ünsiyyət
termini ilə yanaşı
kommunikasiya
sözü də geniş
yayılmışdir. Bəzən bu terminləri fərqləndirmək cəhdləri olsa da, çox zaman onlar sinonim kimi
işlənir.
Kommunikasiya
(lat. communicatio, communiko-ümumi edirəm, əlaqələndirirəm,
ünsiyyət qururam) – ünsiyyət, fikir, məlumat, ideya mübadiləsi – insanların idraki əmək
fəaliyyətində qarşılıqlı əlaqənin spesifik forması ( 3).
Mütəxəssislərin fikrincə, insan ünsiyyətinin üçdən ikisini nitq təşkil edir. Məhz nitq
vasitəsilə insanlar bir-birilə ünsiyyət qururlar.
Nitq fəaliyyəti
çox geniş yayılmış və ən
mürəkkəb hadisədir, prosesdir. Ünsiyyətsiz heç bir fəaliyyət mümkün deyil. O, insanı ən
müxtəlif fəaliyyət sahələrində (istehsalat, kommersiya, maliyyə, elmi və idarəçilik
fəaliyyətində və s.) müşayiət edir, formalaşdırır, insanın istənilən fəaliyyətinin əsasını təşkil
edir.
Nitq fəaliyyətinin əsas mahiyyəti
odur ki, o daha geniş fəaliyyət sisteminin vacib və
qarşılıqlı şərtlənmiş komponentidir. Məsələn, təlim və təhsil, biliklərin verilməsi, təbliği,
ünsiyyət və nitq fəaliyyəti olmadan həyata keçirilə bilməz.
Sahibkar, arxitektor, həkim, referent, inşaatçı, satıcı öz işini yerinə yetirərkən, nəyisə
müzakirə etməyə, məsləhətləşməyə, danışıqlar aparmağa, sual verməyə, cavab almağa
məcburdur. İstənilən peşəkar fəaliyyətin uğuru bacarıqlı nitq fəaliyyətindən asılıdır.
Nitq ünsiyyəti problemləri ilə müxtəlif dilçilik sahələri: koqnitiv dilçilik, qarşılıqlı nitq
əlaqəsi və nitq aktları nəzəriyyələri, praqmatika, psixolinqvistika, nitq mədəniyyəti və b.
məşğul olur.
Nitq ünsiyyətinin əsas vahidləri.
Nitqin yaranması və qavranılması; kommunikativ
qurğu; nitq şəraitinin danışan və mülahizə söyləyən ilə əlaqəsi; ünsiyyətə maneçilik törədən,
onun effektivliyini artıran amillər; nitq fəaliyyətinin başqa fəaliyyət növlərinə münasibəti
məsələləri və s. daima dilçilərin diqqət mərkəzində olmuşdur.
Tədqiqatçılar
Dostları ilə paylaş: |