oyun xarakterli (estetik qavramaya,
yumor hissinə, təxəyyülə müraciət etmə) və s.
Nitq fəaliyyəti danışmaq, yazmaq, dinləmək və oxumaq bacarığından ibarətdir.
Nitqi ifadə etməyə, hərəkətə keçməyə nitq şəraiti vadar edir: sual və ya cavab vermək,
salamlaşmaq, sağollaşmaq, telefonla zəng etmək. Müxtəlif şəraitdə fərqli nitq modelləri və
konstruksiyalarından istifadə olunur. Nitq şəraitinə xarakterik
üç faktor təsir edir:
Adresat faktoru (kimə deyirik),
məqsəd faktoru (hansı məqsədlə),
ünsiyyət şəraiti (yeri, vaxtı və s.).
Məqsəd, motiv və tələbatından asılı olaraq nəticə proqnozlaşdırılır: sözlərin seçilməsi,
funksional üslubun müəyyən edilməsi, nitq strategiyası və taktikası həyata keçirilir.
Nitqin qavranılması (dinləmə və ya oxuma prosesi) anlamanı daxil etməklə (dilin və
məzmunun) əks əlaqə (reaksiya) yaradır.
Nitq ünsiyyət (kommunikasiya) aktı olmaqla daima kiməsə ünvanlanır.
Kommunikasiyanın modeli belədir:
adresant-məlumat-adresat. Ünsiyyəti uğurlu edən müəyyən qaydalar mövcuddur.
Kommunikasiyanın uğurluluq prinsipini müəyyən edən amerikalı psixoloqlara
məxsus
Q.P.Qraysın kooperasiya (əməkdaşlıq) prinsipi və
D.N.Liçin nəzakətlilik prinsipi . Bu
prinsiplər kommunkativlik kodeksinin əsasında dayanır. Burada əsas doğruluq (reallığa
sadiqlik) və səmimilik (özünə inam) kriteriyaları əsas götürülür.
Q.P.Qraysın kooperasiya prinsipinin əsasında tərəflərin əməkdaşlığa hazır olması
durur. Qrays bu barədə yazır: “Sənin dialoqa kommunikativ töhfən, dialoq üçün birgə qəbul
olunmuş məqsədə (istiqamətə) doğru atdığın addımdır (8,226). Sonra müəllif bu prinsipə
xidmət edən daha konkret postulatları irəli sürür. Onları dörd kateqoriyaya bölür: