1.Qarşılıqlı nitq əlaqəsi.
Qarşılıqlı nitq əlaqəsinin xarakterini müəyyən edən faktorlar:
adresat
(danışan)
faktoru, məqsəd faktoru, ünsiyyət şəraiti (ünsiyyətin vaxtı, yeri və s.).
Qarşılıqlı nitq əlaqəsində mövcud dialoqları analiz etmək üçün hər bir personajın nitqinin dil
xüsusiyyətlərini müəyyən etmək lazım gəlir. Bu zaman nitqin leksikasının,
sintaktik
konstruksiyalarının analizi edilir, nitqin taktikası və strategiyası müəyyənləşdirilir.
2.Normativlik.
Nitq mədəniyyəti ilk
növbədə nitqin düzgünlüyünü, onun
daşıyıcılarının (şifahi və yazılı) nəzərində ideal nümunə olacaq ədəbi dil normalarına əməl
olunmağı tələb edir.
Nitq mədəniyyətinin mərkəzində dil norması dayanır, normativlik isə nitq
mədəniyyətində ən başlıca cəhətdir. Lakin nitq mədəniyyəti qadağalar və “doğrudur-doğru
deyil” təyinləri ilə məhdudlaşdırıla bilməz.
Həmçinin real ünsiyyət prosesində konkret məzmunu
ifadə etmək üçün mövcud dil
sistemindən yeni ifadə formasını tapmaq bacarığını da tələb edir.
3.Kommunikativlik.
Nitq mədəniyyəti ünsiyyət prosesində dil vasitələrindən ən
düzgününü seçmə və istifadəetmə bacarığını, vərdişlərini yaradır. Müəyyən məqsəd üçün dil
vasitələrinin seçilməsi nitq mədəniyyətinin
kommunikativliyinin əsas
aspektidir.
Kommunikativlik nitq mədəniyyəti nəzəriyyəsinin ən başlıca kateqoriyalarından biridir. Buna
görə nitqin əsas kommunikativ keyfiyyətlərini bilmək və bunları qarşılıqlı nitq prosesində
nəzərə almaq lazımdır. Nitq mədəniyyətinin kommunikativ aspektlərinin
tələblərinə uyğun
olaraq dil daşıyıcıları dilin funksional müxtəlifliyinə yiyələnməli,
cəmiyyətin praqmatik
şərtlərinə uyğun düzgün istiqamət müəyyən etməlidirlər. Bu mövcud vəziyyətdə dil
vasitələrinin düzgün seçilməsi və təşkilinə optimal təsir göstərir.
Nitqin kommunikativliyi
keyfiyyətini mədəni nitqə verilən tələblər ödəyir.
4.Etiklik.
Nitq mədəniyyətinin etik aspekti konkret nitq şəraitində dildən istifadə etmək
bacarığı və biliklərinin tətbiqini müəyyən edir. Nitq mədəniyyətinin etik normalarını nitq
etiketləri təşkil edir. Ünsiyyətin etik normasına müəyyən danışıq etiketləri daxildir.
Dostları ilə paylaş: