istifadə edildiyi göstərilir; 
görülən işin məzmunu göstərilir, münasibət bildirilir; araşdırmalara yekun vurulur, təkliflər 
verilir.


Çıxış.
Yığıncaq, müşavirə, nümayiş və konfranslarda edilən məruzə ətrafında 
dinləyicinin öz fikrini, münasibətini bildirməsidir. Çıxış yığcam olmalı, mövzudan kənara 
çıxmamalı, çıxışların təkrarı olmamalı, ardıcıl,rabitəli və aydın olmalıdır; loru, nalayiq sözlər 
işlədilməməlidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin